İcra başçısı seçkidən sonra sənədsiz tikililərin söküntüsünü planlaşdırır Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Sumqayıt şəhərinin tabeçiliyində olan qəsəbələrdəki sənədsiz tikililərin söküntüsünə hazırlaşır. Bu barədə Moderator.az saytını özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, icra başçısı seçkiöncəsi kütləvi etirazlara səbəb olmamaq üçün söküntü prosesini prezident seçkilərdindən sonra həyata keçirmək niyyətindədir:
“Hazırda yerlərdəki icra nümayəndələri vasitəsi ilə sənədsiz tikililərin siyahısını hazırladan icra başçısı seçkilərdən sonra bu tikililərin söküntüsünü reallaşdırmağı nəzərdə tutur. E.Əzizov hesab edir ki, söküntü məsələsinin indiki məqamda gündəmə gəlməsi sosial zəmindəki narazılığı gücləndirə bilər ki, bu da bütün hallarda arzuedilməzdir. Məhz bu səbəbdən də icra başçısı qeydiyyat məsələsini seçkiyə qədər, söküntü prosesini isə seçkidən sonra gerçəkləşdirməyi planlaşdırır. Hələlik icra hakimiyyəti tərəfindən aparılan araşdırmanın nəticəsi göstərir ki, ən çox sənədsiz tikili Stansıya Sumqayıt adlanan yaşayış massivindədir. Bu isə o deməkdir ki, söküntü prosesindən ən çox əziyyət çəkən şəxs bu massivin sakinləri olacaq”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?