gundemxeber.az saytının məlumatına görə hazırda Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin növbəti toplantısı keçirilir. Ali Məclisin sesiyasından öncə saat 11:00-da isə Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin Fəxri Xiyabandakı məzarı ziyarət olunub. Bunun ardınca isə Ali Məclis öz işinə başlayıb. Ali Məclisin sessiyasında bir sıra mühüm qərarların qəbul olunacağı gözlənilir. Toplantıda həmçinin son zamanlar müstəqil mətbuata qarşı təzyiqlər də müzakirə mövzusu olacaq və “Gündəm xəbər” qəzetinə dəstək aksiyasının reallaşdırılmasının yolları aranacaq. Əldə etdiyimiz məlumata görə, məclisdə KXCP üzvlərinə “Gündəm xəbər” qəzetinə abunə yazılmaqla bağlı çağırış ediləcək.Gündemxeber.az saytı tədbirlə əlaqədar daha ətraflı yaxın saatlarda geniş video sujet təqim eəcək Gundem xeber.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?