GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Beyləqanda şah qanundur

Beyləqanda şah qanundur

Tarix: 23-06-2015, 12:49 Bölmə :Manşet Baxış: 0
Beyləqanda şah qanundur

Rayonun M.Müşfiq küçəsi ev-66 ünvanında yaşayan, gözündən və ayaqlarından əlil olan 70 yaşlı qocanı, bələdiyyə sədri ilə bərabər, digər vəzifə sahibləri də gözümçıxdıya salıblar

Ötən saylarımızın birində Beyləqanın sosial-iqtisadi həyatında baş verənlərdən, xüsusilə rayonun mərkəzi yollarının bərbad olmasından, sosial problemlərin aşıb-daşmasından, sadə vətəndaşlara qənim kəsilən vəzifə sahiblərinin hikkələrindən və.s bəhs etmişdik. Düzdür, ilk əvvəl inana bilməzdik ki, məqalənin dərcindən sonra çoxsaylı oxucular, sosial problemlər məngənəsində boğulan əksər beyləqanlılar bizimlə əlaqə saxlayıb, üz-üzə qaldıqları problemlərin varlığını redaksiyamıza çatdıracaqlar. Nə emək olar? Görünür sadə beyləqanlılar nə qədər zinhara gəliblər ki, mətbuata üz tuturlar, dərdlərini bölüşməyə sanki bir ünvan axtarırlar.

Belə sakinlərdən biri də, rayonun M.Müşfiq küçəsi ev-66 ünvanında yaşayan Abdullayev Balaoğlan Nuruş oğludur. O, redaksiyamıza ünvanladığı şikayət ərizəsində bildirir ki, “mənim 70 yaşım var, gözümdən və ayaqlarımdan əlil olmaqla bərabər, həm şəkər, həm də əsəb xəstəsiyəm. 1960-cı ildən yuxarıda qeyd olunan ünvanda ailə üzvlərimlə birlikdə yaşayıram. Səhhətimdə əmələ gələn problemlərdən istifadə edən rayon bələdiyyəsinin sədri Bakir Balakişiyev və DTXÇK Beyləqan rayon şöbəsinin sabiq müdiri Rəfayel Pəsiyev, vaxtilə ailə üzvlərimizə verilmiş həyətyanı torpaq sahəsinin tən yarısını, 2014-cü ildə başqa bir şəxsdən 5 min manat pul almaqla ona satmışlar. Hər iki vəzifə sahibinin heç bir əndazəyə sığmayan əməllərindən, dəfələrlə Beyləqan rayon İcra Hakimiyyətinin başçısına şikayətlər ünvanlasam da, qarşı tərəfdən nə bir səs çıxdı, nə də ki, bir soraq eşidildi. Son anda rayon prokurorluğuna, polis şöbəsinə, rayon bələdiyyəsinin və sabiq torpaq şöbəsi müdirinin özünə yazılı müraciətlər ünvanlasam da, heç bir qurumdan cavab belə vermədilər. Belə bir halın varlığı bir daha onu sübut etməyə əsas verir ki, Beyləqanda qanun işləmir, yerli padşahlar qanunun funksiyasını lazımınca yerinə yetirirlər. Yəni, əksər qurumların fəaliyyəti fəaliyyətsizliyə söykəndiyindən, onların işi yalnız saxta sənədlərə möhür vurmaqdan ibarət olur”.

Bir faktı da qeyd edək ki, bələdiyyələr haqqında qəbul olunmuş qanuna edilmiş dəyişikliklərə əsasən, 2007-ci ilin oktyabr ayından bələdiyyə torpaqları hərrac yolu ilə vətəndaşlara verilə bilər. Qanunun belə bir tələbinin olmasına baxmayaraq, nə bələdiyyə sədri, nə də ki, DTXÇK Beyləqan rayon şöbəsinin sabiq müdiri hərrac keçirilmədən, Baloğlan Abdullayevin ailəsinə məxsus həyətyanı torpaq sahəsinin tən yarısını, başqa bir şəxsə satırlar.

Diqqəti cəlb edən hal odur ki, DTXÇK Beyləqan rayon şöbəsinin sabiq müdiri Rəfayel Pəsiyev, elə ki, qol qoyduğu qanunsuzluqlarla ittiham olunur, bu zaman o bildirir ki, “mən YAP Beyləqan rayon təşkilatının sədriyəm və elə bu səbəbdən də,

nə istəsəm onu da edərəm. Kim məni daşıdığım vəzifəmdən uzaqlaşdıra bilər?” deyir.

Çox maraqlı cavab, diqqəti cəlb edən açıqlamadır. Necə bəyəm! Görəsən, qanun YAP-nın yerli təşkilatına rəhbərlik edən şəxsə müstəsna səlahiyyət verirmi ki, R.Pəsiyev belə bir iddialarla çıxış edir? Axı, 08 avqust 2014-cü il tarixdə Beyləqan şəhəri üzrə Ərazi Nümayəndəsinin imzası ilə təsdiq olunaraq verilmiş arayışda bildirilir ki, Dövlət Torpaq Kadastrı kitabında A-295980 nömrə ilə uçota alınmış torpaq sahəsi (0,06 hektar) Abdullayev Baloğlan Nuruş oğluna məxsusdur. Bu belə olduğu halda, hər iki vəzifə sahibinin atdıqları addıma nə ad vermək olar?

Maraq kəsb edən hal isə, rayon rəhbərliyinin susqunluğudur. Bu da onu söyləməyə əsas verir ki, icra hakimiyyətinin başçısı digər vəzifə sahibləri ilə əlbir olaraq, sadə vətəndaşları minbir hoqqalara, sağalmaz dərdə düçar edirlər.

Hörmətli oxucular! Ümumiyyətlə, Beyləqan rayonunda yaşanan sosial problemlərin varlığını daim diqqət mərkəzində saxlayacağıq. Odur ki, bizimlə də əməkdaşlıq etməyə çalışın.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Mirzə

Beyləqan rayon sakini ölkə rəhbərindən kömək istəyir

Kamal Cəfərovun üz-üzə qaldığı problemə səbəb, 03 iyul 2012-ci il tarixdə rayon rəhbərliyi tərəfindən imzalanmış 77 saylı sərəncamın varlığı bildirilir

Son aylar Beyləqandan redaksiyamızın poçtuna daxil olan şikayətlərin ardı-arası kəsilmir. Buna səbəb o olur ki, rayonda idarəetməni həyata keçirən vəzifə sahibləri, o qədər də imkanı olmayan sadə vətəndaşların çoxunu müxtəlif yollarla gözümçıxdıya salırlar, onları minbir müsibətlərə düçar edirlər. Nəticədə o hal baş verir ki, sadə vətəndaşlar üzləşdikləri problemlərin həlli naminə məhkəmələrə üz tutmaq məcburiyyətində qalırlar. Çox təəssüflər olsun ki, yerlərdəki məhkəmələr sanki icra hakimiyyətlərinin bir qolu olaraq qanunları deyil, verilmiş şifahi tapşırıqları əsas tutub ədalətsiz qərarlar çıxarırlar. Daha ədalətsiz hal isə o olur ki, çıxarılmış ədalətsiz qərarlardan yuxarı instansiya məhkəmələrinə ünvanlanan təkrar şikayətlər də, əksər hallarda qüvvədə saxlanılır. Belə olan təqdirdə sadə vətəndaşların dövlət orqanlarından bəzilərinə inamsızlığı artır və onlar məcbur olurlar ki, üzləşdikləri problemlərin həlli naminə ölkə rəhbərinə müraciətlərini ünvanlasınlar. Nə qədər acı olsa da, sadalanan amillər bu gün cəmiyyətimizdə yaşanan ab-havanın görünən tərəfidir.

Bir-iki gün bundan əvvəl, redaksiyamıza ürəkyanğısı ilə şikayət ərizəsini ünvanlayan Beyləqan şəhəri H.Cavid küçəsi ev-1 ünvanında yaşayan Səfərov Kamal Hüseyn oğlu da, belə sakinlərdən biridir. O, yazdığı şikayət ərizəsində başına gətirilən müsibətləri bizimlə belə bölüşür ki, “29 aprel 1994-cü il tarixdə Beyləqan rayon Xalq Deputatları Sovetinin 15 nömrəli qərarı ilə, Beyləqan Kəbirli asfalt yolu ilə yeni çəkilmiş Orconokidze kanalı arasındakı boş torpaq sahəsindən 1.42 ha torpaq sahəsi, şəxsi istifadəm üçün mənə verilmişdi. Ötən illər ərzində həmin torpaq sahəsinə ailəmizlə birlikdə sərmayə qoyduq və orada müxtəlif uzunömürlü xan çinarı, digər ağac növləri əkib becərərək, qeyd olunan torpaq sahəsini 20 il müddətinə mühafizə də etdik. Və torpaqdan istifadəyə görə, müəyyən olunmuş dövlət rüsumunu da ödədik. Onu da qeyd edim ki, bizə ayrılmış 1.42 ha torpaq sahəsinin xəritəsi, plan-ölçüsü çəkilmiş, həmin sahənin bizə verilməsi barədə XDS-nin memarlıq şöbəsinin rəyi də verilmişdir.

Elə ki, 2001-ci ildə Beyləqanda bələdiyyələr fəaliyyət göstərməyə başladılar, çox keçmədi ki, 27 iyul 2001-ci il tarixdə Beyləqan şəhər bələdiyyəsinin keçirilən iclasının 2 saylı qərarı ilə, istifadəmdə olan torpaq sahəsindən 30kv.m torpaq sahəsi, xırda ticarətlə məşğul olmaq üçün Cəfərov Famil Ramazan oğlu adlı şəxsə verildi. Bu zaman lazım olan sənədləri bələdiyyə rəhbərliyinə təqdim etdim, çox keçmədi ki, həmin qurum vermiş olduğu sərəncamı ləğv etdi və tərəf olaraq mənimlə müqavilə bağladı. 2013-cü ilə qədər bələdiyyənin büdcəsinə rüsum da ödədik.

Bütün bunlara baxmayaraq Beyləqana yeni təyin edilmiş icra başçısı Vaqif Abdullayev, 20 il müddətinə istifadəmdə olan 1.42 ha torpaq sahəsindən 0.7 ha torpaq sahəsinin qanunsuz olaraq Əsədov Xaqani Əsgərxan oğluna verilməsi barədə, 03 iyul 2012-ci il tarixdə 77 saylı sərəncamını imzalayır. Diqqəti cəlb edən hal odur ki, icarəyə götürülmüş torpaq sahəsində əsaslı tikinti işlərinin aparılması qanunla qadağan olunduğu halda, Vaqf Abdullayev imzaladığı 77 saylı sərəncamla qeyd olunan torpaq sahəsində, əsaslı tikinti işlərinin aparılmasına dair bilərəkdən icazə verir. Belə bir halın varlığı da, çox ciddi qanun pozuntusunun varlığını ortaya çıxarır”.

Şikayətçi onu da qeyd edir ki, “mən 2012-ci ildə üzləşdiyim haqsızlıqlarla bağlı rayon rəhbərliyinə, rayon polis şöbəsinə, DTXÇK Beyləqan rayon şöbəsinin sabiq rəhbəri R.Pəsiyevə, DƏDRX Beyləqan Regional Şöbəsinin rəhbərliyinə, ETSN 7 saylı İmişli Regional Şöbəsinin müdirinə və digər aidiyyəti qurumlara dəfələrlə müraciətlər etsəm də, çox təəssüflər olsun ki, heç bir qurum rəhbərindən doğru-dürüst cavab əldə edə bilmədim. Üzləşdiyim ədalətsizlikdən, haqsızlıqdan zinhara gəldiyim üçün son anda məcbur olub, problemimin həlli ilə bağlı Beyləqan rayon Məhkəməsinə, Şirvan İnzibati-İqtisad Məhkəməsinə, 19 avqust 2013-cü il tarixdə isə, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına müraciətlər etdim. Təəssüf doğuran hal o oldu ki, qeyd olunan məhkəmələrdə qanunun aliliyi deyil, vəzifəli şəxslərin mövqeyi müdafiə olundu və qanunsuz verilmiş sərəncama haqq qazandırıldı.

Hələ bunlar azmış kimi, ölkə rəhbərinin tapşırığı əsasında nazirlərin, komitə sədrlərinin və digər yüksək çinli vəzifə sahiblərinin bölgələrdə vətəndaşlarla görüşləri keçirilərkən, yazmış olduğum şikayət ərizələrimi onlara da təqdim etdim. Məsələn, 13 sentyabr 2013-cü il tarixdə Ağcabədidə Baş Prokuror Zakir Qaralova,

27 sentyabr 2013-cü il tarixdə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova, 26 dekabr 2013-cü il tarixdə İmişlidə Ədliyyə Naziri Fikrət Məmmədova çatdırdım. Bütün bunlara baxmayaraq, 17 noyabr 2014-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Kəmaləddin Bədəlovun sədrliyi ilə keçirilən məhkəmə prosesində, 20 il müddətinə əziyyət çəkib mühafizə etdiyim, min ədəddən çox müxtəlif növ ağac əkib-becərdiyim torpaq sahəsinin, 0.70 ha sahəsinin Xaqani Əsgərova verilməsi barədə ədalətsiz qərar çıxarıldı. Çıxarılmış qərarla bağlı 16 yanvar 2015-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Pleniumuna iddia da qaldırmışam”.

Belə bir haqsızlığın baş alıb getdiyi Beyləqan rayonunda Kamal Cəfərovun üz-üzə qaldığı problemə səbəb, 03 iyul 2012-ci il tarixdə rayon rəhbərliyi tərəfindən imzalanmış 77 saylı sərəncamın varlığı bildirilir. Bugünədək heç bir dövlət qurumundan, heç bir məhkəmə instansiyasından və digər yüksək çinli vəzifə sahiblərindən ədalətli yanaşmanın varlığını görməyən şikayətçi, artıq ölkə rəhbərinə müraciət etmək məcburiyyətində qalıb. Kamal Cəfərov ümid edir ki, ölkə rəhbəri cənab İlham Əliyevin, onun üz-üzə qaldığı problemin həllinə maneə olan vəzifə sahiblərinə barmaq silkələməsi, qısa zaman kəsiyində üzləşdiyi problemin həlli nəticələnəcək.

Hörmətli oxucular! Beyləqanda yaşanan sosial problemlərin varlığından, növbəti sayımızda da bəhs edəcəyik. Odur ki, bizi izləməyi unutmayın.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Beyləqandakı haqsızlığın həddi-hüdudu bilinmir

    Beyləqandakı haqsızlığın həddi-hüdudu bilinmir ...

    27-09-2015, 16:25

  • 
  • Beyləqanda “bruja” inqilabı hazırlanır

    Beyləqanda “bruja” inqilabı hazırlanır ...

    23-08-2015, 11:34

  • 
  • Biləcəri qəsəbə bələdiyyəsi müraciətlərə məhəl qoymur

    Biləcəri qəsəbə bələdiyyəsi müraciətlərə məhəl ...

    3-06-2015, 12:20

  • 
  • Biləcəri qəsəbə bələdiyyəsi müraciətlərə məhəl qoymur

    Biləcəri qəsəbə bələdiyyəsi müraciətlərə məhəl ...

    3-06-2015, 12:19

  • 
  • Beyləqanın problemləri tükənmir.

    Beyləqanın problemləri tükənmir. ...

    19-10-2015, 19:27


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (5)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu