Avstriya Milli Olimpiya Komitəsi Bakıda Atletlər Kəndində yerləşən Nəqliyyat Deposunda baş verən qəza zamanı yaralanan avstriyalı idmançılarla bağlı açıqlama verib.
Komitənin rəsmisi Volfqanq Eyxler Avstriya milli komandasının 3 idmançısının birinci Avropa Oyunlarında çıxış edəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakıda Atletlər Kəndində yerləşən Nəqliyyat Deposunda qəza baş vermişdi. Qəza zamanı sinxron üzgüçülük üzrə Avstriya milli komandasının 3 idmançısı yaralanmışdı. Onlardan ikisinin vəziyyəti ağır olduğu üçün Avsrtiyaya göndərilmişdi.
Baş vermiş hadisəyə dair xəbərlər aşağıdakı linklərdə.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?