GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Məhəmməd Məmmədov YAP və dövləti çətin hücumla üz-üzə qoyub

Məhəmməd Məmmədov YAP və dövləti çətin hücumla üz-üzə qoyub

Tarix: 7-05-2015, 13:12 Bölmə :Manşet Baxış: 0
Məhəmməd Məmmədov YAP və dövləti çətin hücumla üz-üzə qoyub

YAP MNTK sədri 20 milyonluq yeyintini qapada bilmir; Baş direktor naziri “qara kitab”la susdurub, ancaq hakim dairələrdə 11 ildə mənimsənilən pulların taleyi gərginliyi artırıb

«Aztelekom» İstehsalat Birliyinin baş direktoru, eyni zamanda, YAP Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Məhəmməd Məmmədovun az əvvəl Hesablama Palatasının açıqladığı korrupsiya faktlarından “saxta dosye” ilə yayınmağa çalışdığı bildirilir. Ancaq onun bu istəyinin həyata keçmədiyi də iddia olunur.

Xatırladaq ki, az öncə Hesablama Palatasının 2014-cü ildəki fəaliyyətinə dair yayılan hesabatında əks olunan məlumatda bildirilir ki, “Aztelekom”da nəzarət tədbiri zamanı audit dövründə qanunvericilik aktlarının tələblərinə əməl edilməməsi nəticəsində ƏDV-nin və yol vergisinin azaldılmasına, vergi ödəyicisinə verilmiş elektron vergi hesab fakturası üzrə alınmış malların dəyəri ödənilən gündən gec ƏDV-nin ödənilməsinə və vergi tutulan əməliyyatların vaxtının dəqiq müəyyən edilməməsi səbəbindən hesabat dövrləri üzrə büdcəyə ödənilməli olan ƏDV məbləğlərinin hesablanmasında kənarlaşmalara yol verilməsi müəyyən edilib.

Audit dövründə məlum olub ki, Birliyin idarə aparatı tərəfindən digər struktur vahidlərinə köçürülmüş pul vəsaitlərinin təyinatları üzrə istifadəsinə nəzarət edilməyib, Birliyin strukturuna daxil edilmiş telekommunikasiya qovşaqlarının əksəriyyəti zərərlə fəaliyyət fəaliyyət göstərib, 01 yanvar 2014-cü il tarixə təqdim edilmiş iş və xidmətlərə görə 45158,2 min manat debitor borcu, xarici kontraktlar üzrə iş və xidmətlərə, eləcə də, əsasən rayonların telekommunikasiya qovşaqlarında quraşdırılmaq üçün alınmış telekommunikasiya avadanlıqlarına görə 18187217,2 ABŞ dolları, alınmış mallara (iş və xidmətlərə) görə Azərbaycan Respublikasının rezidentləri üzrə 29945,22 manat kreditor borcları yaranıb.

Hesablama Palatasının Kollegiyası bu auditin nəticələrini müzakirə edərək, aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi və görülmüş işlərə dair Palataya məlumatın təqdim edilməsi barədə qərar qəbul edilib. Həmin qərar icra üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, o cümlədən “Aztelekom” İstehsalat Birliyinə, eyni zamanda Vergilər Nazirliyinə göndərilib.

Bununla bağlı Vergilər Nazirliyindən təqdim edilmiş məlumata görə, nazirlik yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti tərəfindən Birliyə 5313,9 min manat əlavə vergi məbləğinin hesablandığı və 2018,3 min manat maliyyə sanksiyasının tətbiq edildiyi, hesablanmış əlavə vəsait və maliyyə sanksiyasının dövlət büdcəsinə ödənilməsinin təmin olunduğu bildirilib.

“GündəmXəbər”in məlumatına görə, məlum faktların yayılmasından sonra Məhəmməd Məmmədov dərin narahatlıq keçirməyə başlayıb. Çünki təkcə bir nazirliyin iri müəssisəsinin rəhbərindən daha çox, həm də iqtidarda olan bir partiyanın - Yeni Azərbaycan Partiyasının MTNK-nın sədri statusundan yol verdiyi korrupsiya faktları cəmiyyətdə ciddi etiraz doğurub. Bundan əlavə, kimsə təminat verə bilməz ki, bu faktlar nə vaxtsa bəzi xarici qüvvələr tərəfindən Azərbaycana və onun iqtidarına qarşı silah kimi istifadə olunmayacaq:

«Elə bu məqamlar da nazir Əli Abbasovla YAP rəhbərliyini, hətta hakim dairələri də düşündürməyə başlayıb. Buna görə Məhəmməd Məmmədovla yolları ayırmaq qərarı üzərində dartışma güclənib».

Məlumatlı şəxs deyir ki, Məhəmməd Məmmədov əlində olan ciddi kompormatlarla Əli Abbasovu susdurmağı bacarsa da, siyasi rəqibləri ilə bacara bilmir: «Mənim bildiyimə görə, Məhəmməd Məmmədov 20 milyonluq çatışmazlığı “qara kitabı”nda olan “dəlillər”lə nazirə təqdim edib. Həmin “dəlillər”in arasında YAP-ın deputatlarına edilən maliyyə və yanacaq dəstəyindən tutmuş, elə Əli Abbasovun özünün yaxın ətrafına verilən pulların da qeyd olunduğu bildirilir. Görünür, elə bu dosye səbəbindəndir ki, Əli Abbasov Məhəmməd Məmmədovla çəkingən davranır. Ancaq YAP-da bəzi funksionerlər və hakim elitə fərqli düşünür, fərli addımlar atırlar. Onlar Məhəmməd Məmmədovun üzərinə qoyulan bəzi tədbirlərin maliyyələşmə tələblərindən sui-istifadə etdiyini düşünülər. Yəni yuxarıdan verilən tapşırıqlardan sui-istifadə edən «Aztelekom»un baş direktoru fürsətcil davranaraq, xeyli maliyyəni gizli yolla öz hesabına keçirib. Bir sözlə, yuxarı dairələr YAP-ın deputatlarına və bəzi tədbirlərə 20 milyonluq pulun xərclənməsinə inanmırlar və hesab edirlər ki, Məhəmməd Məmmədov vəzifədən və statusdan istifadə edərək, partiyanın da adına ləkə vurubdur».

Mənbə bildirir ki, Məhəmməd Məmmədov həmin vəsaitin bir hissəsi ilə internet və digər avadanlıqlar sifariş verildiyini desə də, buna da inanlar yoxdur: «Çünki o, ən azı 2 il əvvəl həmin avadanlığı sifariş versə də, hələ də pulunu ödəmədiyi üçün gətirib, təhvil verməyiblər. Ona görə də “Aztelekom”in provayderində kəsinti və yüklənmələr həddi-hüdudu aşıbdır. Bundan əlavə, palatanın hələ üzdən getdiyi yoxlama ilə aşkarlanan 20

milyonluq çatışmazlıq 2014-cü ili əhatə edir. Yəni bir il ərzində mənimsənilən pul bu qədər olub. Məhəmməd Məmmədovun «Aztelekom»a 11 il rəhərlik etdiyini düşünəndə isə, bu vəsaitin 200 milyonu aşdığını da iddia etmək olar. Elə bu şübhələr və ictimailəşən digər faktlar da YAP rəhbərliyini əndişələndirir. Ona görə də Məhəmməd Məmmədovun korrupsiya faktını tam qapadıb, «düz yol»a çıxdığını deyənlər, yanılır. Tam əksinə, YAP-da bu yeyintilərin bəzi qüvvələr tərəfindən partiya və dövlətə yönəldiləcəyi haqda narahatçılıq getdikcə güclənir...»

İsmayıl
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • YAP funksioneri kimləri şantajla təhdid edir?

    YAP funksioneri kimləri şantajla təhdid edir? ...

    14-05-2015, 21:34

  • 
  • Məmməd Məmmədov oğlunu deputat seçdirmək üçün YAP rəhbərliyinə dəfələrlə minnətçi düşüb

    Məmməd Məmmədov oğlunu deputat seçdirmək üçün YAP ...

    24-08-2015, 14:53

  • 
  • Məhəmməd Məhəmmədov kimə və necə kələk gəlib?

    Məhəmməd Məhəmmədov kimə və necə kələk gəlib? ...

    17-08-2015, 16:16

  • 
  • “Aztelekom” MMC-nin sabiq baş direktorunun saxlanma şəraitindən narazılığı yoxdur

    “Aztelekom” MMC-nin sabiq baş direktorunun ...

    23-11-2015, 20:17

  • 
  • "Azəristiliktəchizat"a qarşı maliyyə sanksiyası tətbiq olunacaq

    "Azəristiliktəchizat"a qarşı maliyyə ...

    19-10-2017, 21:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu