Əhalinin keyfiyyətli qida məhsulları ilə təminatı, təhlükəsizliyinin təmin olunması, zaman-zaman qarşımızda duran əsas prioritet məsələlərdən biri olub. Elə bu səbəbdən də, ara-sıra hökümət səviyyəsində bu yöndə monitorinqlər keçirilir, problemlərin həlli istiqamətində lazımi addımlar da atılır. Yəni, ümumi vəziyyət daim nəzarətdə saxlandığından, başlıca məqsəd əhalinin hər növ qida məhsulları ilə təminatında keyfiyyətliyi təmin etmək, sağlam cəmiyyətin formalaşmasına lazımi köməkliyi göstərməkdən ibarət olur.
Bəs görəsən bu yöndə atılan addımlara paytaxtla bərabər, bölgələrdə necə əməl olunur? Elə bu səbəbdən də, hələ bir müddət bundan əvvəl bir neçə şəhər və rayonlarda olduq. Başlıca məqsədimiz istər ərzaq mağazalarında, istərsə də bazarlarda və digər ünvanlarda satılan qida məhsullarının keyfiyyətliliyinə baxış yetirmək və lazımi məlumatları əldə etmək idi. Daha çox isə ət məhsullarının keyfiyyəti, satışının təşkili zamanı gigiyenik qaydalara əməl olunma nəzər-diqqətimizi cəlb etdi.
Qərb bölgəsi üzrə Qazax rayonunda elə hallarla üzləşdik ki, sanki həmin rayonda baytarlıq xidməti idarəsinin “müalicə”yə ehtiyacı olduğunu gözlərimizlə görə bildik. Məsələn, rayonun mərkəzi yol kənarlarında satılan iribuynuzlu, xırdabuynuzlu heyvanların əti açıq şəkildə satılır və satışının təşkili zamanı nəinki gigiyenik qaydalara əməl olunmur, hətta həkim müayinəsi olmadan belə satışı da həyata keçirilir. Ümumi vəziyyətin daha acınacaqlı durumu, rayonun mərkəzi bazarının içərisindəki ət satışı nöqtələrində yaşanır. Yəni, daha çox ət alınan bu ünvandandakı satış nöqtələrinə kənardan baxış keçirilərkən bəlli olur ki, satılan ətlərə həkim baxışı həyata keçirilmədiyindən, ətlər üzərində həkim möhürü də nəzərə çapmır.
Qeyd olunan ünvanda bir neçə nəfərlə etdiyimiz ayaqüstü söhbət zamanı o da bəlli oldu ki, rayonun baytarlıq xidməti idarəsinə rəhbərlik edən İlqar həkimin tabeçiliyində olan əməkdaşlar, yalnız səhər saatlarında ərazidə satılan ətlərə kənardan baxış keçirirlər. Və hər ət satışı nöqtəsindən analiz etmək adı ilə təqribən 150-200 qram ət götürməklə, üzərlərinə düşən vəzifəni başa vurmuş hesab edirlər. Diqqəti cəlb edən hal isə, hər satış nöqtəsindən əldə olunan 150-200
qram ətlərin aqibəti olur. Düzdür, bu haqda konkret nəsə deyə bilməsək də, amma müəyyən versiyalar üzərində düşünürük ki, toplanan 150-200 qramlıq ətlər, vəzifə sahibləri tərəfindən müəyyən yollarla “xırıd” edilir.
Ümumiyyətlə, bu gün istifadə olunan qida məhsulları içərisində ətdən istifadə daha fərqli formadadır. Elə bu səbəbdən də, rayonun müxtəlif ərazilərində, o cümlədən yol kənarlarında, mərkəzi bazarında və digər ünvanlarda fəaliyyət göstərən ət satışı nöqtələrində yaşanan durum, sanki həyacan təbili çalmağa əsas verir. Buna səbəb, bu sahəyə cavabdehlik daşıyan baytarlıq xidməti idarəsi rəhbərliyinin və əməkdaşlarının səhlənkar fəaliyyətləridir.
Növbəti sayımızda hər ət satışı nöqtəsindən əldə olunan “haqq-hesab”ın məbləğindən, toplanan 150-200 qram ətlərin müəmmalı taleyindən bəhs edəcəyik.
Sorğu
Yeni dizaynımız necədir?