Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin tanınmış falçı-ekstrasens Zirəddin Rzayevə bahalı bəxşiş hədiyyə etməsi barədə məlumatlar yayılıb. Bildirək ki, bu barədə qəzetimizə da informasiya daxil olub. Redaksiyamızın elektron poçtuna göndərilən informasiyada deyilir: “Məmməd Musayev bu yaxınlarda bir işi ilə bağlı ekstrasensdən “yardım” istəyir. Zirəddin Rzayev də “fövqəl” gücünü işə salır və nəticədə ASK prezidentinin işi “uğurlu” alınır. Hər halda bu təsadüfün “qəhrəmanı” kimi Zirəddin Rzayev tanındığından Məmməd Musayev ekstrasensə "Mercedes Gelandewagen” markalı maşın hədiyyə edib”. Mənbə iddia edir ki, ümumiyyətlə Zirəddin Rzayevə Azərbaycan məmurlarının bu kimi bahalı hədiyyələri verməsi hadisəsi çox baş verib: “Məsələn, nüfuzlu oliqarx-məmurlarımızdan biri ekstrasensə hətta hər ay “dolya” da verir və elə güman edir ki, Zirəddin Rzayev hər dəfə onu şər qüvvələrdən qoruyur”. Hər halda, əksəriyyəti şəkər və təzyiq xəstəsi olan məmurlarımızın “yerdənkənar qüvvələrin” xidmətlərinə maraq göstərməsi ənənəvi hadisədir və anlaşılandır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?