GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Əli Həsənovla Azay Quliyevin ortaq maxinasiyaları

Əli Həsənovla Azay Quliyevin ortaq maxinasiyaları

Tarix: 10-02-2013, 10:59 Bölmə :Manşet Baxış: 1 287
Əli Həsənovla Azay Quliyevin ortaq maxinasiyaları

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının gizlinləri “Gündəm xəbər”də


Prezident Adminstrasiyasının şöbə müdiri Əli Həsənovun kurasiyasında olan KİVDF-də baş verənlər haqda mediada çox yazılıb. Vüqar Səfərli KİVDF-ni necə idarə edirsə, necə dövlət tərəfindən müstəqil mətbuata ayrılan pulları dağıdırsa, bir qədər mədəni, bir qədər ağıllı formada bu işi Azay Quliyev edir. Ötən saylarımızın birində bu mövzuya toxunmuşduq həmin zaman deputat özü məsələyə reaksiya vermiş və biz də qarşı tərəfin hüquqların tanıyaraq bu mövqeni dərc etmişdik. İndi isə əldə etdiyimiz yeni faktları diqqətinizə çatdırmaq istərdik.
Vüqar Səfərlidən fərqli olaraq Azay Quliyev öz sahəsinin illərdir ki, təcrübə toplamış adamı və həm də millət vəkilidir. Dövlət vəsaitlərinin istifadəsində şəffaflıq məsələsi ilə bağlı bütün növ araşdırmaları, bütün növ faktları davamlı olaraq dərc etməklə, bəlkə Azərbaycan Respublikasının Prezidentinə az da olsa yardımçı ola biləcəyimizi zənn edir və zənnimizcə də yazırıq…
Beləliklə, 27 iyul 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası təsdiqlənib. Prezidentin 16 aprel 2008-ci il tarixli sərəncamı ilə Şura üzvləri təyin edilib və bununla da Şura fəaliyyətə başlayıb. Fəaliyyətə başladığı dövrdən indiyə qədər Şura dəfələrlə ümumi məbləği milyon manatlara bərabər olan layihələrin maliyyələşdirilməsi üçün qrant ayırıb. Bu barədə bir qədər sonra. Yaradılmasından indiyə qədər olan müddətdə dövlət büdcəsindən ayrılan vəsaitlərin 10 milyon manatdan çoxu Şuranın saxlanılmasına sərf edilib. Maraqlıdır ki, bu günə qədər Şura ümumi saxlanılma xərcləri barədə kommersiya sirri adı altında mətbuata heç bir bilgi vermir. Lakin araşdırmalarımız zamanı məlum oldu ki, əslində, Şuranın istifadə etdiyi ofis də Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənova məxsusdur. Bir qədər də konkretləşdirsək, Şuranın istifadə etdiyi mövcud bina Əli Həsənova yaxın şəxslərdən birinin mülkiyyəti olaraq rəsmiləşib. Şura ilə mülkiyyətçi arasında icarə müqaviləsi isə mövcud deyil. Hər halda Şura daxilindən bizə ötürülən məlumatları dəqiqləşdirən zaman biz icarə müqaviləsi barədə heç bir rəsmi və ya qeyri–rəsmi məlumatlara rast gələ bilmədik. Bununla yanaşı, xəbərlərə əsasən, Əli Həsənovla Şura arasında centlemen anlaşması olub və bu anlaşmaya əsasən də icarə müqaviləsi tamam başqa ünvanda başqa bir mülkiyyətçi ilə imzalanıb.
Hər halda bizə Şura daxilindən ötürülən məlumatda bildirilir ki, Bakı şəhəri, Fikrət Əmirov 1 ünvanı rəsmi olaraq göstərilsə də, əslində, bu ünvanda onlarla şirkəti icarə müqaviləsi ilə fəaliyyət göstərir. Apardığımız araşdırmalar nəticəsində eyni binada, eyni mərtəbədə və eyni otaqlarda həm də «Asnaf Alkon» şirkəti icarədar olaraq fəaliyyət göstərir. «Asnaf Alkon»un əlaqə telefonları ilə (479 01 20) əlaqə saxlamağa çalışsaq da, həftə boyu telefonumuza cavab verən olmadı.
Qısa bir araşdırma nəticəsində «Asnaf Alkon» şirkətinin fəaliyyəti və sahibi ilə bağlı əldə etdiyimiz məlumatlarda bizi çox heyrətləndirdi. Rəsmi olaraq «Asnaf Alkon» Şirkətlər qrupu 90-cı illərin əvvələrində dövlət qeydiyyatından keçib. 2009-cu ildə Bakının müxtəlif yerlərində 2 çoxmərtəbəli ofis-ticarət mərkəzinin tikintisinə başlayıb. İnzibati binaların əsaslı təmiri sahəsində də, şirkət böyük həcmli işlər görür. Nümunə olaraq Bakı Dəniz Vağzalının binası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 16 mərtəbəli inzibati binasını, Kapital Bankın əsas inzibati binasını, Retro istirahət kompleksini, Türkiyənin Antalya şəhərində inşası tamamlanmış 5+2 ulduzlu Mardan Palace Otel kompleksini və s. göstərmək olar. Göründüyü kimi şirkətlər qrupunun fəaliyyəti kifayət qədər böyük miqyaslıdır və həm də Türkiyədə yaşayan azərbaycanlı iş adamı Telman İsmayılovun ortaqlarındandır. Bu şirkətin sahibi isə baş nazirini sabiq birinci müavini Abbas Abbasovun yaxın qohumlarından biridir. Bu qədər böyük bir şirkətin Bakı Şəhəri Fikrət Əmirov küçəsində yerləşməsi və həm də QHT-lərə DDŞ ilə eyni ofisdə necə yer tapıb yerləşməsi böyük şübhələrə səbəb oldu. Və şübhələrimizin ardınca araşdırma apararaq əmin olduq ki, artıq bu ünvanda xeyli sayda şirkət icarə müqaviləsi bağlayıb. Və hamısını da Əli Həsənovun mülkiyyətində olan ərazi olaraq. Ortaya «niyə» sualı çıxdı və onun cavabını araşdırmağa çalışdıq. İstər «Asnaf Alkon», istərsə də QHT-lərə DDŞ-nin bu ünvanda vergi ödəyicisi olaraq qeydiyyata düşüb-düşmədiyini araşdırdıq. Nə Maliyyə Nazirliyinin, nə də Vergilər Nazirliyinin informasiya bazasında bu ünvanda yerləşən hansısa hüquqi və ya fiziki şəxsin qeydiyyatı ilə rastlaşmadıq. Bundan əlavə, apardığımız araşdırmalar nəticəsində daha bir ehtimalla da rastlaşdıq. «Asnaf Alkon» şirkətlər qrupu əslində Diaspora Komitəsinin rəhbəri Nazim İbrahimovun da binasını inşa edib. N.İbrahimovun qardaşı İbrahim İbrahimov da kifayət qədər böyük bir biznes sahəsinə başçılıq edir. Həmçinin Əli Həsənovun özü da zamanında tikinti sektorunda işləyib. Bir qədər də konkretləşdirsək, Ə.Həsənov sabiq millət vəkili Hüseyn Abdullayevin yanında tikinti materiallarının satışı ilə məşğul olub. Hər halda ortada olan böyük bir bağın çox əhəmiyyətli məqamları da burada ortaya çıxır.
QHT Şurası ilə bağlı araşdırmalarımız davam edir. Gələn saylarımızda Şuranın idarəedilməsi zamanı kadr siyasəti barədə yazacağıq. Bu şuranın baş mühasibinin, icraçı direktorunun Azay Quliyevlə necə yaxın qohum olmaları, dövlət qulluğu olan Şura işçilərinin necə seçilməsi barədə araşdırmalarımız davam edəcək. Bundan başqa, biz Şuranın sədri olmamışdan əvvəl Azay Quliyevin rəhbərlik etdiyi Milli QHT Forumunun üzvü olan təşkilatlara hər dəfə QHT Şurası qrant müsabiqələri elan edəndə maliyyəni hansı formada ayırdığını da araşdıracağıq. Həmçinin redaksiyamıza daxil olan məlumatlara görə, Gənclər və İdman Nazirliyinin, «İrəli» İctimai Birliyinin də hər müsabiqə qalibləri elan ediləndə 10-15 yeri əvvəlcədən saxlanılır. Şura əməkdaşı bizimlə söhbətində bu nazirlik və ictimai birliyə verilən layihələrin maliyyə hesabatlarının da şuranının mühasibləri tərəfindən tərtib edildiyini dedi. Hər halda bütün bunların yazılması kifayət qədər əhəmiyyətli olan məqamlardır.
Azər Talıbov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azay Quliyev fəlsəfə doktoru oldu

    Azay Quliyev fəlsəfə doktoru oldu ...

    17-09-2014, 16:38

  • 
  • “Gündəm Xəbər” Azay Quliyevin fəaliyyətin araşdırır

    “Gündəm Xəbər” Azay Quliyevin fəaliyyətin ...

    21-02-2013, 10:00

  • 
  • Parlament jurnalistləri Azay Quliyevin seçki qərargahında olublar

    Parlament jurnalistləri Azay Quliyevin seçki ...

    26-10-2015, 14:28

  • 
  • MTN Prezident yanındakı QHT Şurasını da, öz poliqonuna çevirib

    MTN Prezident yanındakı QHT Şurasını da, öz ...

    20-11-2015, 18:24

  • 
  • Azay Quliyev seçki kampaniyasına yekun vurdu

    Azay Quliyev seçki kampaniyasına yekun vurdu ...

    30-10-2015, 23:30


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
cassino brasil
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu