GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Qusar rayon Məhkəməsindən daha bir şikayət

Qusar rayon Məhkəməsindən daha bir şikayət

Tarix: 3-06-2015, 13:53 Bölmə :Manşet Baxış: 0
 Qusar rayon Məhkəməsindən daha bir şikayət

02 mart 2015-ci il tarixdə Qusar rayon Məhkəməsində hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi ilə keçirilən prosesdə çıxarılmış qərar, hansısa maraqlar çərçivəsində çıxarılmış qərardır

Bəzi məhkəmələrdə ədalət prinsipinin təmin edilməməsi adi hala çevrildikcə, vətəndaşların ayrı-ayrı mətbu orqanlara, bir çox media qurumlarına və.s ünvanladıqları şikayətlərin də ardı-arası kəsilmir. Bu sırada Qusar rayon Məhkəməsindən redaksiyamıza daxil olan ərizələr çoxluq təşkil etdikcə, əksər hallarda nəzər-diqqət də, çıxarılmış ədalətsiz məhkəmə qərarlarının mahiyyətinə yönəlir. Məsələn, bu dəfə redaksiyamıza Qusar rayon Məhkəməsinin hakimi Ələkbər Hüseynovun 02 mart 2015-ci il tarixdə çıxardığı qərarla bağlı, Qusar şəhəri, Müqtədir küçəsi 208 saylı ünvanında yaşayan Orucov Mahir Mayıs oğlu tərəfindən şikayət ərizəsi daxil olmuşdur. O, yazdığı şikayət ərizəsində bildirir ki, “mən 1999-cu ildə rəsmi nigaha daxil olmadan Çələbiyeva Elnurə Nazir qızı ilə ailə həyatı qurmuşdum. Bir müddət nigahsız yaşasaq da, nigahımızı sonradan rəsmiləşdirdik. 21 noyabr 2004-cü il tarixdə birgə

nigahımızdan övladımız Orucova Albina Mahir qızı dünyaya gəldi. Ailə münasibətlərimiz uyğun gəlmədiyi üçün, sonradan Elnarə Çələbiyeva ilə nigahımız məhkəmə qaydasında ləğv olundu. Həmin vaxt azyaşlı Albina anasının yanında qaldığından uşağın saxlanması üçün çıxarılmış məhkəmə qərarırına əsasən, verəcəyim alimenti vaxtlı-vaxtında çatdırırdım və uşağımla da tez-tez ünsiyyətdə olurdum.

Əldə etdiyim məlumatlara görə Elnurə Çələbiyeva mənimlə nigahdan ayrıldıqdan sonra, Rusiya Federasiyasında yaşayan bir şəxslə evlənmiş və belə bir səbəb üzündəndə o, bu gün RF-na getmək istəyir. Amma o, tək getmək istəmir və istəyi odur ki, 18 yaşa çatmamış Albinanı da RF-da yaşayan qohumlarının yanına apara bilsin. Mən isə buna razı olmadığımı bildirirəm”.

Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinin 2-ci və 3-cü hissəsində bildirilir ki, 18 yaşa çatmamış uşaqların ölkədən getməsi, yaxud da ölkəyə gəlmələri yalnız və yalnız valideyinlərinin razılığı əsasında, yaxud da onların nümayəndələrinə notariat kontorlarında təsdiq edib verdikləri rəsmi sənəd əsasında baş tuta bilər. Əgər valideyinlərdən birinin razılığı olmazsa, o halda problemin həlli üçün yalnız məhkəməyə müraciət olunmalıdır.

Ümumiyyətlə, qanunvericilik onu da təsbit edir ki, həddi-büluğa çatmayan uşaqların valideyinlərdən birinin razılığı olmadan, onların ölkədən aparılmaları, yaxud da ölkəyə gəlmələri istisna hallarda baş tuta bilər. Məsələn, tutaq ki, uşağın səhhətində ciddi problem əmələ gəlib və onun müalicəsi xarici ölkələrdən birində həyata keçirilməlidir. Bu zaman qanunvericilik valideyinlərdən birinin razılığı olmadan, uşaqların ölkədən getməsi, yaxud da ölkəyə gəlmələrinə ixtiyar verir.

Amma bütün bunlara baxmayaraq, Orucov Mahir Mayis oğlu 2004-cü il təvəllüdlü Albina Orucovanın anası Elnurə Çələbiyeva ilə RF-na getməsinə razı olmadıqda, qarşı tərəf Qusar rayon Məhkəməsinə müraciət etmək zorunda qalır və 02 mart 2015-ci il tarixdə əsassız məhkəmə qərarının çıxarılmasına

da nail ola bilir. Belə ki, məhkəmə zamanı iş üçün əhəmiyyət kəsb edən hallar lazımınca araşdırılmır, yəni lazımi faktlara və işə əlavə edilmiş sənədlərə obyektiv hüquqi qiymət verilmir, yalnız iddiaçının şifahi mülahizələrinə əsaslanaraq belə bir qərar çıxarılır.

Təəssüf doğuran hal odur ki, proses zamanı məhkəmə heyyəti guya Mahir Orucovun həmin vaxtadək uşağın mənafeyinə qalmadığını, tərbiyəsində iştirak etmədiyini və.s əsas tutaraq, Orucova Albina Mahir qızının atasının razılığı olmasa belə, anası Çələbiyeva Elnurə Nazir qızı ilə RF-na getməsi məqsədəuyğun hal hesab edir. O, halda sual oluna bilər ki, axı Mahir Orucov həyat yoldaşından məhkəmənin qərarı ilə ayrılsa da, o, uşağın saxlanması və böyüməsi üçün lazım olan alimenti vaxtlı-vaxtında vermiş, tez-tez də onunla da görüşmüşdür. Belə bir halın varlığı onu sübut etməyə əsas vermirmi ki, atası gündəlik Albina Orucovanın yanında olmasa da, onu heç vaxt unutmamışdır. Deməli, məhkəmədə Mahir Orucovla bağlı sadalanan iradların heç bir əsası yoxdur.

Bütün bunlar onu sübut etməyə əsas verir ki, Qusar rayon Məhkəməsində 02 mart 2015-ci il tarixdə hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi ilə keçirilən məhkəmə prosesində çıxarılmış qərar, hansısa maraqlar çərçivəsində çıxarılmış qərardır. Birinci instansiya məhkəməsinin çıxardığı ədalətsiz qərardan narazı qalan Mahir Orucov, Sumqayıt Apellyasiya Məhkəməsinə apelliyasiya şikayəti ünvanlasa da, o, yenə də haqsızlıqla üz-üzə qalmalı olur. Yəni, hakim Azər Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində, ikinci instansiya məhkəməsi də, Qusar rayon Məhkəməsinin çıxarmış olduğu ədalətsiz qərarı qüvvədə saxlayır.

Bu gün belə bir ədalətsizliklərlə üz-üzə qalan və çıxarılacaq ədalətli qərarın arzusunda olan Mahir Orucov, üzləşdiyi problemin ictimailəşməsinə çalışır ki, bəlkə nə vaxtsa ədalətə qovuşa bildi.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Qusar sakini donvurmadan öldü

    Qusar sakini donvurmadan öldü ...

    9-12-2013, 23:59

  • 
  • İlham Əliyev Qusar rayonundadır

    İlham Əliyev Qusar rayonundadır ...

    19-12-2013, 17:01

  • 
  • Qusar rayonunda intihara cəhd edilib

    Qusar rayonunda intihara cəhd edilib ...

    22-02-2016, 18:12

  • 
  • Qusar rayon İcra Hakimiyyəti nə işlə məşğuldur? - Şəhidin məzarı hələ də götürülməyib

    Qusar rayon İcra Hakimiyyəti nə işlə məşğuldur? - ...

    4-01-2021, 17:45

  • 
  • Qusar rayon mərkəzi xəstəxanasında özbaşınalıq hökm sürür.

    Qusar rayon mərkəzi xəstəxanasında özbaşınalıq ...

    24-07-2013, 13:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (256)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu