gundemxeber.az xəbər verir ki, Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin növbəti sessiyası keçirilib. Sessiya Azərbaycan Respublikasının dövlət himni və şəhidlərin xatirəsinə sayğı duruşu ilə başlayıb. Sessiyada qərarların icrası, KXCP-nin 3- cü qurultayına hazırlığın vəziyyəti, ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilib. Sessiyada Ali Məclisin sədri Bəybala Əbil çıxış edərək qəbul edilən qərarların icra vəziyyəti barədə məlumat verib. Daha sonra o, Ali Məclisin qərarına uyğun olaraq ötən müddət ərzində görülən işlərdən danışıb. Klassik Xalq Cəbhəsi Partiyasının 3- cü qurultayına hazırlıqla bağlı Qurultaya Hazırlıq işləri üzrə Təşkilat Komitəsinin üzvü Xəzər Teyyublu məlumat verib. Onun verdiyi məlumata görə ötən müddət ərzində partiyanın 46 rayon (şəhər) şöbəsində konfranslar keçirilmiş yaxın günlərdə qalan şöbələrdə konfransların keçiriləcəyi nəzərdə tutulur. Keçirilmiş konfransarın nəticələri haqqında məlumatlar nəzərə alınıb. Müzakirələrin yekununda Qurultaya Hazırlıq işləri üzrə Təşkilat Komitəsinin təklifi əsasında KXCP- nin növbəti 3- cü qurultayının 01 avqust 2015- ci il tarixdə Bakı şəhərində keçirilməsi qərara alındı.
Ali Məclisin sessiyasında ictimaisiyasi vəziyyət haqqında KXCP sədri Mirmahmud Mirəlioğlu geniş məruzə ilə çıxış edib. O çıxışında partiyanın Ali Məclisin qərarı ilə rayon (şəhər) şöbələrində keçirilən konfranslardan və partiyanın növbəti qurultayına hazırlıq işlərindən danışıb. Partiya sədri öz çıxışında Bakıda keçirilən Avropa Oyunları ilə bağlı idmana, idmançılarımızın uguruna qarşı olmadığımızı bildirərək oyunlara xərclənən vəsaitlərin səmərəsizliyini vurğulayıb. M.Mirəlioğlu qarşıdan gələn parlament seçkilərinə hazırlıq məsələlərinə toxunaraq partiyanın təmsil olunduğu“Azadlıq- 2015” Seçki Blokunun gördüyü işlər haqqında məlumat verib. Partiya sədri ölkədə pisləşən sosial- iqtisadi vəziyyətdən, vətəndaş cəmiyyətinin ağır durumundan və s. danışıb.
Sessiyada KXCP Ali Məclisinin sədri Bəybala Əbil öz çıxışında KXCP Ali Məclisinin ötən dövr ərzindəki fəaliyyəti barəsində arayış verib. O, ötən müddətdə repressiyaya məruz qalan partiyanın Ali Məclis üzvləri Oqtay Güləliyev, Vüqar İsmayılov Şirin Cəfəri, Əlisa Həsənov barədə danışıb. B.Əbil eyni zamanda qarşıdan gələn parlament seçkilərində partiya fəallarının iştirakının vacibliyini bildirib.
Sessiyada çıxış edən KXCP sədr müavini Oqtay Gülalıyev Avropa Şurası Parlament Assembleyasının Azərbaycanda insanhaqlarının, söz- mətbuat azadlığının pozulması, siyasi məhbusların azadlığını tələb edən məlum qətnaməyə yönəldərək Əliyev rejiminə yönələn beynəlxalq təzyiqlərdən danışıb. O bilidirib ki, ermənilərə Bakıda yüksək şərait yaradıb,torpaqlarımızın müdafiəsində iştirak etmiş Tofiq Yaqublunun timsalında Qarabağ qazilərini həbsxanaya salması bu hakimiyyətin anti- milli olmasını göstərir.
Sessiyada partiya fəalları Yaqub Babalı, Ceyhun Səfərov, Mehriban Rzayeva, Şahin Vəliyev, Əflatun Hüseynov, Ülvü Namazov, Gülbala Tağıyev, Mirzəkulla Zəkiyev, Ceyhun Sıfırov, Zakir Quliyev və digərləri ölkədəki ictimai siyasi vəziyyətlə bağlı çıxış edərək fikirlərini bildiriblər. Sessiyada qarşıdan gələn parlament seçkiləriilə bağlı müzakirələr aparılıb. Seçki qanunvericiliyinin təkmilləşdirilməsi,seçki komissiyalarının yenidən ədalətli formalaşdırılması, ölkədə demokratik seçki mühitinin yaradılması ilə bağlı sənədin hazırlanması və qəbul edilməsi KXCP İdarə Heyətinə tapşırılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?