GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Binəqədinin icra başçısı sahibkarı intihar həddinə çatdırdı

Binəqədinin icra başçısı sahibkarı intihar həddinə çatdırdı

Tarix: 10-11-2015, 12:48 Bölmə :Manşet Baxış: 0
Binəqədinin icra başçısı sahibkarı intihar həddinə çatdırdı

Xaləddin İsgəndərovu MTN generallarının aqibəti gözləyir

Son vaxtlar Bakının Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov haqda məqalələr böyük rezonans doğurur. Buna səbəb onun qanunsuz fəaliyyəti,rayonda rüşvətxorluğun baş alıb getməsidir.

Mətbuatda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun xərac yığması haqqında yazılar dərc olunur. Bu yazılarda iddia olunur ki, Binəqədi rayonunun icra başçısı özündən qabaqkı icra başçılarının dövründə satılan torpaqların təftişinə göstəriş verib. Və artıq neçə vaxtdır həmin torpaqlarda məskunlaşan sakinlər və iş adamları üçün ciddi problemlər yaranıb. Torpaqlar öz sahiblərinə yenidən satılır, bununla yanaşı, yeni ev və ya obyekt tikməyə başlayanlardan xərac toplanır.

Bu barədə yuxarı instansiyalara saysız-hesabsız şikayətlər edilsə də, icra başçısı “xərac” yığımından nəinki əl çəkmir, əksinə, getdikcə “xəracların” səviyyəsi artır. Binəqədi rayon ərazisində istənilən tikinti işini görmək üçün konkret “məzənnə” müəyyənləşib. Təkcə hasarın çəkilməsi üçün 2000 manat pul tələb olunur. Evlərin tikilməsi üçün isə qiymətlər əraziyə uyğun olaraq dəyişir. Xocəhəsəndə bu qiymətlər 2000-3500 manat, Biləcəridə 3500-4000 manat, Rəsulzadə qəsəbəsində 5000-10000 manat civarındadır.

Xəbəri verən mənbə iddia edir ki, X.İsgəndərovun “xərac” yığanları hər axşam Sumqayıt yolundakı “Neapol” restoranına yığışaraq başçıya hesabat verirlər. Bəzi məlumatlara görə, “Neapol” da X.İsgəndərovundur.

Onu da vurğulayaq ki, icra hakimiyyətinin başçısı postuna Vergilər Nazirliyindən gətirilən X.İsgəndərov vergilər naziri, son vaxtlar hakim elitanın önəmli simalarından birinə çevrilmiş Fazil Məmmədovun yaxın qohumudur. Binəqədidə “xərac”ların vergilər nazirinin göstərişi ilə yığılması barədə də məlumatlar dolaşır.

Redaksiyamıza şikayət edən sakinlər isə başqa rüşvət faktlarından danışıblar. Adının çəkilməsini istəməyən rayon sakini bidirib ki, Sulutəpə və Çiçək qəsəbələrində 1 mərtəbənin tikintisi üçün 4500-5000 AZN, 2 mərtəbənin tikintisi üçün isə 8-9 min AZN tələb olunur: “Real faktlar var. Mirpaşa və Rövşən adlı şəxslər Xaləddin İsgəndərovun adından at oynadır”.

Başqa bir şikayətçimiz isə bildirir ki, Rəsulzadə qəsəbəsində bir evin tikintisi üçün icazə evin bir mərtəbəsi yerindən asılı olaraq 10-20 min manat arasında dəyişir: “Vətəndaşları ciddi narahat edən mövzunu işıqlandırdığınız üçün təşəkkür edirəm. Amma rəqəmlərdə bəzi yanlışlıqlar var. Konkret olaraq Rəsulzadə qəsəbəsində birmərtəbəli ev tikmək üçün 15, ikimərtəbəli ev tikmək üçün 25 min manat rüşvət tələb olunur. Bu cür qaydalar Azərbaycanda ancaq Binəqədi rayonunda var. Vətəndaşların pulu ilə abadlıq işləri görülürsə, bunu niyə icra başçısının adına yazırlar? Camaat 15 min manata ev tikir, bu isə həmin məbləğdə rüşvət tələb edir”.

Rayon sakinləri hesab edir ki, Binəqədi Xaləddin İsgəndərovun sayəsində “ən rüşvətxor” rayona çevrilib: “Biləcəri-Rəsulzadə qəsəbələri arasındakı ərazilərdə birmərtəbəli ev tikmək üçün 8 min manat, ikimərtəbəli ev tikmək üçün 15 min manat rüşvət tələb edirlər”.

Qeyd etdiymiz kimi, artıq uzun müddətdir mətbuatda Binəqədi İcra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun rayonda yaratdığı gərgin ab-hava ilə bağlı yazılar dərc olunur. Başçı bir müddət əvvəl mətbuatda gedən yazıların qarşısını almağa nail olsa da, hazırda vəziyyət başqa istiqamətə dəyişib. Qeyd edək ki, yazılanların əksəriyyəti vətəndaşların narazılıqlarını özündə ehtiva edir. Belə ki, əllərində torpaq sənədi olan insanlardan ev tikintisinə icazə almaq üçün külli miqdarda rüşvət tələb olunur.

Vətəndaş məbləği vermədiyi təqdirdə, icra hakimiyyətinin qeyri-rəsmi əməkdaşlarının - mütəşşəkil qoçu dəstəsinin müdaxiləsi ilə üzləşir.

Mətbuatda yer alan məlumatlara əsasən bir çox vətəndaşların tikililəri məhkəmə qərarı olmadan dağıdılaraq onlara külli miqdarda ziyan vurulub. Bütün bunlar narazı vətəndaş kütləsinin yaranmasına və böyüməsinə şərait yaradır. Xatırladaq ki, prezident İlham Əliyev çıxışlarında icra başçılarına, dövlət məmurlarına vətəndaşlara xidmət etmələri, problemlərini çözmələri, onları incitməmələri barədə tapşırıq verməsi haqqında fikirlər səsləndirir. Ancaq bəzi məmurlar ölkə başçısının bu tapşırıqlarını qulaqardına vururlar. Aparılan müşahidələr onu göstərir ki, bu tip məmurların axırı heç də yaxşı sonluqla bitmir. Vergilər naziri Fazil Məmmədovun yaxın qohumu olan Xaləddin İsgəndərov da həmin məmurlar sırasındadır.

Həmçinin daxil olan məlumatda göstərilir ki, hazırda Xaləddin İsgəndərovun rayonda yaratdığı vəziyyət qarşısı çətin alına biləcək sosial partlayışa səbəb ola bilər. Belə ki, rayonda narazı vətəndaşların sayı günbəgün artır. Bu isə baş verə biləcək qarşıdurmalar baxımından olduqca təhlükəli tendensiyadır. Bildirilir ki, icra başçısının özünün birbaşa rəhbərlik etdtiyi mütəşşəkil dəstəninin sakinlərdən reket yolu ilə pul toplaması haqqında istər yuxarı dairələrə, istərsə də mətbuata edilən şikayətlərin ardı arası kəsilmir.

Əldə etdiyimiz məlumata görə bir müddət əvvəl iki Qarabağ əlili Binəqədidə, polis bölməsinin inzibati binası qarşısında intihara cəhd ediblər. Soyuq silahla özlərinə xətər yetirən həmin Qarabağ əlillləri xəstəxanada yerləşdiriblər və sonradan səs-küy yaranmasın deyə intihara cəhdin üstü ört-basdır edilib. Əlillər ev tikdiklərinə görə icra başçısının qoçularının onlardan qanunsuz şəkildə pul tələb etmələrinə etiraz ediblər. Həmin əlillərə söz verilib ki, onların problemi həll olunacaq. Yəni ev tikmək üçün onlardan qanunsuz pul tələb olunmayacaq.

Binəqədinin icra başçısı Xaləddin İsgəndərov noyabrın 2-dən sonar isə Biləcəri, Binəqədi, Xocasən və Sulutəpə qəsəbələrində söküntü işlərinə yenidən start verib. Bu barəd daxil olan məlumatda deyilir ki, İcra başçısının qardaşı oğlu və rayonun tikinti və söküntü işlərindən qeyri-rəsmi məsul olan Valeh İsgəndərovun dəstəsi noybarın 3-də Biləcəri qəsəbəsində bəzi tikililəri yerlə bir edərək bir neçə ailəni gözüyaşlı qoyub.

Məlumata görə, hər gün saat 19.00-da Biləcəri qəsəbəsində Saatlı kafesində (əvvəlki adı “Xan” Çay Evi) toplaşan Valeh İsgəndərov və qoçu dəstəsinin üzvləri - Orxan, Nicat, Hacı (Biləcəri qəsəbə icra nümayəndəsinin sürücüsü olub) və Emin adlı polis serjantı gün boyu həyata keçirdiklər “ev yıxma” əməliyyatından əldə etdikləri qazancın hesabını aparırlar.

Ağ rəngli “Niva” markalı “90…511”, “90…434”, “90…392” (sonuncu “Şevrolet Niva”) nömrəli avtomobillərlə “Saatlı” kafesinin qarşısını bəzəyən Valeh İsgəndərovun (Ağ rəngli JEEP – 90…222) adamları növbəti sökəcəkləri və tikintisinə icazə verəcəkləri evlərin siyahısını tuturlar.

Ötən gün Biləcəri qəsəbəsində də qanunsuz tikililərdən biri səhər saatlarında heç bir xəbərdarlıq edilmədən sökülüb. Qubadlı rayonundan olan məcburi köçkünlərin yaşadığı ünvana gələn bir qrup şəxs polislərin köməkliyi ilə evi sökməyə başlayıblar. Söküntü zamanı ailə üzvləri ilə qoçular arasında əlbəyaxa dava düşüb. Zərərçəkən ailənin üzvləri müxtəlif bədən xəsarətləri alıblar.

Nəticədə ailə üzvləri intihar etmək istəsələr də, ətrafdakı sakinlərin köməkliyi ilə sakinləşdiriliblər.

Söküntüsü gerçəkləşdirilən evlərdən isə “şapka” alınmadığı üçün söküntü əmri çıxardılır. Belə ki, birmərtəbəli ev tikmək istəyənlərdən 10 min AZN, ikimərtəbəli ev tikmək istəyənlərdən isə daha yüksək məbləqlər alınır. Rüşvət verməyən şəxslərin

evlərini tikmələri gözlənilir. Belə ki, evin tamamlanmasına az bir müddət qala söküntü gerçəkləşdirilir. Bu isə evin sahibinə həm maddi, həm də psixoloji zərbə vurmağa hesablanıb.

Binəqədidə yaşayan sakinlərin verdikləri məlumatlara görə, söküntüyə gələn şəxslər “Niva” markalı avtomobillərdə gəlirlər və onların içərisindəki qoçuların çoxu idmanla məşğul olan şəxslər olur. Onların əsas vəzifəsi vətəndaşlara və sahibkarlara hədə-qorxu gəlmək və şəxslərin tikinti “icazəsi” üçün pulların yığılmasını təşkil etməkdir.

Dünən də bir sahibkar Zərifə Əliyeva adına göz xəstəxanasının yanında, zeytun bağının içərisində tikilməkdə olan binada intihara cəhd edib. Sahibkar olduğunu deyən şəxs daha işləyə bilmədiyini, bezdiyini bildirib, “Mənim 500 minimi qaytarın” - deyə tələb səsləndirib.

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov da hadisə yerinə gəlib və həmin şəxs aşağı düşürdülüb.

Daha sonra o, X. İsgəndərov və N. İsmayılov danışmaq üçün yaxınlıqdakı kafeyə gediblər.

Qeyd edək ki, sözügedən hadisə dünən saat 11 radələrində baş verib. Belə ki, Binəqədi rayonunun 6-cı mikrorayonu ərazisində, Milli Oftalmologiya Mərkəzinin yaxınlığında yerləşən 4 mərtəbəli yarımtikili iaşə obyektinin sahibi olduğunu bildirən naməlum şəxs həmin binaya çıxaraq özünü atacağını bəyan edib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri, təcili yardım briqadası, Binəqədi Rayon Polis İdarəsinin şəxsi heyəti cəlb olunub. Binəqədi rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq İsmayılov da hadisə yerinə gəlib və həmin şəxslə söhbət aparılıb. Lakin intihara cəhd edən şəxs əraziyə rayon icra hakimiyyəti rəhbərliyinin gəlməsini tələb edib. Sahibkar olduğunu deyən şəxs daha işləyə bilmədiyini, təzyiqlərdən bezdiyini bildirib, O, obyekti tikmək üçün rüşvət verdiyi 500 000 min manatın

qaytarılmasını tələb edib. Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov da hadisə yerinə gəlib. İcra hakimiyyətinin başçısı intihara cəhd edən şəxslə 15 dəqiqə söhbət edib və onun aşağı düşməsini xahiş edib. Lakin sahibkar “Mənə yazılı iltizam verməsəniz, buradan düşməyəcəyəm” - deyib. X.İsgəndərov yazılı iltizamın özündə olduğunu deyəndən sonra intihara cəhd edən şəxs obyektin damından enib. Daha sonra intihara cəhd edən sahibkar Xaləddin İsgəndərov və Namiq İsmayılovla danışıq aparmaq üçün yaxınlıqdakı kafeyə gedib.

Göründüyü kimi, Xaləddin İsgəndərov rayonda elə bir vəziyyət yaradıb ki, insanları intihar həddinə çatdırıb. Güman ki, bü cür ciddi “ÇP”dən sonar onun barəsində ciddi tədbir görüləcək. İndiyəq qədər baş verənlər, eləcə də səhlənkarlıq ucbatından insan faiəsinə səbəb olan yanan bina olayından görünür, icra başçısı ibrət götürməyib...

Samir

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Binəqədi icra başçısı Xaləddin İsgəndərov işdən AZAD EDİLİB?

    Binəqədi icra başçısı Xaləddin İsgəndərov işdən ...

    19-03-2018, 15:06

  • 
  • Binəqədinin icra başçısı 1-ci müavinini işdən çıxardı

    Binəqədinin icra başçısı 1-ci müavinini işdən ...

    2-12-2013, 12:54

  • 
  • Binəqədinin icra başçısı daha bir məmuru işdən çıxardı

    Binəqədinin icra başçısı daha bir məmuru işdən ...

    12-02-2014, 13:27

  • 
  • Binəqədi icra hakimiyyəti Xaləddin İsgəndərovun adamlarından təmizlənir - 2 məmur qovuldu

    Binəqədi icra hakimiyyəti Xaləddin İsgəndərovun ...

    3-08-2018, 14:18

  • 
  • Binəqədinin icra başçısı 25 yaşlı qızı yeni müavin təyin etdi

    Binəqədinin icra başçısı 25 yaşlı qızı yeni ...

    5-12-2013, 11:37


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (245)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu