GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Füzuli Ələkbərovu nazir edən nazir - Əbülfəs Qarayev

Füzuli Ələkbərovu nazir edən nazir - Əbülfəs Qarayev

Tarix: 12-02-2013, 09:56 Bölmə :Manşet Baxış: 3 097
Füzuli Ələkbərovu nazir edən nazir - Əbülfəs Qarayev

Mədəniyyət və turizm nazirinin ingilis
dili müəllimliyindən başlayan yolu


Qarayev Əbülfəs Mürsəl oğlu 13 noyabr 1956-ci ildə Bakı şəhərində anadan olub. Uşaqlığı paytaxtda keçən nazir 1963-cü ildə 23 saylı orta məktəbə daxil olub. Məktəbdə nümunəvi şagird hesab olunan Əbülfəs Qarayev 1973-cü ildə orta məktəbi bitirərək, elə həmin ildə də Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna daxil olub. Tələbəlik illərində həmyaşıdlarından fərqlənməyən Əbülfəs Qarayev 1978-ci ildə ali məktəbi bitirərək əmək fəaliyyətinə başlamışdır. Təyinatla Saatlıya təhkim olunan gənc Əbülfəs rayonun Məşədi Əzizbəyov adına orta məktəbində ingilis dili müəllimi kimi çalışıb. Saatlıdakı mənbələrdən aldığımız informasiyalarda Əbülfəs Qarayevin necə müəllim olması haqda tutarlı bir məlumat öyrənə bilmədik. Yalnız onu aydınlaşdıra bildik ki, paytaxtda böyüyüb başa çatmış Əbülfəs Qarayev üçün rayon mühitinə uyğunlaşmaq o qədər də asan olmayıb. Elə bu üzdən də onun tez-tez iş prosesindən ayrılaraq Bakıya gəldiyi bildirilir. Hətta «sözəbaxmaz» ingilis dili müəlliminin bu vərdişi bir neçə dəfə məktəb rəhbərliyinin iradlarına da səbəb olub. Rayonda özünü «sudan çıxardılmış balıq» kimi hiss edən Əbülfəs Qarayev tezliklə Saatlı ilə vidalaşır və ömürlük Bakıya qayıdır.

Yüksəlişində «Qarayev» soyadının rolu

Saatlıda 2 il qərar tutan Əbülfəs Qarayev 1980-ci ildə Bakıya qayıdaraq məsul vəzifəyə təyinat ala bilir. Belə ki, həmin ildə Azərbaycan LKGİMK-nın təşkilat şöbəsinin təlimatçısı vəzifəsinə yüksəlir. Onun bu yüksəlişində soyadının böyük önəm daşıdığı da daxil olan informasiyalar arasındadır. Belə ki, dahi Azərbaycan bəstəkarı Qara Qarayevin qardaşı oğlu kimi böyük hörmət və imtiyaza malik olan Əbülfəsin yüksəlişində bu amil böyük rol oynayıb. Onun ilbəil yüksələn xətt üzrə vəzifələrini dəyişməsi də bunun bariz nümunəsi sayılmalıdır. 1985-ci ildə Azərbaycan Kommunist Partiyası Nərimanov rayon komitəsində təşkilat şöbəsinin təlimatçısı, daha sonra isə təbliğat şöbəsinin müdiri vəzifələrinə gətirilən Əbülfəs Qarayev artıq o vaxtkı siyasi elitaya daxil olmaqdaydı. Mövqelərini bir qədər də möhkəmləndirmək məqsədilə təhsilini davam etdirmək qərarına gələn Qarayev bu məqsədlə Moskvaya yollanır.

İlham Əliyevlə Moskvadan başlayan dostluq

1989-cu ildə təhsilini davam etdirmək üçün Moskvaya yollanan Əbülfəs Qarayev elə həmin il Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasının aspiranturasına daxil olur. O zaman Moskvada yaşayan indiki prezident İlham Əliyevlə də məhz burada tanış olur. Bəlkə də Əbülfəs Qarayevin heç ağlına da gəlməzdi ki, sonradan dostluğa çevrilən bu tanışlıq onun həyatında çox böyük dönüşə səbəb olacaq.
Qarayev 1992-ci ildə «1918-1930-cu illərdə - Azərbaycan mühacirətinin mədəniyyətşünaslıq aspektləri» mövzusunda dissertasiya müdafiə edərək «Fəlsəfə elmləri namizədi» elmi dərəcəsi alır. Bundan sonra yenidən pedoqoji fəaliyyətə qayıdan Əbülfəs Qarayev Rusiya İdarəetmə Akademiyası nəzdində menecerlik və marketinq kurslarında müəllim kimi çalışıb. Amma nədənsə Moskvada da çox qərar tuta bilmir və 1993-cü ildə vətənə qayıdır.

Əvvəlcə müəllim, daha sonra nazir

1993-cü ildə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunun mədəniyyatşunaslıq kafedrasında baş müəllim vəzifəsinə təyinat alan Əbülfəs Qarayev cəmi bir ildən sonra tələbələri ilə vidalaşmalı olur. Əvvəlcə «İMPROTEKS Kommers» kiçik müəssisəsində müdir vəzifəsinə gətirilir. Daha sonra, daha dəqiq desək, 1994-cü ildə isə yeni təsis olunan Gənclər və İdman Naziri təyin olunur. 2001-ci ildə səlahiyyətləri bir qədər də genişləndirilmiş Gənclər, İdman və Turizm Naziri kimi fəaliyyət göstərir. 2006-cı ildən isə Mədəniyyət və Turizm Naziri postuna sahiblənən Əbülfəs Qarayev bu gün hakim komandanın aparıcı simalarından biri olaraq dəyərləndirilir. Hakimiyyət daxilindəki qruplaşmalardan hər zaman kənarda qalmağa üstünlük verən Əbülfəs Qarayevin indiyə qədər toxunulmaz qalmasının bir sirri də hakim ailəylə isti münasibətlərinin olmasıdır. Ölkənin daim inkişaf edən turizm sektorunun məhz ona həvalə edilməsi də təsadüfi sayılmamalıdır.
Otellər «kral»ı
İlk baxışdan o qədər də səlahiyyətli görünməyən Əbülfəs Qarayev əslində hakimiyyət daxilində böyük güc sahibi kimi tanınır. Respublikada «at oynadan» bəlli məmur-oliqarxların ondan ehtiyatlanmasının səbəbləri isə kifayət qədər çoxdur. Təkcə bir faktı qeyd edək ki, Əbülfəs Qarayev ölkənin turizm sektorunun şəriksiz nəzarətçisidir. Düzdür, hansısa məmur-oliqarx Qəbələdə, İsmayıllıda, Qubada, Lənkəranda və digər bölgələrdə turizm məkanları inşa edə bilər. Amma bu heç də o demək deyil ki, həmin şəxslər buranın alternativsiz ağalarıdır. Əbülfəs Qarayev onların hər birini özüylə hesablaşdırmaq gücünə sahibdir. Məsələn, kimə məxsus olmasından asılı olmayaraq, fəaliyyətdə olan otellər Əbülfəs Qarayevin nəzarəti altındadır. Odur ki, biz mütəmadi olaraq, mədəniyyət və turizm nazirliyinin otelləri müxtəlif formada cəzaləndırmasının şahidinə çevrilirik. Elə bu yaxınlarda nazir bəyanat vermişdi ki, Azərbaycanda fəaliyyət göstərən bir neçə otelin ulduzu geri alınacaq. Nazir bunu həmin otellərin yüksək səviyyəli xidmət təşkil edə bilməmələri ilə izah etsə də əsl səbəblərin başqa olduğu hər kəsə bəllidir. Bu otel biznesiylə məşğul olan və «ayağını müəyyənləşdirilmiş cızıqdan» kənara qoyanların cəzalandırılmasıdır.

Onun gücü nazir təyin etdirməyə də çatır

Mətbu və siyasi dairələrdə «gücsüz nazir» kimi tanınan və tanıdılan Əbülfəs Qarayev əslində hakim düşərgədə sözü keçən adımdır. Onun gücü hətta kimisə nazir təyin etdirməyə belə çatır. Misal olaraq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovu göstərmək olar. Onun bu vəzifəyə təyinat almasında Əbülfəs Qarayevin müstəsna xidmətləri olmuşdur. Mənbənin qəzetimizə sızdırdığı informasiyaya görə, mədəniyyət və turizm naziri Füzuli Ələkbərova onu Bakı meri təyin etdirəcəyini söz versə də sonradan buna gücü çatmayıb. Sabiq əmək və əhalinin sosial müdaifəsi naziri Əli Nağıyevin «vurulmasından» dərhal sonra hərəkətə keçən Əbülfəs Qarayev sonda Füzuli Ələkbərovu onun yerinə təyin etdirməyə nail olub. Bundan başqa isə daha bir neçə şəxsin karyerasının müəyyənləşdirilməsində Əbülfəs Qarayevin rolunun böyük olduğu söylənilir. Bütün bunlara baxmayaraq, biz heç də Əbülfəs Qarayevin hakim düşərgədə çox böyük səlahiyyətlərə malik olduğunu iddia etmək istəmirik. Sadəcə olaraq, bu faktları yazmaqda məqsədimiz onun düşünüldüyü qədər də gücsüz olmadığını diqqətə çatdırmaqdır.

Səyahət etməyi çox sevir

Nazir Əbülfəs Qarayevin hobbisi səyahət etməkdir. İndiyə qədər dünyanın bütün qitələrində olmuş nazir təbiət qoynunda dincəlməyi və lirik musiqiyə qulaq asmağı xoşlayır. Digər məmurlardan fərqli olaraq, bahalı geyimlərin aludəçisi deyil. Öyrəndiyimizə görə, avtomobillərə qarşı da özəl bir marağı yoxdur. O qədər də yaxşı sürücü olmayan Əbülfəs Qarayev avtomobilin idarə edilməsində hər zaman başqalarının xidmətindən istifadəyə üstünlük verib. Spirtli içkilərdən uzaq duran nazirin daha bir özəlliyi isə ev heyvanlarına olan münasibətidir. Belə ki, nazirin ev hevanlarına, xüsusilə də itlərə maraq göstərdiyi bildirilir. Onun haqqında məqalə hazırlayarkən nazirin daha bir «sirri»ni faş etdik. Sən demə, Əbülfəs Qarayev özü haqqında məlumatların geniş şəkildə yayılmasının qatı əleyhdarıdır. İnternetdə onun haqqında axtarış verildiyi zaman qısa tərcümeyi-halından başqa elə bir qiymətli məlumat əldə etmək mümkün deyil. Biz bütün bu çətinliklərə baxmayaraq, Əbülfəs Qarayevin həyatındakı bəzi məqamlara işıq tutmağa çalışdıq. Buna hansı dərəcədə nail olduğumuzu isə sayğılı oxucularımızın ixtiyarına buraxırıq
Elçin Əmirov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əbülfəs Qarayev üçün korrupsiya tələsi hazırdır

    Əbülfəs Qarayev üçün korrupsiya tələsi hazırdır ...

    8-12-2013, 11:51

  • 
  • Əbülfəz Qarayev Qubada inək vurdu -EKSKLÜZİV

    Əbülfəz Qarayev Qubada inək vurdu -EKSKLÜZİV ...

    11-08-2013, 15:25

  • 
  • Əbülfəs Qarayevin qızı Kərəm Həsənovu məhkəməyə verdi - qalmaqal

    Əbülfəs Qarayevin qızı Kərəm Həsənovu məhkəməyə ...

    25-12-2014, 00:55

  • 
  • Əbülfəs Qarayevin qızının "seksual geyim" videosu

    Əbülfəs Qarayevin qızının "seksual ...

    1-12-2014, 22:59

  • 
  • "Nə otelim var, nə şirkətim"

    "Nə otelim var, nə şirkətim" ...

    22-11-2015, 14:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
Bet Bom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu