GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Beyləqandakı haqsızlığın həddi-hüdudu bilinmir

Beyləqandakı haqsızlığın həddi-hüdudu bilinmir

Tarix: 27-09-2015, 16:25 Bölmə :Manşet Baxış: 0
Beyləqandakı haqsızlığın həddi-hüdudu bilinmir

Beyləqandakı haqsızlığın həddi-hüdudu bilinmir

Rayonda vəzifə sahibi olan hər kəs, xüsusilə də icra başçısı Vaqif Abdullayev nə qanunları saya salır, nə də ki, o, böyük Yaradandan çəkinir.

Beyləqanın ictimai həyatında baş alıb gedən sosial ədalətsizliklər, sayı-hesabı bilinməyən qanunsuzluqlar haqda nə qədər tənqidi məqalələr işıq üzü görürsə, bir o qədər, bəlkə də daha çox vətəndaş narazılığını özündə ehtiva edən şikayət ərizələri, redaksiyamıza daxil olmaqda davam edir. Belə bir halın varlığı, əslində rayonda həyata keçirilən idarəçiliyin mahiyyətini, rayon rəhbərliyi ilə kütləvi narazılıq hissinin baş qaldırdığı çoxsaylı sakinlər arasında əmələ gələn uçrumun varlığını göstərir. Bəlkə də, Beyləqan rayonu respublikamızın şəhər və rayonları içərisində yeganə rayondur ki, yerli sakinləri rəhbərlikdən hədsiz dərəcədə incikdirlər.

Bu dəfə də redaksiyamıza rayonun “Dostluq” kəndində yaşayan sakinlər tərəfindən şikayət ərizəsi ünvanlanmışdır. Onlar üzləşdikləri problemlərin varlığından bəhs edərək onu bildirirlər ki, “biz 1999-cu ildə xalqımızın ümumilli lideri, mərhum prezidentimiz Heydər Əliyevlə görüşüb, “Dostluq” sovxozu ərazisində islahat aparılmasının zəruriliyini müzakirə etdik. O, bizimlə ümumi vəziyyəti müzakirə etdikdən sonra, öz təkliflərini də söylədi və islahat aparılması üçün Nazirlər Kabinetinə lazımi tapşırıqlar verəcəyini bildirdi. Verilmiş tapşırıq əsasında 1999-cu ilin aprel ayında Nazirlər Kabinetinin 74 saylı qərarı ilə, “Dostluq” sovxozu ərazisində qismən islahat aparılmağa başlanıldı. Həmin vaxt sovxozda 36 min baş qoyun var idisə, bu gün onların sayı 4 mindir.

2009-cu ilin 07 iyulunda isə, Nazirlər Kabinetinin vermiş olduğu 17/17R-162-10 qərarla, yarımçıq qalmış islahat işlərinin aparılması məqsədilə, Beyləqan rayon İcra Hakimiyyəti Aparatı tərəfindən xüsusi komissiya yaradıldı. Amma, heç bir faydası olmadı. Çünki, yaradılmış komissiyanın fəaliyyəti fəaliyyətsizlikdən başqa bir şey olmadığından, tam əksəriyyətdə komissiyanın fəaliyyətinə qarşı inamsızlıq hissi də formalaşdı. Yəni, verilmiş tapşırıqlar kağız üzərində qaldı. Bu gün sovxoza məxsus 6179 ha torpaq sahəsindən istifadə olunsa da, 524 ha torpaq sahəsi sovxozun balansından tamamilə çıxarılıb. Belə bir addımı vaxtilə Beyləqanda icra başçısı olmuş Xasay Məmmədov, İrşad Əliyev, torpaq şöbəsinə rəhbərlik etmiş Rəfayel Pəsiyev, sovxoz təsərrüfatında direktoru işləmiş Sahib Səfərov, Əbülfət İsmayılov, Paşa Məmmədov, sovxozun aqronomu olmuş Yusif Hüseynov, daha çox isə bugünkü icra başçısı Vaqif Abdullayev və digər vəzifə sahibləri, illər ərzində 524 ha torpaq sahəsini hissə-hissə sataraq pullarını da

mənimsəmişlər. Belə bir addımın atılması, əslində “Dostluq” kəndinin sadə sakinlərinə qənim kəsilmədən başqa bir şey deyil.

Bir faktı da qeyd edək ki, sovxoza məxsus ən çox torpaq sahəsi bugünkü icra başçısı Vaqif Abdullayevin dövründə satılmışdır. O, DƏDRXİ-nin rayon şöbəsinə rəhbərlik edən Zaman İmanovla əlbir olaraq, istər torpaq sahələrini, istərsə də digər əmlakları qohum-əqrəbalarına “pay-püş” etdilər. Düzdür, onlara lazımi addımları atmaqda DƏDRXİ-də müavin vəzifəsini daşıyan, hansı ki, Zaman İmanovun qardaşı olan Məhəmməd İmanovun da xüsusi köməkliyi oldu. Onlar belə bir dəstəkdən yararlanaraq, heç bir islahat-filan belə aparılmadan sovxoza məxsus torpaq sahələrində, 220 ailənin adına saxta yolla sənədləşmə işi apara bilmişlər.

Ümumiyyətlə, bu gün bizim rayonda elə bir vəziyyət əmələ gəlib ki, ölkə rəhbərinin imzaladığı qanunlar, verdiyi sərəncamlar heç bir vəhclə saya salınmır. Ona görə də Beyləqanda vəzifə sahibi olan hər kəs, xüsusilə də icra başçısı Vaqif Abdullayev nə qanunları saya salır, nə də ki, o, böyük Yaradandan çəkinir. Belə bir səbəblər üzündəndir ki, rayon rəhbərliyi ilə bərabər, digər vəzifə sahibləri də beyləqanlılar haqda düşünmürlər, yalnız özləri üçün var-dövlət toplamaqla məşğul olurlar. Odur ki, biz sakinlər ölkə rəhbəri ilə heç cür görüşə bilmirik ki, dərdimizi ona bildirək. Elə ki, ölkə rəhbərinin bölgələrə səfəri baş tutur, dərhal icra başçısının tapşırığı əsasında polislər, digər hüquq-mühafizə orqanı əməkdaşları elə bir möhtəşəm sədd qururlar ki, yaradılmış səddi heç cür aşıb keçmək mümkün olmur. Ölkə rəhbəri ilə görüşməyin mümkünsüzlüyü qalsın bir yana, hətta nazirlərin də bölgələrə səfərləri zamanı buna imkan verilmir. Məsələn, 30 may 2015-ci il tarixdə Bərdə şəhərində Daxili İşlər Naziri ilə, 24 iyul 2015-ci il tarixdə isə İmişli rayonunda Baş Prokurorla görüşməyimizə imkan verilmədi. Bütün bunların arxasında da, bügünkü icra başçısı Vaqif Abdullayevin yerli hüquq-mühafizə orqanı əməkdaşlarına verdiyi tapşırıqlar durur”.

Sözsüz ki, söylənilən belə bir fikirlər, sadalanan problemlərin varlığı redaksiyamıza şikayət ərizəsi ünvanlayan “Dostluq” kənd sakinlərinə məxsus olduğundan, hələlik bir söz deyə bilmərik. Deyəcəyimiz söz yalnız o olacaq ki, Vaqf Abdullayevin bugünkü idarəçiliyi Beyləqanı elə bir dərdə salıb ki, artıq onun sağalması müşkül məsələyə çevrilib. Bu da onu söyləməyə əsas verir ki, Vaqif Abdullayevlə vidalaşmağın artıq zamanı çatıb.

Diqqəti cəlb edən hal odur ki, ölkə rəhbəri cənab İlham Əliyev respublikamızın hər bir şəhər və rayonuna eyni münasibət bəsləyir, eyni yanaşmanı ortaya qoyur. Və hər kəsi şəhər və rayona rəhbər təyin edəndə birmənlı şəkildə tapşırır ki, “gedin sakinlərlə işləməyi bacarın, qayğılarına qalın, sosial problemlərinin həll olunmasına çalışın” deyə, müvafiq tapşırıqlarını da verir. Bəs bu gün nələr baş verir ki, Beyləqanda sosial problemlər tüğyan edir, haqsızlığın həddi-hüdudu bilinmir. Adicə icra

hakimiyyətinə gedən mərkəzi magistral yolun hansı durumda olmasını gördükdə, başqa problemlərin izahına ehtiyac qalmır.

Problemlərin varlığını diqqətdə saxlayacağıq.

Mətləb

gundemxeber.az

Beyləqandakı haqsızlığın həddi-hüdudu bilinmir
Beyləqandakı haqsızlığın həddi-hüdudu bilinmir
Beyləqandakı haqsızlığın həddi-hüdudu bilinmir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Beyləqanda “bruja” inqilabı hazırlanır

    Beyləqanda “bruja” inqilabı hazırlanır ...

    23-08-2015, 11:34

  • 
  • Beyləqanın problemləri tükənmir.

    Beyləqanın problemləri tükənmir. ...

    19-10-2015, 19:27

  • 
  • Tərtər sakini probleminin həllini istəyir

    Tərtər sakini probleminin həllini istəyir ...

    4-07-2015, 11:22

  • 
  • Beyləqanın icra başçısı ilk «qurbana» çevrilə bilər

    Beyləqanın icra başçısı ilk «qurbana» çevrilə ...

    27-12-2013, 00:55

  • 
  • Nərimanov icra başçısı Abdin Fərzəliyev hara baxır?

    Nərimanov icra başçısı Abdin Fərzəliyev hara ...

    5-12-2012, 09:12


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu