Bu gün Qusar rayon Sudur kənd sakini, 1960-cı il təvəllüdlü Novruzbəyov Şeydabəy Əliybəy oğlu donvurmadan ölüb. Qusar Rayon Prokurorluğunun əməkdaşları hazırda hadisə yerindədir. İlkin ehtimala görə, Ş. Novruzbəyov spirtli içki qəbul edərək sərxoş vəziyyətdə küçədə yatdığı üçün donvurmadan həyatını itirib. Araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?