Müsavat Partiyası başqanının həbsdə olan müavini Tofiq Yaqublunun vəkili onun barəsində cinayət işinə xitam verilməsi ilə bağlı vəsatət verib. Bu barədə APA-ya vəkil Nemət Kərimli bildirib.
N. Kərimli T. Yaqublu barəsində olan cinayət işinin materialları ilə tanış olduğunu bildirib: “Onun əməlində hər hansı cinayət tərkibi olmadığı üçün barəsində olan cinayət işinə xitam verilməsi üçün vəsatətlə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə müraciət etmişəm”.
Qeyd edək ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və “REAL” hərəkatının sədri İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?