GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Qazaxda saxta Dövlət Aktının qurbanı kimdir?

Qazaxda saxta Dövlət Aktının qurbanı kimdir?

Tarix: 22-05-2015, 13:57 Bölmə :Manşet Baxış: 0
Qazaxda saxta Dövlət Aktının qurbanı kimdir?

Üzləşdiyi problemin həllinə hələ də nail ola bilməyən Zirəddin Dılışov, bu gün ümidini KİV nümayəndələrinə, bir də ki, ədalətli qərarlar verə biləcək vəzifə sahiblərinə dikir

Son illər bölgələrdə baş alıb gedən qanunsuzluqların, əndazəni aşan həngamələrin, daha çox isə sıravi sakinlərin aylar, illər uzunu get-gələ salınmaları və.s, bu gün əksəriyyətin müzakirə etdiyi mövzulardandır. Belə bir amillərin əmələ gəlməsinə səbəb, çox zaman əksər vəzifə sahiblərinin qol qoyduqları maxinasiyalar, minbir hoqqalar olur. Məsələn, bir neçə gün bundan əvvəl redaksiyamıza Qazax rayonu İkinci Şıxlı kənd sakini Dılışov Zirəddin Əmiraslan oğlu yazdığı şikayət ərizəsində bildirir ki, “bizim ailəyə 1997-ci ildə Qazax rayon Aqrar İslahat Komissiyasının qərarı ilə, rayonun Qırmızı Körpü Buraxlış Məntəqəsinə gedən yolunun üstündə 63 sot pay torpaq sahəsi verildi. 1998-ci ildə verilmiş pay torpaq sahəsi ilə bağlı sənədləşmə işi də aparıldı”. O, onu da bildirir ki, “elə ki 1998-ci ilin yazında əkin-səpin kampaniyasına başlanıldı, bu zaman yaxınlıqda fəaliyyət göstərən “Qozluq” restoranının sahibi Hidayət Məmmədov mənə bildirdi ki, “bu ərazi mənimdir, ona görə də sən buradan çıx get” dedi. Dərhal problemin ciddiliyini dərk edib, həmin vaxt İkinci Şıxlı kənd icra nümayəndəsi vəzifəsini daşıyan Arif Məmmədova çatdırdım ki, mənim pay torpağımı əlimdən alırlar. Sağ olsun Arif müəllimi də, o isə problemin həllinə köməklik göstərmək əvəzinə məndən 1000 dollar pul istədi. Və bildirdi ki, “sən həmin pulu ver, mən də sənin problemini qaydaya salım” dedi. İmkanım olmadığı üçün, icra nümayəndəsinin istədiyi pulu həmin vaxt ona verə bilmədim”.

Şikayətçi Z.Dılışov onu da bildirir ki, “bizim ailəyə Torpağa Mülkiyyət Hüququna Dair 4 nömrəli Dövlət Aktı əsasında verilmiş 63 sot pay torpaq sahəsi, 2004-cü ildə “Qozluq” restoranının sahibi Hidayət Məmmədov tərəfindən, rayonun İkinci Şıxlı kənd sakini Yusifov Pərviz Cavanşir oğluna heç bir sənəd-sübut olmadan satılır. O da, həmin sahədən təqribən bir-iki il müddətinə otlaq sahəsi kimi istifadə edir”. Diqqəti cəlb edən hal odur ki, hələ 2003-cü ildə kənd bələdiyyəsinin sədri olmuş Məhət Süleymanov, Z.Dılışova bildirir ki, “gəl sən razılığını ver, həmin yeri Hidayət Məmmədova baha qiymətə sataq”. O, belə bir təklifə razı olmadığını açıqlayır.

Maraqlı hal o olur ki, Z.Dılışova və onun ailə üzvlərinə verilmiş 63 sot pay torpaq sahəsinin Pərviz Yusifova satılmasına baxmayaraq, pay torpaq sahəsinin

onun adına olmasına dair heç bir sənəd-sübut olmadığından, həmin torpaq sahəsi 2008-ci ildə Pərviz Yusifovdan geri qaytarılır. Və həmin il də, 63 sotluq torpaq sahəsi İkinci Şıxlı kənd icra nümayəndəsi İsa Tanrıverdiyevin və bələdiyyə sədri Fikrət Talıbovun planları əsasında satılır. Belə ki, hər iki vəzifə sahibi əlbir olaraq 63 sotluq pay torpaq sahəsini əvvəlcə kənd bələdiyyəsində müavin vəzifəsini daşıyan Telman Nuriyevin adına saxta yolla sənədləşdirirlər. Bir müddət keçdikdən sonra isə, onun adına Torpağa Mülkiyyət Hüququna Dair 371 saylı Dövlət Aktı çıxarıb, qeyd olunan torpaq sahəsinin satışını da həyata keçirirlər.

Aparılan araşdırmalardan və şikayətçinin danışdıqlarından o da bəlli olur ki, vaxtilə Telman Nuriyevə islahat komissiyasının qərarı ilə pay torpaq sahəsi verilmiş və onun adına Torpağa Mülkiyyət Hüququna Dair 301 saylı Dövlət Aktı da çıxarılmışdır. Bu belə olduğu halda, onun adına ikinci dəfə çıxarılmış 371 saylı Dövlət Aktının saxta olması, tam isbata yetirilmiş olur.

Diqqəti cəlb edən hal odur ki, elə ki, Z.Dılışov islahat komissiyasının qərarı ilə onlara verilmiş 63 sot pay torpağı sahəsinə aid Dövlət Aktını tələb edir, bu zaman hər iki vəzifə sahibi ona 4 saylı Dövlət Aktını vermək əvəzinə, saxta yolla düzüb-qoşduqları 371 saylı Dövlət Aktının surətini verirlər. Bu gün isə Z.Dılışova nə 4 saylı, nə də ki, 371 saylı Dövlət Aktının əsasını vermirlər. Vəziyyətin belə bir həddə gəlib çıxmasında DTXÇK, Qazax rayon şöbəsinin müdiri olmuş Sərxan Nəbiyevin və Tovuz Kadast İdarəsinin rəisi işləmiş Fərmayıl müəllimin də günahı çox olur.

Onu da qeyd edək ki, Z.Dılışov üzlışdiyi problemin həlli məqsədilə, hələ 3-4 il bundan əvvəl Qazax rayon Məhkəməsinə müraciət etmək zorunda qalır. Təəssüflər olsun ki, ünvanlanmış iddia əsasında laqeyd məhkəmə qərarı çıxarılır. Buna səbəb o olur ki, ədalətsiz məhkəmə qərarları çıxarmaqla xüsusi ad-san qazanan İlham Nuriyev, həmin vaxt Qazax rayon Məhkəməsinin idi. Və belə bir addımları ilə çox keçmədi ki, onun hakimlik fəaliyyətinə birdəfəlik xitam da verildi. Çıxarılmış ədalətsiz məhkəmə qərarından Gəncə Apelyasiya Məhkəməsinə kassasiya şikayəti verilsə də, çox təəssüflər olsun ki, ədalətsiz qərar həmin instansiya tərəfindən də qüvvədə saxlanılır.

Bu gün yerli vəzifə sahiblərinin əməllərindən zinhara gələn, ədalətsiz məhkəmə qərarlarından bezən, bir sözlə ümidini əksər vəzifə sahiblərinin hoqqalarından üzən Z.Dılışov, hal-hazırda üzləşdiyi probleminin ictimailəşməsinə çalışır. İstəyi yalnız ondan ibarətdir ki, onun və ailəsinin adına verilmiş 63 sotluq pay torpağına sahib ola bilsin. Və o, ona da inanır ki, gec-tez haqq-ədalət qalib gələcək. Belə bir səbəb üzündən də, hələ ümidini hər kəsdən tam üzməyən Z.Dılışov inanır ki, “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv

edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli, 453 saylı Fərmanından irəli gələn məsələlərin həlli təmin edildikdən sonra, aidiyyəti qurumlar problemin həllinə diqqətlə yanaşıb ədalətli addımlarını atacaqlar. Məqalədə adları çəkilən şəxsləri də, dinləməyə hazırıq.

Problemin varlığını diqqətdə saxlayacağıq.

Mətləb
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bərdədə vəzifə sahibləri yerli sakini “gözümçıxdıya salıblar”

    Bərdədə vəzifə sahibləri yerli sakini ...

    16-08-2017, 14:20

  • 
  • Beyləqanda “bruja” inqilabı hazırlanır

    Beyləqanda “bruja” inqilabı hazırlanır ...

    23-08-2015, 11:34

  • 
  • Qubada kəndli üsyanı:Kəndlilər torpaq paylarının verilməsini tələb edir

    Qubada kəndli üsyanı:Kəndlilər torpaq paylarının ...

    10-08-2013, 15:37

  • 
  • Zirəddin Rzayevə aylıq “dolya” verən məmur kimdir?

    Zirəddin Rzayevə aylıq “dolya” verən məmur kimdir? ...

    8-12-2013, 20:46

  • 
  • Göyçayda kəndlinin əlindən torpaq sahəsi alınır - VİDEO

    Göyçayda kəndlinin əlindən torpaq sahəsi alınır - ...

    21-11-2024, 15:50


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (91)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu