Toplantıda “Gündəm xəbər” qəzetinə olan təzyiqlər də müzakirə mövzusu olacaq Noyabrın 17-də saat 12:00-da Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin növbəti toplantısı keçiriləcək. Ali Məclisin sesiyasından öncə saat 11:00-da isə Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin Fəxri Xiyabandakı məzarı ziyarət olunacaq. Bunun ardınca isə Ali Məclis öz işinə başlayacaq. Ali Məclisin sessiyasında bir sıra mühüm qərarların qəbul olunacağı gözlənilir. Toplantıda həmçinin son zamanlar müstəqil mətbuata qarşı təzyiqlər də müzakirə mövzusu olacaq və “Gündəm xəbər” qəzetinə dəstək aksiyasının reallaşdırılmasının yolları aranacaq. Əldə etdiyimiz məlumata görə, məclisdə KXCP üzvlərinə “Gündəm xəbər” qəzetinə abunə yazılmaqla bağlı çağırış ediləcək. “Gündəm xəbər”
Sorğu
Yeni dizaynımız necədir?