GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » “Məhkəmə barəmdə ədalətsiz hökm çıxarıb”

“Məhkəmə barəmdə ədalətsiz hökm çıxarıb”

Tarix: 22-06-2015, 19:02 Bölmə :Manşet Baxış: 0
“Məhkəmə barəmdə ədalətsiz hökm çıxarıb”

Dələduzluqda təqsirli bilinən məhkum işinə baxan hakimləri ittiham etdi

Şirvan Apelyasiya Məhkəməsində dələduzluqda təqsirli bilinən Ağcabədi şəhər sakini, 1985-ci il təvəllüdlü Vasif Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, Vasif Əliyev əvvəllər talama cinayəti törətdiyi üçün, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin 05 dekabr 2003-cü il tarixli hökmü ilə, CM-nin 181.2.2 və 181.2.5-ci (quldurluq) maddələri ilə təqsirli bilinib və 9 il müddətə azadlıqdan mərhumetmə cəzasına məhkum olunub. 9 ildən sonra azadlığa çıxan Vasif Əliyev iş tapa bilmədiyi üçün, yenidən dələduzluq etməyə başlayıb. O, dələduzluq etdiyi üçün Zərdab rayon Məhkəməsinin 13 iyun 2013-cü il tarixli hökmü ilə, yenidən 1 il 6 ay müddətə azadlıqdan mərhumetmə cəzasına məhkum olunsa da, Şirvan Apelyasiya Məhkəməsinin 26 sentyabr 2013-cü il tarixli qərarı ilə cəzası 6 aya endirilir.

Satıcıya qarşı dələduzluq

Vasif Əliyev cəzaçəkmə müəssisəsindən 03 oktyabr 2013-cü il tarixdə cəzasının başa vuraraq azadlığa çıxır və çox keçmir ki, yenidən dələduzluq əməlləri törətməyə başlayır. O, 2013-cü ilin noyabr ayının ortalarında Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinə gedərək, orada satıcı işləyən Tural Süleymanova qarşı dələduzluq törədir. Və həmin vaxt Turala şəxsiyyət vəsiqəsini verərək, onun etimadını qazanır .Vasif xəstə uşağını həkimə aparacağı adı ilə onu aldadıb və bir saat müddətinə qaytaracağını vəd etməklə Turaldan 35 manat pul alır. Bir neçə dəqiqədən sonra yenidən Tural Süleymanovun yanına qayıdan Vasif Əliyev, ona bir ədəd “Bluetooth D1530 FM” markalı istifadəyə yararsız mobil telefon aparatı verir və pasportunu geri alır.

Vasif Əliyev 28 dekabr 2013-cü il tarixdə gecə saat 21 radələrində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekt-217 ünvanında yerləşən və əvvəllər tanımadığı İbadət Abdullayevin ət mağazasına gedir və özünü ona Ağcabədi şəhərində yerləşən “Ayılar” adlı yeməkxananın işçisi kimi təqdim edətrək, onu aldad bilir.

Qəssabın 200 manatını ələ keçirir

O, şəxsiyyət vəsiqəsini Abdullayevə təqdim edərək, aldığı ətin pulunu ödədikdən sonra onu geri götürəcəyini bildirir. Vasif İbadət Abdullayevin etibarından sui-istifadə etməklə, hətta onun 50 manat dəyərində 5,8 kiloqram quzu ətini də ələ keçirə bilir.

Daha sonra həmin gün saat 24 radələrində yenidən İbadət Abdullayevin ət mağazasına qayıdı və işlədiyi yeməkxanaya ərzaq alacağı adı ilə onu təkrar aldada bilir. Hətta ondan 50 manat pul da ala bilir.

Vasif Əliyev həmin ilin 29 dekabrında, saat 10 radələrində yenidən İbadət Abdullayevə məxsus mağazaya gəlir və mağaza sahibini restorana ərzaq alacağı adı ilə aldadaraq, ondan da 70 manat pul alır.. Vasif həmin gün saat 17 radələrində yenidən İbadət Abdullayevin mağazasına qayıdır və taksi sürücüsünə pul verəcəyi adı ilə onu yenidən aldadıb 30 manatını ala bilir. İbadətə verdiyi pasportu Bakı şəhərindən “Kapital Bank”ın Ağcabədi filialına, guya onun adına göndərilmiş pul vəsaitini götürərək aldığı pulları ona qaytaracağı adı ilə aldadır və pasportunu almağa çalışır. Bununla da o, İbadət Abdullayevə üst-üstə 200 manat ziyan vurur.

8 il cəza

Vasif Əliyev Cinayət Məcəlləsinin 178.3.3-cü (təkrar dələduzluq törətmək) maddəsi ilə təqsirli bilinir və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilir. Hökmdən narazı qalan Vasif Əliyev apelyasiya şikayəti verərək, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

“Dəri alveri edənin Bakirin xalası oğlu olduğunu bildirdim”

Hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən Vasif Əliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, Ağcabədi şəhərində himayəsində işləməyən həyat yoldaşı və bir azyaşlı uşağı ilə birgə yaşayıb: “Əvvəllər iki dəfə məhkum olunmuşam, heç bir yerdə işləməmişəm. Zərərçəkmiş şəxslər - İbadət Abdullayevi və Tural Süleymanovu hadisəyə kimi tanımamışam, onlarla heç bir münasibəti olmayıb. 2013-cü ilin dekabr ayının 28-də qohumum Asəfin idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Ağcabədi şəhəri, H.Əliyev adına parkın yaxınlığında yerləşən çay evinə gedərkən, yolun sağ kənarında ət dükanının açıq olduğunu gördüm. Həmin vaxt avtomobildən düşüb ət dükanına girdim. Əvvəllər tanımadığım ət satan qəssab İbadətə 5-6 kiloqram ət lazım olduğunu, lakin ət almağa pulum olmadığını dedim. İbadət kimlərin qohumu olduğumu soruşdu. Ona dəri alveri edən Bakirin xalası oğlu olduğunu bildirdim. İbadət Bakiri yaxşı tanıdığını, Bakirdən daima dəri almasını dedi. Cibimdə olan özümə məxsus pasportu İbadətə verərək etibar üçün pasportunu saxlamasını, aldığım ətin pulunu səhəri gün verəndə pasportunu geri alacağımı dedim. Ondan bir kiloqramı 9 manata olmaqla ümumi dəyəri 50 manatlıq 6 kiloqram ət aldım. Geri qayıdarkən bazarın yanındakı ərzaq mağazasına girdim və aldığım ətin kiloqramını 7 manata mağazada işləyən qadına satdım”.

“Borcu qaytara bilməmişəm”

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin gün yenidən saat 24 radələrində ət mağazasına gəlir: “Mağazanın bağlı olduğunu gördüm və İbadətin evinə gedərək 50 manat pul lazım olduğunu ona bildirdim. Səhəri qaytarmaq şərti ilə ondan 50 manat istədim. İbadət problem olmadığını deyərək mənə 50 manat pul verdi. İki gün ərzində İbadətdən aldığım ətin pulu ilə birlikdə ondan 200 manat borc almışam, qaytaracağıma söz versəm də, imkanı olmadığından borcumu qaytara bilməmişəm”.

O, qeyd edir ki, Tural Süleymanova özünə məxsus pasportu, eləcə də mobil telefon aparatı verməyib və Turaldan 35 manat məbləğində pul almayıb: “Mobil telefonu Turala həmin vaxt mənim yanımda olan Rəhman adlı şəxs verib. İbadət Abdullayevdən aldığım 200 manatı dələduzluq etməklə ələ keçirməmişəm, yalnız ondan borc kimi almışam. Hazırda əməlimdən peşmançılıq hissi keçirirəm. Himayəmdə heç bir yerdə işləməyən həyat yoldaşımın və bir azyaşlı uşağımı olmasını, əldə etdiyim pulu dələduzluq etməklə deyil, borc kimi almağımı və maddi ziyanın ödənildiyini nəzərə alınmasını xahiş edirəm”.

“Məhkəmə mötəbər sübuta söykənməyib”

O, deyib ki, birinci instansiya məhkəməsinin hökmü heç bir mötəbər sübuta söykənmədən barəsində hökm çıxarıb. Vasif Əliyev qeyd edib ki, ibtidadi istintaq orqanı və birinci instansiya məhkəməsi, onun əvvəllər başqa maddə ilə məhkum edildiyinə əsaslanaraq əməlini düzgün müəyyən etməyib və Cinayət Məcəlləsinin 178.3.3-cü maddəsi ilə tövsif edib. O, şikayətində birinci məhkəmə instansiyasının hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

“Xəstə uşağına dərman almaq üçün 35 manat aldı”

Zərərçəkmiş Tural Süleymanovun sözlərinə görə, Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən “Petrol” adlı yanacaqdoldurma məntəqəsində operator işləyir. O, qeyd edib ki, Vasif Əliyevi əvvəllər tanımayıb, onunla heç bir münasibəti olmayıb: “2013-cü ilin noyabr ayının ortalarında, axşam saat 20 radələrində iş yoldaşım Natiq Məmmədovla işdə olarkən, əvvəllər tanımadığım bir oğlan yanacaqdoldurma məntəqəsinə gələrək, iki saatdan sonra aldığı pulu qaytarmaq şərti ilə 35 manat istədi. O, öz xarici pasportunu mənə verdi və xəstə uşağına dərman almaq üçün 35 manat pul aldı. Təxminən 5-6 dəqiqədən sonra həmin şəxs qayıdaraq mənə “Bluetooth D 5130” markalı Çin istehsalı olan mobil telefon aparatı verdi və pasportunu götürdü. İki saatdan sonra aldığı 35 manat pulu qaytaracağını dedi. Ancaq həmin şəxs bir daha

qayıtmadı. Təxminən 2-3 gün sonra Vasifin gəlmədiyini görərək ona verdiyim telefonu açmaq istədim, lakin telefon açılmadı. Telefonun nömrə yerinə baxdım, telefonun üstündə nömrənin olmadığını, nömrə yerinin isə xarab olduğunu gördüm. Həmçinin telefonun heç bir düyməsi işləmirdi. Vasifin harada yaşamasını bilmədiyimə görə, əvvəlcə polisə şikayət etmədim. Sonradan həmin şəxsin Vasif olduğumu bildiyim üçün polisə şikayət etdim. O, məndən aldığı pul geri qaytarmayıb. Həmin pul yanacaqdoldurma məntəqəsinin pulu olduğu üçün, sonradan əmək haqqımdan tutulub”.

Tural Süleymanov şikayətçi olmadığını deyərək, Vasif Əliyevin apelyasiya şikayətinin təmin edilməsini, ona daha yüngül cəzanın təyin edilməsini xahiş edib. Dövlət ittihamçısı Səyavuş Sadıqov deyib ki, Vasif Əliyev Cinayət Məcəlləsinin 178.3.3-cü maddəsi ilə məhkum olunması barədə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayəti əsassızdır. Prokuror törədilmiş cinayət hadisəsinin iş materialları ilə tam sübuta yetirildiyini və birinci instansiya məhkəməsi tərəfindən qanuni, ədalətli və əsaslı hökmün çıxarıldığını bildirib. O, apelyasiya şikayətinin təmin edilməməsini istəyib. Tərəfləri dinləyən hakim heyəti apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar elan edib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ev tikmək adı ilə dələduzluq

    Ev tikmək adı ilə dələduzluq ...

    18-05-2016, 00:53

  • 
  • Bacısını qətlə yetirən kişini həbsxanadan kim buraxıb?

    Bacısını qətlə yetirən kişini həbsxanadan kim ...

    23-08-2015, 11:26

  • 
  • Dələduza hökm oxundu

    Dələduza hökm oxundu ...

    9-06-2016, 16:59

  • 
  • Əfv sərəncamıyla azadlğa qovuşanların tam siyahısı

    Əfv sərəncamıyla azadlğa qovuşanların tam siyahısı ...

    26-12-2012, 20:29

  • 
  • Piyadanın ölümünə səbəb olan sürücü azadlığa buraxıldı — Məhkəmə qərarı

    Piyadanın ölümünə səbəb olan sürücü azadlığa ...

    19-02-2018, 12:47


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (5)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu