GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Eldar Əzizov ekologiyanın düşməninə çevrilib

Eldar Əzizov ekologiyanın düşməninə çevrilib

Tarix: 4-07-2015, 11:24 Bölmə :Manşet Baxış: 0
Eldar Əzizov ekologiyanın düşməninə çevrilib

Sumqayıt camaatı oksigensiz qalıb, yaşıllıqlara kütləvi şəkildə divan tutulub; əhalinin kommunal problemlərinə, sosial müavinətlə bağlı etirazlarına, təhsil və səhiyyə sahəsində etdikləri şikayətlərə baxılmır

Eldar Əzizov təyin olunduğu vaxtdan Sumqayıtı viran qoyub. Dövlət başçısı onu “gənclər şəhəri”nə mer təyin edəndə əhalinin problemlərinin həllini tələb edirdi. E.Əzizov isə tez bir zamanda sakinlərin narazılığına səbəb olan addımları ilə yadda qalmağa başladı.

İcra başçısı özü ilə bərabər yeni çətinliklər gətirdi ki, bu da şəhər camaatının onsuz da əvvəldən yığılıb qalaqlanan problemlərinin üstünə gəldi.

Sumqayıt indi ən ağır günlərini yaşayır. Sahibkarlara divan tutulması, yaşıllıqların məhv edilməsi, küçələrin səki-səki satılması, evlərin qanunsuz sökülərək mülk sahiblərinin narazı qoyulması aşıb-daşan narazılıqları gərginlik həddinə çatdırdı.

“Gündəm-xəbər”in əldə etdiyi xəbərə görə, E.Əzizovun yaratdığı ekoloji bəlalar onsuz da sənaye şəhəri olan Sumqayıtı fəlakətə sürükləyir.

Əhalinin oksigensiz qoyan, insanları boğan icra başçısını meşəlikləri məhv edib pul qazanmaq düşündürür. Görünür, E.Əzizov bu şəhərdə müvəqqəti olduğunu hesab edərək mümkün qədər şəhəri səhralığa çevirməkdə iddialıdır.

Redaksiyamıza da sosial problemlər girdabında boğulan sumqayıtlı sakinlərin çoxsaylı şikayət məktubları daxil olmaqdadır. Vətəndaşlar narazılıq edirlər ki, onların kommunal problemlərinə, sosial müavinətlə bağlı etirazlarına, təhsil, səhiyyə sahəsində etdikləri şikayətlərə baxılmır.

İcra başçısının yaxın adamı kimi təqdim olunan Aslan Abbasov adlı sahibkarın daha çox gəlir əldə etmək üçün yaşıllıqları məhv etməsi də sumqayıtlıları narahat edən əsas problemlərdən biridir.

Ümumiyyətlə, Sumqayıtın və sumqayıtlıların o qədər problemləri var - saymaqla bitən deyil. Məsələn, Sumqayıt şəhərində qəbir yerlərinin vətəndaşlara heç də təmənnasız verilmədiyi, daha dəqiq desək, icra başçısı Eldar Əzizovun sağ əli sayılan Sumqayıt şəhər Mənzil Kommunal İstehsalat Departamentinin rəisi Abid Əliyevin nəzarətində olan qəbiristanlıqda qəbir yerlərinin əhaliyə pulla satıldığı artıq heç kimə sirr deyil.

Qeyd olunur ki, Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Vaqif Ələsgərov, şəhər mədəniyyət və turizm idarəsinin rəisi Namiq Qafarov və səhiyyə şöbəsinin müdiri Ələkbər Tağıyev məhz Eldar Əzizovun himayəsinə arxalanırlar.

Ümumiyyətlə, onlar və digər iki nəfər - Sumqayıt şəhər Mənzil Kommunal İstehsalat Departamentinin rəisi Abid Əliyev və iş adamı Aslan Abbasov icra başçısının Sumqayıtdakı əsas dayaqları hesab olunur.

Sumqayıt şəhər 9-cu mikrorayon ev 35 və 36-nın sakinləri acınacaqlı, dözülməz şəraitdə yaşadıqlarını iddia edirlər: “Yollarımız çox bərbad vəziyyətdədir. Yağış yağanda dözülməz vəziyyət yaranır. Həyətdə işıq dirəklərinin əlindən tərpənmək mümkün deyil.

Bu yaxınlarda bu dirəklər yenilənib, ancaq köhnələri çıxarılmayıb. Həyətimizin işıqlandırılması yoxdur. Hava qaralan kimi sahibsiz itlərin əlindən uşaqlarımız çölə çıxa bilmir. Binanın zirzəmisi su ilə dolu olduğundan ağcaqanad, "krisa", milçək yuvasına çevrilib. İstilik sistemi də yoxdur ki, mənzillərimizi qızdıraq".

Qeyd edək ki, istilik sistemi olmadığından sakinlər qazdan istifadə edirlər. Bu isə böyük təhlükə yaradır. Tüstü bacalarının təmizlənməməsi bu təhlükəni daha da artırır. O da bildirilir ki, istər dövlət büdcəsindən, istərsə də prezidentin ehtiyat fondundan ayrılan vəsaitlərin demək olar ki, hamısı mənimsənilir.

Az-çox görülən işlər isə məhz Sumqayıt sahibkarlarının hesabına həyata keçirilir. Qəbir yerlərini əhaliyə pulla satan Sumqayıt şəhər Mənzil Kommunal İstehsalat Departamentinin rəisi Abid Əliyev Eldar Əzizovun köhnə kadrıdır.

İcra başçısı onu özü ilə birlikdə Gəncədən gətirib. Hazırda adıçəkilən departament rəisinin nəzarətində olan Sumqayıt şəhər qəbiristanlığında yerlər şəhər sakinlərinə təmənnasız verilmir. Halbuki, qəbir yerlərinin pulla satılması qanunsuzdur. Hətta bu yaxınlarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da bildirdi ki, qəbir yerlərinin pulla satılması düzgün deyil.

Lakin görünən odur ki, nə qanun, nə də Mübariz Qurbanlının dedikləri Abid Əliyevə təsir etmək gücündə deyil. Çünki o, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun himayəsinə arxalandığı üçün öz bildiyini etməkdədir.

Bu arada, Eldar Əzizovun gəlişindən sonra Sumqayıt şəhərində "yaşıllığın soyqırımı"nın geniş vüsət aldığını vurğulayan məlumatlı şəxs qeyd edir ki, bu işə icra başçısının yaxın adamlarından olan Aslan Abbasov rəhbərlik edir.

Eldar Əzizovun Sumqayıtdakı əməlləri sırasında kütləvi ağac kəsimi, parkların və səkilərin obyekt yerləri kimi satışa çıxarılması xüsusilə diqqət çəkir. Onun şəhərə rəhbərlik etdiyi ötən müddət ərzində Cəfər Cabbarlı adına Mədəniyyət Evinin yanında, 1-ci məhəllədə, Nəsimi adına parkda, Nəriman Nərimanov küçəsində "Sumqayıt" şadlıq evinin yanında, mərkəzi kitabxananın qarşısında, Azərbaycan prospektində və başqa yerlərdə ağaclar kəsilib.

Bütün bunlar Eldar Əzizovun və onun adamı Aslan Abbasovun Sumqayıtdakı "yaşıllığın soyqırımı"nın hamısı deyil sadəcə bir neçə faktdır. Onu da qeyd edək ki, Sumqayıt şəhərində 36-cı məhəllədə 20 yanvar küçəsində yerləşən 8 və 9 nömrəli yaşayış binaları arasında piyadaların gedişi üçün nəzərdə tutulmuş səkinin üzərində artıq istifadəyə verilmiş ikimərtəbəli obyekti misal çəkmək olar.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bakı şəhərinə yeni mer təyin olundu – Yeni təyinat

    Bakı şəhərinə yeni mer təyin olundu – Yeni təyinat ...

    16-07-2018, 17:00

  • 
  • Eldar Əzizov xidməti avtomobilini səki ilə sürdürür

    Eldar Əzizov xidməti avtomobilini səki ilə ...

    25-04-2014, 11:46

  • 
  • Eldar Əzizovun söküntü hazırlığı

    Eldar Əzizovun söküntü hazırlığı ...

    26-08-2013, 11:29

  • 
  • Əzizov Qüdrət Şükürovun yerinə onu gətirdi

    Əzizov Qüdrət Şükürovun yerinə onu gətirdi ...

    11-10-2018, 10:39

  • 
  • Eldar Əzizov Bakıda mer vəzifəsinin seçkili olması təklifi abrədə

    Eldar Əzizov Bakıda mer vəzifəsinin seçkili ...

    2-03-2019, 14:33


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (225)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu