GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bərdədə vəzifə sahibləri yerli sakini “gözümçıxdıya salıblar”

Bərdədə vəzifə sahibləri yerli sakini “gözümçıxdıya salıblar”

Tarix: 16-08-2017, 14:20 Bölmə :GündəmXəbər / Manşet Baxış: 609
Bərdədə vəzifə sahibləri yerli sakini “gözümçıxdıya salıblar”


Samir İmamverdiyev: “Bu məqsədlə həmin gün Qaradağlı kənd bələdiyyəsinin sədri İbrahim Qarayevə 500 manat, səhəri gün isə 13000 manat pul verdim”


Son vaxtlar bölgələrdə baş verən və çoxsaylı sakinləri olmazın dərdə salan problemlərin tüğyan etməsi, hər kəsin əsl həqiqətlər haqda az-çox xəbərdar olmasına da səbəb olur. Bu sırada Bərdə rayonunun adı daha öncüllər sırasında çəkilir ki, bunun da müəyyən səbəbləri var. Belə ki, adı çəkilən rayonda baş alıb gedən sosial problemlərin varlığı, hədsiz dərəcədə tüğyan edən qanunsuzluqların əndazəni aşması, çoxsaylı sakinlərin üz-üzə qaldıqları süründürməçilik amillərinin hər kəsi zinhar etməsi və s. onu söyləməyə əsas verir ki, bu gün Bərdədə əksər vəzifə sahibləri yerli sakinlərə açıq-aydın qənim kəsiliblər. Çünki, məmur özbaşınalığından təngə gələn, sosial ədalətsizliyin girdabında boğulan, hər cür haqsızlıqlarla qarşı-qarşıya gələn sakinlərin çoxu, son anda üz-üzə qaldıqları problemlərinin ictimailəşdirilməsinə də qərar verirlər. Bu da onu söyləməyə əsas verir ki, Bərdədə vəzifə sahibi olanlarla sakinlər arasında bənzəri olmayan narazılıq hissi əmələ gəlib. Məsələn, redaksiyamızın elektron poçtuna şikayət ərizəsi ünvanlayan Bərdə rayon sakini İmamverdiyev Samir Əhəd oğlu yazır ki, “mən Bərdə şəhəri, Atatürk küçəsi ev-93 ünvanda qeydiyyatayam və bu ünvanda da yaşayıram. 2014-cü ilin iyun ayında torpaq sahəsi almaq məqsədilə, rayonun Qaradağlı kənd bələdiyyəsinin sədri İbrahim Qarayevə müraciət etdim. Etdiyim müraciətdən sonra bələdiyyəninn sədri ilə görüşdüm və o, müraciətimi əsas tutaraq mənə 8 sot torpaq sahəsi verdi. Bu məqsədlə həmin gün ona 500 manat, səhəri gün isə 13000 manat pul verdim. Yəni, adı çəkilən bələdiyyənin sədrinə üstüstə 13500 manat pul çatdırdım. Onu da vurğulayım ki, bələdiyyə sədri mənə 8 sot torpaq sahəsi verərkən sənədləşmə işlərini 2014-cü ildən əvvəlki tarixə yazdı. Həmin ilin iyul ayında aldığım torpaq sahəsinə çıxarış almaq istədikdə, mənə sənədin köhnə tarixə yazılmasını əsas gətirərək çıxarış vermədilər.
Belə olan Bərdə RİH-də oldum və bələdiyyə sədri ilə aramızda əldə etdiyimiz razılaşmanı olduğu kimi onlara danışdım. O halda İH-dən mənə “aldığın 8 sot torpaq sahəsində yaşayış evi tikə bilməzsən, çünki həmin ərazi tikinti üçün deyil, yalnız əkin sahəsi üçün nəzərdə tutulub” deyə cavab verdilər. Elə problemim də həmin andan başladı. Problemimin həlli ilə bağlı rayonun torpaq şöbəsinə getməli oldum. Adı çəkilən qurumda da, torpaq sahəsinin sənədlərinə baxdılar və şöbə əməkdaşları da “ərazinin eskiz lahiyəsinə görə həmin yerdə tikinti işləri aparıla bilməz. Əgər hər hansı tikinti işi apararsansa, dərhal söküləcək” dedilər.
Çox getgəldən sonra üz-üzə qaldığım problemlə bağlı Bərdə rayon Prokurorluğuna müraciət etməli oldum. Bu məsələ prokurorluqda müəyyən mənada araşdırılsa da, bəzi “əmmalar”da tapmağa başladılar. Belə ki, suallar içindən suallar çıxdı. Yaşananlarla bağlı ifadəmi aldılar və rayon məhkəməsi məni zərərçəkmiş kimi də tanıdı. Az sonra problemimi həll etmək üçün məndən rüşvət istədilər. Elə ki, istənilən rüşvəti onlara vermədim, o halda mənə “sənin aldığın torpağa aid sənədlər ekspertizaya göndərilib” dedilər və son anda da, məni günahkar çıxartdılar. Belə ki, problemimin həlli ilə bağlı bu günə kimi bir çox instansiyalara, o cümlədən ölkə rəhbəri cənab İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə və digər dövlət dövlət qurumlarına dəfələrlə müraciətlər etsəm də, hələ də heç bir nəticə yoxdur. Bu gün isə, aldığım torpaq sahəsində kimsə tikinti işləri aparır. Artıq özümə intihar etmək istəyirəm. Çünki, vəziyyətim çox pisdir və baş verən olaylar səbəbindən nevroz da olmuşam.
Pulum da əldən gedib, torpağım da əldən çıxıb. Belə bir haqsızlıq, belə bir qanunsuzluq olarmı? Haqqımı tələb edirəm, məni həbs etməklə hədələyirlər. Bu gün kimə, hara şikayət edim ki, problemimi necə həll edim onu bilmirəm. İcra başçısı Vidadi isayevə yazdığım ərizələrimə heç bir halda cavab verilmir, qəbuluna düşə bilmirəm, məni oyuna salan bələdiyyə sədri Qarayev İbrahim Qəzənfər oğluni isə, bir kimsə “qaşın üstə qara var” deyən tapımır. Bax, budur dərdim, başıma açılan oyunlar. Mən media vasitəsilə ölkə rəhbərimiz cənab İlham Əliyevə və digər vəzifə sahiblərinə müraciət edib artıq dərəcədə xahiş edirəm ki, düşdüyüm “oyun”dan xilas olmağım üçün, aidiyyəti qurumlara müvafiq tapşırığınızı verin. Cənab Prezident hər zaman tapşırır ki, “vəzifə sahibləri sadə sakinləri incitməsinlər, problemlərinin həllinə dəstək olsunlar”. Bu belə olduğu halda, görəsən məni “oyuna salan” vəzifə sahiblərinin atdıqları addımlara nə kimi qiyməti vermək olar?
Araşdırmamız davam edəcək.

Cəfər
"Gündəm Xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sabunçu rayon Qİİ-nin əməkdaşları abonentlərini necə “fırladırlar?”

    Sabunçu rayon Qİİ-nin əməkdaşları abonentlərini ...

    23-02-2017, 20:41

  • 
  • Ramin Quluzadə hansı qurumların fəaliyyətini iflic edir?

    Ramin Quluzadə hansı qurumların fəaliyyətini ...

    27-04-2017, 12:43

  • 
  • Maştağada sakinlər “qan ağlayır”

    Maştağada sakinlər “qan ağlayır” ...

    25-12-2016, 14:20

  • 
  • Cəlilabadda əlil anası ölkə rəhbərindən imdad diləyir

    Cəlilabadda əlil anası ölkə rəhbərindən imdad ...

    21-06-2017, 19:26

  • 
  • Beyləqanda sosial problemlər tüğyan edir.

    Beyləqanda sosial problemlər tüğyan edir. ...

    11-07-2015, 11:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (271)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu