GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » “Təmiz Binəqədi”nin pərdəarxası Yaxud Xaləddin İsgəndərovun rüşvət bataqlığı

“Təmiz Binəqədi”nin pərdəarxası Yaxud Xaləddin İsgəndərovun rüşvət bataqlığı

Tarix: 1-07-2015, 06:34 Bölmə :Manşet Baxış: 0
“Təmiz Binəqədi”nin pərdəarxası Yaxud Xaləddin İsgəndərovun rüşvət bataqlığı

Son vaxtlar Bakının Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov haqda məqalələr böyük rezonans doğurur. Buna səbəb onun qanunsuz fəaliyyəti,rayonda rüşvətxorluğun baş alıb getməsidir.

Mətbuatda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun xərac yığması haqqında yazılar dərc olunur. Bu yazılarda iddia olunur ki, Binəqədi rayonunun icra başçısı özündən qabaqkı icra başçılarının dövründə satılan torpaqların təftişinə göstəriş verib. Və artıq neçə vaxtdır həmin torpaqlarda məskunlaşan sakinlər və iş adamları üçün ciddi problemlər yaranıb. Torpaqlar öz sahiblərinə yenidən satılır, bununla yanaşı, yeni ev və ya obyekt tikməyə başlayanlardan xərac toplanır.

Bu barədə yuxarı instansiyalara saysız-hesabsız şikayətlər edilsə də, icra başçısı “xərac” yığımından nəinki əl çəkmir, əksinə, getdikcə “xəracların” səviyyəsi artır. Binəqədi rayon ərazisində istənilən tikinti işini görmək üçün konkret “məzənnə” müəyyənləşib. Təkcə hasarın çəkilməsi üçün 2000 manat pul tələb olunur. Evlərin tikilməsi üçün isə qiymətlər əraziyə uyğun olaraq dəyişir. Xocəhəsəndə bu qiymətlər 2000-3500 manat, Biləcəridə 3500-4000 manat, Rəsulzadə qəsəbəsində 5000-10000 manat civarındadır.

Xəbəri verən mənbə iddia edir ki, X.İsgəndərovun “xərac” yığanları hər axşam Sumqayıt yolundakı “Neapol” restoranına yığışaraq başçıya hesabat verirlər. Bəzi məlumatlara görə, “Neapol” da X.İsgəndərovundur.

Onu da vurğulayaq ki, icra hakimiyyətinin başçısı postuna Vergilər Nazirliyindən gətirilən X.İsgəndərov vergilər naziri, son vaxtlar hakim elitanın önəmli simalarından birinə çevrilmiş Fazil Məmmədovun yaxın qohumudur. Binəqədidə “xərac”ların vergilər nazirinin göstərişi ilə yığılması barədə də məlumatlar dolaşır.

Redaksiyamıza şikayət edən sakinlər isə başqa rüşvət faktlarından danışıblar. Adının çəkilməsini istəməyən rayon sakini bidirib ki,

Sulutəpə və Çiçək qəsəbələrində 1 mərtəbənin tikintisi üçün 4500-5000 AZN, 2 mərtəbənin tikintisi üçün isə 8-9 min AZN tələb olunur: “Real faktlar var. Mirpaşa və Rövşən adlı şəxslər Xaləddin İsgəndərovun adından at oynadır”.

Başqa bir şikayətçimiz isə bildiri ki

, Rəsulzadə qəsəbəsində bir evin tikintisi üçün icazə evin bir mərtəbəsi yerindən asılı olaraq 10-20 min manat arasında dəyişir: “Vətəndaşları ciddi narahat edən mövzunu işıqlandırdığınız üçün təşəkkür edirəm. Amma rəqəmlərdə bəzi yanlışlıqlar var. Konkret olaraq Rəsulzadə qəsəbəsində birmərtəbəli ev tikmək üçün 15, ikimərtəbəli ev tikmək üçün 25 min manat rüşvət tələb olunur. Bu cür qaydalar Azərbaycanda ancaq Binəqədi rayonunda var. Vətəndaşların pulu ilə abadlıq işləri görülürsə, bunu niyə icra başçısının adına yazırlar? Camaat 15 min manata ev tikir, bu isə həmin məbləğdə rüşvət tələb edir”.

Rayon sakinləri hesab edir ki, Binəqədi Xaləddin İsgəndərovun sayəsində “ən rüşvətxor” rayona çevrilib: “Biləcəri-Rəsulzadə qəsəbələri arasındakı ərazilərdə birmərtəbəli ev tikmək üçün 8 min manat, ikimərtəbəli ev tikmək üçün 15 min manat rüşvət tələb edirlər. Haradasan ay antikorrupsiya idarəsi. Adını da qoyub ki, hamısı yuxarı gedir. Əhsən belə dövlətə, belə idarəetməyə!”

Son olaraq iki Qarabağ əlilinin Binəqədidə, polis bölməsinin inzibati binası qarşısında intihara cəhd etmələri hakimiyyətin yuxarı instansiyasında səbr kasasını doldurub.

Qeyd etdiymiz kimi, artıq uzun müddətdir mətbuatda Binəqədi İcra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun rayonda yaratdığı gərgin ab-hava ilə bağlı yazılar dərc olunur. Başçı bir müddət əvvəl mətbuatda gedən yazıların qarşısını almağa nail olsa da, hazırda vəziyyət başqa istiqamətə dəyişib. Qeyd edək ki, yazılanların əksəriyyəti vətəndaşların narazılıqlarını özündə ehtiva edir. Belə ki, əllərində torpaq sənədi olan insanlardan ev tikintisinə icazə

almaq üçün külli miqdarda rüşvət tələb olunur. Vətəndaş məbləği vermədiyi təqdirdə, icra hakimiyyətinin qeyri-rəsmi əməkdaşlarının - mütəşşəkil qoçu dəstəsinin müdaxiləsi ilə üzləşir.

Mətbuatda yer alan məlumatlara əsasən bir çox vətəndaşların tikililəri məhkəmə qərarı olmadan dağıdılaraq onlara külli miqdarda ziyan vurulub. Bütün bunlar narazı vətəndaş kütləsinin yaranmasına və böyüməsinə şərait yaradır. Xatırladaq ki, prezident İlham Əliyev çıxışlarında icra başçılarına, dövlət məmurlarına vətəndaşlara xidmət etmələri, problemlərini çözmələri, onları incitməmələri barədə tapşırıq verməsi haqqında fikirlər səsləndirir. Ancaq bəzi məmurlar ölkə başçısının bu tapşırıqlarını qulaqardına vururlar. Aparılan müşahidələr onu göstərir ki, bu tip məmurların axırı heç də yaxşı sonluqla bitmir. Vergilər naziri Fazil Məmmədovun yaxın qohumu olan Xaləddin İsgəndərov da həmin məmurlar sırasındadır.

Redaksiyamıza daxil olan məlumata görə qohumunun rayonda yaratdığı özbaşınalıq nazirə də başağrısı olub. Məlumata əsasən bu barədə ona xəbərdarlıq edilib.

Həmçinin daxil olan məlumatda göstərilir ki, hazırda Xaləddin İsgəndərovun rayonda yaratdığı vəziyyət qarşısı çətin alına biləcək sosial partlayışa səbəb ola bilər. Belə ki, rayonda narazı vətəndaşların sayı günbəgün artır. Bu isə baş verə biləcək qarşıdurmalar baxımından olduqca təhlükəli tendensiyadır. Bildirilir ki, icra başçısının özünün birbaşa rəhbərlik etdtiyi mütəşşəkil dəstəninin sakinlərdən reket yolu ilə pul toplaması haqqında istər yuxarı dairələrə, istərsə də mətbuata edilən şikayətlərin ardı arası kəsilmir.

Əldə etdiyimiz məlumata görə bir müddət əvvəl iki Qarabağ əlili Binəqədidə, polis bölməsinin inzibati binası qarşısında intihara cəhd ediblər. Soyuq silahla özlərinə xətər yetirən həmin Qarabağ əlillləri xəstəxanada yerləşdiriblər və sonradan səs-küy yaranmasın deyə intihara cəhdin üstü ört-basdır edilib. Əlillər ev tikdiklərinə görə icra başçısının qoçularının onlardan qanunsuz şəkildə pul tələb etmələrinə etiraz ediblər. Həmin əlillərə söz verilib ki, onların problemi

həll olunacaq. Yəni ev tikmək üçün onlardan qanunsuz pul tələb olunmayacaq.

Redaksiyamızın etibarlı mənbələrdən əldə etdiyi məlumatlara görə, yaxın günlərdə Xaləddin İsgəndərovla bağlı konkret qərar verilə bilər. Belə ki, artıq Hesablama Palatasının Binəqədi İcra Hakimiyyətini yoxlayacağı bildirilir. Eyni zamanda X.İsgəndərov haqqında mətbuatda gedən yazılardan ibarət dosye aidiyayatı qurumlar tərəfindən araşdırılmağa başlanılıb. Artıq ortada konkret faktların olduğu və Xaləddin İcgəndərov üçün heç də ürəkaçan olmayan qərarın veriləcəyi qeyd olunur. Sadəcə olaraq, Avropa Oyunlarının yekunlaşması gözlənilir.

Qeyd edək ki, bir çox mətbu orqanlarda Xaləddin İsgəndərov haqqında ilginc məlumatların dərc olunmasına start verilib. Bu isə yuxarıda qeyd etdiklərimizin real olduğuna bir işarədir.

Bu günlərdə isə jurnalist Həsən Babayev Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun özbaşınalığı ilə bağlı müraciət yayıb.

Həmin müraciətdə deylir:

“Əziz jurnalist həmkarlar, hörmətli millət vəkilləri,dəyərli dostlarım!

Xahiş edirəm kömək edin!

Bu gün ölkə başçısı cənab prezident İlham Əliyev Azərbaycanda məmur özbaşınalığı və korrupsiyaya qarşı sərt mübarizə elan edib.

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 31.01.2015-ci tarixli 1115005208 qeydiyyat nömrəli Çıxarışla, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 29.01.2015-ci ildə 001013008894 Reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü (Texniki pasport) ilə ailəmə məxsus olan Binəqədi rayonu Goradil kəndindəki torpaq sahəsində kirayə yaşamaqdan canımı qurtarmaq üçün birmərtəbəli ev tikmək məqsədilə Binəqədi İcra Hakimiyətinə rəsmi olaraq müraciət etdim. Evin lisenziyalı şirkət tərəfindən hazırlanmış 3 nüsxədən ibarət eskiz layihəsini İH-nin Rayon Təsərrüfatı şöbəsinə, baş memar Şahin Musayevə təqdim etdim. 5 dəfə ayrı-ayrılıqda layihədə xirda dəyişiklik edilməsinin vacibliyini vurğulayaraq məni get-gələ saldı. Hər dəfə layihəni

dəyişmək mənə maddi zərər bahasına başa gəlirdi. Nəhayət 5-ci dəfə dəyişiklikdən sonra heç bir problem olmadığını deyərək layihəni və rəsmi müraciəti qəbul etdi. Bir ay keçdikdən sonra ev tikməklə bağlı müraciətimə verilən cavabda qeyd olundu ki, evin dam örtüyü müvafiq qanunvericiliyə uyğun tərtib edilməyib.

Məlum oldu ki, baş memar Xaləddin İsgəndərovun göstərişi ilə bu addımı atıb. Çünki Binəqədi rayonu ərazisində sənədinin olub-olmamasından asılı olmayaraq ev tikməyin rüşvəti 8000-15000 manat arasında dəyişir. Bunu da torpaq sahəmiz olan ərazidəki sakinlərin dilindən eşitmişik. Hətta həmin ərazidə bizim qonşuluqda olan bir nəfərin evini rüşvət vermədiyi üçün buldozerlə dağırdıblar.Yəni bu rüşvət birbaşa Xaləddin isgəndərovun cibinə gedir. Mətbuatda yazılanlara görə, başçı bu işlə bağlı xüsusi dəstə saxlayır.

Dəfələrlə icra hakimiyətinə müraicət etdim. Mənə bildirdilər ki, əgər ev tiksən, buldozerlə dağıdılacaq. Onu da bildirdilər ki, Xaləddin İsgəndərov heç kimə güzəşt etmir. Əlbəttə, bütün bu deyilənləri icra başçısı qəbul etməyə bilər. Lakin sual olunur:

Hansı səbəbdən layihəyə 5 dəfə dəyişiklik edilməsi məqsədilə vətəndaş süründürməçiliyə məruz qalır? Sonda isə qeyd olunur ki, evin dam örtüyü qanunverciliyə uyğun

tərtib edilməyib. Əgər belə bir hal var idisə, nə üçün baş memar layihəyə 5dəfə baxan zaman iradını bildirməyib. Deməli, ortada başqa məqsədlər var.

Hörmətli millət vəkilləri, əziz jurnalist həmkarlar!

İlk olaraq bunula bağlı sizlərə müraciət edirəm.

Dövlət başçımız cənab İlham Əliyev hər zaman çıxışlarında icra başçılarına vətəndaşlara xidmət etməkləri üçün tapşırıqlar verir. Dəfələrlə sərt şəkildə özbaşınlıq edən, vətəndaşları incidən icra başçılarına, məmurlara xəbərdarlıq edib.

Təəssüflər olsun ki, Binəqədi Rayon İH-nin başçısı Xaləddin İsgəndərov hələ də öz çirkin əməllərindən əl çəkmək istəmir. Özünün rüşvət piramidasını genişləndirməkdə qərarlıdır. Bütün bu çirkin əməlləri ilə cənab Prezidentin apardığı siyasətə, dövlət maraqlarımıza zərbə vurmaq icra başçısının təxribatçı niyyətlərindən xəbər verir.

Xahiş edirəm həmrəylik göstərib bu məsələnin ictiamiləşməsində mənə yardımçı olasınız”.

O da bildirilir ki, Binəqədi icra başçısı Xaləddin İsgəndərov müavinlərinə və şöbə müdirlərinə “paket” sistemi tətbiq edib. Bu barədə məlumat verən etibarlı mənbə bildirir ki, siyahıdakı şəxslərə rayondakı heç bir maliyyə məsələsinə qarışmamaq haqqından göstəriş verilib.

Son zamanlar Binəqədinin İcra başçısı Xaləddin İsgəndərov haqqında ilginc məlumatlar və ağır ittihamlar mətbuatda yer almaqda davam etməsinə baxmayaraq nə icra başçısı nədə Binəqədi rayon İcra Hakimiyyəti bu ittihamlara susqunluqla cavab verməklə əslində yayılan məlumatları dolayısı ilə təsdiqləmiş olurlar.

Samir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Binəqədi icra başçısı Xaləddin İsgəndərov işdən AZAD EDİLİB?

    Binəqədi icra başçısı Xaləddin İsgəndərov işdən ...

    19-03-2018, 15:06

  • 
  • Binəqədi icra hakimiyyəti Xaləddin İsgəndərovun adamlarından təmizlənir - 2 məmur qovuldu

    Binəqədi icra hakimiyyəti Xaləddin İsgəndərovun ...

    3-08-2018, 14:18

  • 
  • Binəqədinin icra başçısı sahibkarı intihar həddinə çatdırdı

    Binəqədinin icra başçısı sahibkarı intihar ...

    10-11-2015, 12:48

  • 
  • Binəqədi Rayon İcra Hakimiyyətinin şöbə müdiri vəzifəsindən azad edilib

    Binəqədi Rayon İcra Hakimiyyətinin şöbə müdiri ...

    6-11-2018, 15:18

  • 
  • Xaləddin İsgəndərovu qəzəbləndirən ərköyün icra nümayəndəsi... - NARAZILIQ VAR...

    Xaləddin İsgəndərovu qəzəbləndirən ərköyün icra ...

    26-05-2016, 21:55


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (245)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu