GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » YAP funksioneri kimləri şantajla təhdid edir?

YAP funksioneri kimləri şantajla təhdid edir?

Tarix: 14-05-2015, 21:34 Bölmə :Manşet Baxış: 0
YAP funksioneri kimləri şantajla təhdid edir?

YAP funksioneri kimləri şantajla təhdid edir?

------

Məhəmməd Məmmədovu hakim partiyadan qovmaq istəyən qüvvələr fəallaşıb; “Aztelekom”un rəhbəri isə rəqiblərini zərərsizləşdirmək üçün kompromat savaşına çıxıb

--------

“Məhəmməd Məmmədov nazir Əli Abbasovun haqqında elə kompromatlara sahiblənib ki, bunların mətbuata və müəyyən dairələrə sızması, rabitədə ciddi təlatümlərə yol aça bilər”

-------

YAP Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri, eyni zamanda, «Aztelekom» İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədovun adının konkret korrupsiyada hallanması, təmsil olunduğu partiyada kəskin qarşılanıb.

Bu barədə qəzetimizi məlumatlandıran YAP funksionerlərindən birinin sözlərinə görə, Məhəmməd Məmmədovun adının korupsiyada hallanması YAP-a çox böyük təhdidlər gətirir:

«YAP möhtərəm prezidentin sədri olduğu hakim partiyadır. Bu səbəbdən Məhəmməd Məmmədovun adının korrupsiyada hallanması və bunun rəhbərlik etdiyi dövlət qurumunun timsalında konkret faktlarla sübut olunması, əlbəttə, partiyaya və onun rəhbərliyinə zərbədən başqa bir şey deyildir. Xüsusiylə indiki mərhələdə bu məsələdən bəzi yerli və beynəlxalq təşkilatların fürsətcil yararlanma ehtimalı həddən artıq yüksəkdir. O səbəbdən də düşünürəm ki, YAP Məhəmməd Məmmədovun əməllərinə sərt qiymət verəcək».

Məhəmməd Məmədovun YAP-dakı rəqibləri də fəallaşıblar

Mənbənin sözlərinə görə, hakim partiyanın bəzi fiqurları artıq Məhəmməd Məmmədovun əməllərinə hüquqi qiymət verilməsini də tələb etməyə

başlayıblar: «Məhəmməd Məmmədov YAP-a təkcə siyasi hücum üçün zəmin yaratmayıb, həğ də partiyanın çətiri altında gizlənərək, dövlət vəsaitlərinin talan edilməsinə zəmin hazırlayan şəxs kimi, hüquqi məsuluyyət də yaradıb. Bundan əlavə, təkrar edirəm, rəsmi açıqlanan korrupsiya hesabatından sonra onun YAP-da MTNK kimi ciddi bir struktura rəhbərlik etməsi partiyanı zərbə altında qoyub. O səbəbdən, Məhəmməd Məmmədovun rəqibləri onun MTNTK sədrliyindən uzaqlaşdırılması məsələsini gündəmə gətirməyə çalışırlar. Hesab edirəm ki, bu, haqlı tələbdir».

MTNTK sədrinin rəqiblərinin kombinasiyalı gedişi…

Mənbə Məhəmməd Məmmədovun korrupsiya faktlarını hansısa bir QHT və ya ölkəmizə qarşı «Qara piar» aparan beynəlxalq təşkilat tərəfindən deyil, məhz dövlət qurumlarının qabartmasının da təsadüfi olmadığını deyir: «Bu fakt, onu göstərir ki, artıq dövlətin bəzi qanadları Məhəmməd Məmmədovun əməllərindən bocaza yığılıblar. Və anlayırlar ki, o adam nəinki işlədiyi nazirliyi və partiyanı, hətta hakimiyyətin özünü də çətin vəziyyətdə qoyub. Lakin onu birdən-birə vəzifədən uzaqlaşdırmağa mane olanlar oldu və bu gün də onu bəzi şübhəli məqamlara görə dəstəkləyən qüvvə var. Hansı ki, Məhəmməd Məmmədovun YAP-ın çətiri altına sığınması və bəzi iqtidaryönlü deputatların aylıq maliyyə və nəqliyyat xərclərini qarşılamasını qabartması və bununla «vurulması»nı şantaj səviyyəsinə çatdırması, onu dəstəkləyən qüvvələri susmağa sövq edib. Məhz buna görə də hakimiyyətdəki bəzi qruplaşmalar başqa varianta əl atmağa zorlandı. Və həmin qruplaşma Məhəmməd Məmmədovun əməllərinin araşdırılıb, cəmiyyətə açıqlanmasını təmin elədi. Yəni korrupsiya faktlarını ictimailəşdirməklə, həm Məhəmməd Məmmədovu, həm də onun dəstəkçilərini «dalan»a dirədilər. Nəticədə Məhəmməd Məmmədovu qoruyan və YAP çətiri geri çəkilmək məcburyyəti ilə üzləşib. Hazırda Məhəmməd Məmmədov “kökü zədələnən ağac”a bənzəyir. Bu isə onun rabitədəki rəqiblərini də hərəkətə gətirməyə başlayıb. Onlar böyük ölçüdə M.Məmmədovu zərərsizləşdirə biliblər. Artıq «Aztelekom»un şefi nazir Əli Abbasov və aparat rəhbəri Vidadi Zeynalova əvvəlkitək dirəniş də göstərə bilmir. Lakin “Aztelekom”un şefi nazirliyi “qara mühasibatlıq”la təhdid

edərək, üzərinə tam gücü ilə gəlmələrini müvəqqəti olsa da, hələki əngəlləməyi bacarıb. Bu barədə aşağıda məlumat verəcəyəm».

Məhəmməd Məmmədov nə qədər pulu mənimsəyib?

Yeri gəlmişkən, xatırladaq ki, az öncə Hesablama Palatasının 2014-cü ildəki fəaliyyətinə dair yayılan hesabatında əks olunan məlumatda bildirilir ki, “Aztelekom”da nəzarət tədbiri zamanı audit dövründə qanunvericilik aktlarının tələblərinə əməl edilməməsi nəticəsində ƏDV-nin və yol vergisinin azaldılmasına, vergi ödəyicisinə verilmiş elektron vergi hesab fakturası üzrə alınmış malların dəyəri ödənilən gündən gec ƏDV-nin ödənilməsinə və vergi tutulan əməliyyatların vaxtının dəqiq müəyyən edilməməsi səbəbindən hesabat dövrləri üzrə büdcəyə ödənilməli olan ƏDV məbləğlərinin hesablanmasında kənarlaşmalara yol verilməsi müəyyən edilib.

Audit dövründə məlum olub ki, Birliyin idarə aparatı tərəfindən digər struktur vahidlərinə köçürülmüş pul vəsaitlərinin təyinatları üzrə istifadəsinə nəzarət edilməyib, Birliyin strukturuna daxil edilmiş telekommunikasiya qovşaqlarının əksəriyyəti zərərlə fəaliyyət fəaliyyət göstərib, 01 yanvar 2014-cü il tarixə təqdim edilmiş iş və xidmətlərə görə 45158,2 min manat debitor borcu, xarici kontraktlar üzrə iş və xidmətlərə, eləcə də, əsasən rayonların telekommunikasiya qovşaqlarında quraşdırılmaq üçün alınmış telekommunikasiya avadanlıqlarına görə 18187217,2 ABŞ dolları, alınmış mallara (iş və xidmətlərə) görə Azərbaycan Respublikasının rezidentləri üzrə 29945,22 manat kreditor borcları yaranıb.

Hesablama Palatasının Kollegiyası bu auditin nəticələrini müzakirə edərək, aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi və görülmüş işlərə dair Palataya məlumatın təqdim edilməsi barədə qərar qəbul edilib. Həmin qərar icra üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, o cümlədən “Aztelekom” İstehsalat Birliyinə, eyni zamanda Vergilər Nazirliyinə göndərilib.

Bununla bağlı Vergilər Nazirliyindən təqdim edilmiş məlumata görə, nazirlik yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti tərəfindən Birliyə 5313,9 min manat əlavə vergi məbləğinin hesablandığı və 2018,3 min manat maliyyə sanksiyasının tətbiq edildiyi, hesablanmış əlavə vəsait və maliyyə sanksiyasının dövlət büdcəsinə ödənilməsinin təmin olunduğu bildirilib.

«Aztelekom»un rəhbəri kimləri şantaj edir?

Məlumatlı şəxs deyir ki, Məhəmməd Məmmədov korrupsiya hesabatında açıqlanan və hələ də qapalı saxlanılan bəzi maliyyə əməliyyatlarını səbəbsiz aparmadığını və həmin vəsaitlərin əsas hissəsini «vacib məsələlər»ə xərcləməsi ilə bağlı nazirliyə “qaranlıq” məlumat verib: «Məhəmməd Məmmədov bu zaman elə «faktlar»ı açıqlayıb ki, nazir Əli Abbasov bunları dilə gətirməkdən ehtiyatlanır. Çünki bu cəmiyyəti silkələyə bilər. O zaman Milli Məclisin bəzi deputatları ilə yanaşı, YAP-ın nüfuzlu simaları da zərbə altında qalacaq. Üstəlik, 2004-cü ildən «Aztelekom»da işləyən Məhəmməd Məmmədov ötən 11 il ərzində nazir Əli Abbasovun haqqında elə kompromatlara sahiblənib ki, bunların mətbuata və müəyyən dairələrə sızması, rabitədə ciddi təlatümlərə yol aça bilər. Bəli, ötən sayınızda və yuxarıda qeyd etdiyim kimi, «Aztelekom» rəhbəri bu və digər kompromatlarla nazirliyi və YAP-dakı rəqiblərini susdurub, uzun illər isə maliyyə dəstəyi verdiyi deputatları ətrafına sipər edə bilib...».

Məhəmməd Məmmədov YAP-ın saytına verdiyı açıqlamada kimə kələk gəlib?

Mənbə bildirir ki, Məhəmməd Məmmədovun YAP-ın rəsmsi saytına verdiy son açıqlama da onun postunu qorumağa yönəlikk çabalardır: «Məhəmməd Məmmədov orada özünü təbliğata hesablanan fikirlər səsləndirib. Genişzolaqlı internet və digər sahələrdən danışıb. Adama deyən yoxdur ki, «Aztelekom»un provayderində yaranan problemlərin həlli məqsədiylə guya xaricə sifariş verdiyin avadanlıq niyə 2-3 ildir gətirilmir? Hanı o məqsədlə mənimsənilən pullar?

21-ci əsrdir, ölkə rəhbərliyi və naziri Azərbaycanda yüksək texnologiyaların tam tətbiqindən danışır, amma bu adam hələ 2017-ci ilə hesablanmış açıqlama verir. Bu isə birbaşa cəmiyyəti, təmsil olunduğu partiyanı aldatmaq deməkdir. Yəni bu adam danışdıqca təkcə özünü bitirmir, həm də dövlətin siyasətini alt-üst edir. Belə bir şəxsdən isə YAP-a uğur gələcəyi mümkün deyil. Zatən, Hesablama Palatasının son hesabatından sonra Məhəmməd Məmədovun özünüqorumaya yönəlik müsahiblərinin də əhəmiyyəti yoxdur. O hesabat həm onun, həm nazirliyin, həm də YAP-ın nüfuzuna və gələcəyinə balta vurdu».

İsmayıl
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Məmməd Məmmədov oğlunu deputat seçdirmək üçün YAP rəhbərliyinə dəfələrlə minnətçi düşüb

    Məmməd Məmmədov oğlunu deputat seçdirmək üçün YAP ...

    24-08-2015, 14:53

  • 
  • Məhəmməd Məmmədov YAP və dövləti çətin hücumla üz-üzə qoyub

    Məhəmməd Məmmədov YAP və dövləti çətin hücumla ...

    7-05-2015, 13:12

  • 
  • YAP qurultaya gedir: ONLAR YOLA SALINIR - SİYAHI

    YAP qurultaya gedir: ONLAR YOLA SALINIR - SİYAHI ...

    24-08-2020, 12:04

  • 
  • YAP-ın bu təşkilatlarının qərargahlarını kim satıb? - İLGİNC

    YAP-ın bu təşkilatlarının qərargahlarını kim ...

    27-05-2020, 16:31

  • 
  • YAP Gülər Əhmədovanın çıxarıldığını təsdiqlədi

    YAP Gülər Əhmədovanın çıxarıldığını təsdiqlədi ...

    15-12-2012, 15:52


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu