GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ziya Məmmədov sakinlərin arzusunu gözündə qoydu

Ziya Məmmədov sakinlərin arzusunu gözündə qoydu

Tarix: 11-07-2015, 11:43 Bölmə :Manşet Baxış: 0
Ziya Məmmədov sakinlərin arzusunu gözündə qoydu

Prezidentin unudulmuş tapşırığının icraasının zamanı çatıb

Hələ sövet dönəmində ikən Bakıda məşhur olan və bir neçə il bundan əvvəl söküntüsü həyata keçirilən “Şüşəli bazar”ın yerində, bu gün yeni ticarət mərkəzi tikilib. Mərkəz Yasamal rayonu ərazisində H.Cavid prospektində yerləşir. 2005-ci ildən fəaliyyəti dayandırıldıqdan sonra, bazarda çalışan ticarətçilər paytaxtın digər ünvanlarına üz tutdular. 2010-ildə...................????? bazar tamamilə hasara alındı və təqribən bir il sonra, yəni 2002-ci ilin aprelində....??????? tamamilə dağıdıldı. Diqqəti cəlb edən bir məqamı xatırlamağa dəyər: Hələ sözügedən ərazi bir neçə il bundan əvvəl ölkə rəhbərinin də diqqətini cəlb etdiyindən, cənab Prezident iki prospektin- Hüseyn Cavid və Mətbuat prospektləri arasında yerləşən yolun genişləndirilməsini və ərazidə istirahət parkı salınması tapşırığını vermişdi. Çox təəssüflər olsun ki, tapşırığı dinləyən və “ləbbey” döyən vəzifə sahibləri, çox keçmədi ki, şəxsi biznes maraqlarını prezidentin vermiş olduğu tapşırığından üstün tutaraq, ölkə başçısının verdiyi tapşırığı qulaqardına vurdular. İlk əvvəllər ərazidə inşa olunan ticarət mərkəzinin kimə məxsus olduğu gizli saxlandı. Amma çox keçmədi ki, ticarət mərkəzi layihəsinin “ARQON” MMC-nə məxsus olduğu bəlli oldu. Axı, Məmmədovlar ailəsinə Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin, “ZQAN” Holdinqin inzibati binasının, “Delfin” otelinin, “Kəhrəba” restoranının və “Bağhlan Group” FZCO-nun ofisinin layihəsi, yaşayış və ictimai binaların tikintisi və layihələndirməsi və.s ilə məşğul olan “ARGON”MMC-yə məxsusdu. Elə “Şüşəli bazar”ın yeni sahibinin də, əslində NN-nin şefi Ziya Məmmədova yaxın şəxslərdən birinə məxsus olduğunu müəyyən etmək çətin olmadı.

Obyektin bugünkü sahibləri, bazarın müəyyən hissəsini kafe kimi istifadə etməyi də unutmadılar. Ticarət mərkəzinin baş hissələrində yerləşən və “Nar kafe” adlanan, əslində restoran səviyyəli obyektlərin “zaqazçikləri” də, varlı balaları, Elton Məmmədovun oğlunun dost-tanışlarıdır. Onların saxladıqları bahalı maşınlar nəinki yerli sakinləri, eləcə də ətraf ərazidə fəaliyyət göstərən səfirliklərin əməkdaşlarını, xarici ölkə vətəndaşlarını, obyektə bitişik uşaq bağçasının körpələrini, yaxınlıqda yerləşən “N” saylı hərbi hissənin zabit və əsgərlərini, hətta ətraf ərazidə yaşayan qonşuları da narahat etməkdədir.

Qonşuluqda yaşayan bina sakinləri bildirirlər ki, sutka ərzində ticarət mərkəzinin hava təmizləyici qurğularının səs-küyündən, gecə yarıya qədər kafeyə gəlib-gedən bahalı maşınların siqnal səsindən və.s gecəmiz, gündüzümüz yoxdur. Uşaq bağçasına gəlib-gedənlərin nələr çəkdiyini də, danışmaqla qurtaran deyil. Axşamçağı saat 6-dan sonra isə, sakinlər tıxacdan evlərinə belə gedə bilmirlər.

Baş verən olaylar barədə danışan mənbə bildirir ki, “Şüşəli bazar” vaxtilə Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin rəisi olmuş Arif Qaraşova məxsus idi. O, vaxtilə bazarı adına özəlləşdirsə də, daşıdığı vəzifədən uzaqlaşdırılması, sanki sonrakı prosesləri tamamilə başqa macəraya yönəldi. Yəni, həmin bazarın XDGİ-nin sabiq rəisi olmuş Aydın Bəşirovla, Nəqliyyat naziri Ziya Məmmədovun ələ keçirmələri barədə söz-söhbətlər də dolaşmağa başladı. Və çox keçmədi ki, əraziyə sahiblik hüququnun tamamilə Ziya Məmmədovun ixtiyarına keçməsini də söylədilər.

Əslində bazarla bağlı açıqlamanı yazmaqda məqsədimiz, həm təəssüfdoğuran, həm də ki, təhlükə əmələ gətirə bilən ab-havanın varlığını ictimailəşdirməkdir. Əgər əvvəllər oliqarxlar

maraqlarını sadə vətəndaşların haqqı-hüququ, rifahı naminə qurban verirdilərsə, indi isə birbaşa milli maraqlarımıza zərbə vurmağa yönəldirlər. Mal-mülk, pul-sərvət hərislərinin mövqe uğrunda mübarizələri artıq o qədər qızışıb ki, belə bir addımların hətta ölkəmizin beynəlxalq imicinə zərbə vurması danılmaz həqiqətə də çevrilib.

Bir məqama da toxunaq ki, nə qədər arzuolunmaz və xoşagəlməz hal olsa da, zaman-zaman xatırlanacaq ki, Bakıda 1-ci Avropa Oyunları qəza ilə başladı.Məlum olduğu kimi, 2015-ci ilin 11 iyununda saat 8.30-da 1-ci Avropa Oyunlarının “Atletlər kəndi”nin nəqliyyat deposunda, “Bakubus” MMC-nə məxsus avtobus hərəkət zolağından çıxaraq, piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paserə bədən xəsarətləri yetirdi. Fakt üzrə dərhal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1.1-ci maddəsi (ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına zərər vurmaqla, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) ilə cinayət işi başlandı.

Yol nəqliyyat hadisəsini törətmiş avtobusun sürücüsü Vəli Əhmədov, elə həmin gün şübhəli şəxs qismində saxlandı və onu ittiham etməklə məhkəmə tərəfindən barəsində həbs qətiimkan tədbiri də seçildi. Prossesual araşdırmalar çərçivəsində, həmçinin yüksək ixtisaslı sürücülərin işə götürülməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyən “Bakubus” MMC-in vəzifəli şəxslərinin hüquqi məsuliyyət məsələsinə də baxılır. Onu da xatırladaq ki, adı çəkilən müəssisə Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovun oğluna məxsusdur. Bu fakt öz-özlüyündə bir daha təsdiq edir ki, Azərbaycanda nazirlər idarə etdikləri sahələrə yaxın olan sahibkalıq subyektlərini də, öz qohumları və yaxın ətrafları arasında “pay-püşk” edirlər. Qəzanın arzuolunmaz görüntülərinin dərhal yayımlanması, həm də görüntüləri qeydə alan mənbənin hansısa yoldan ötən adamın mobil telefonu ilə deyil, məhz nəqliyyatın intellektual idarəetmə sistemi ilə qeydə alınması və onun KİV ötürülməsi, Bakı şəhərinin sərnişindaşınma sistemində konfliktin mövcudluğundan xəbər verirdi.

Amma, düşünürük ki, uğurla başa çatan 1-ci Avropa Oyunlarından sonrakı düzənə, ölkə rəhbərliyi yenidən diqqət yetirəcək. Bir halda ki, lazım gəldiyi təqdirdə oliqarxlara məxsus villalar sökülür, lazımi addımlar atılır, deməli möhtərəm Prezidentimizin vermiş olduğu, amma bugünədək unudulmuş tapşırıqlarından birinin də yerinə yetiriləcəyi gün uzaqda deyil.

P.S. Biz çəkiliş aparan zaman, yəni gündüz saatlarında ərazidə bir az seyrəlik olsa da, saat 9-dan sonra tıxac əlindən tərpənmək mümkün olmurdu. Kafeyə gələnlər maşınlarını necə gəldi saxlayırdılar. Ticarət mərkəzinə ərzaq gətirən maşınlar isə, Mətbuat prospektinə çıxan yolu bağlamışdılar. Maşınlardan kafeyə qəlyan da daşıyırdılar. Adının çəkilməsini istəməyən bina sakinləri bildirdilər ki, gecələr kafedə güclü qumar da oynanılır.

Belə olan halda Daxili İşlər Naziri cənab Ramil Usubova belə bir sualla müraciət edirik

. -Cənab nazir! Necə olur ki, avtomobilimizi küçədə saxlayıb dərman almaq məqsədilə aptekə gedİb qayıdan zaman, şanlı polis əməkdaşlarımızın bir dəqiqəyə avtomobilimizi cərimə meydançasına aparmalarının şahidi oluruq. Amma avtomobillərini saatlarla səkilərdə, piyadaların gedib-gəldiyi yolun ortasında saxlayan “Nar kafe”nin müştərilərinə, yəni harınlamış məmur balalarına güldən ağır söz deyən olmur. Məgər, Azərbaycan qanunları kasıb balaları üçündürmü? Acınacaqlı hal odur ki, kafenin hər iki qapısı birbaşa magistral yola açıldığından, kafedən çıxan sərxoş müştərilər bəzən öz yolu ilə hərəkət edən avtomobillərin altına düşürlər, bu da ki, bədbəxt hadisələrin baş verməsinə səbəb olur. Cənab Ziya Məmmədovu hardasa başa

düşmək olar! Çünki, ərkəsöyn qardaşoğlunun öhdəsindən gələ bilmədiyi üçün, yəqin ki, ona heçnə deyə bilmir. Belə bir özbaşınalıqları görə bilməyən aidiyyəti qurumların rəhbərlərinə isə bir məsləhətimiz var. Doğrudan da siz belə bir biabırçılıqları görə bilmirsinizsə, o halda mütləq göz həkiminə müraciət edin. Bəlkə həkimlər gözlərinizi aça bildi.

İnanırıq ki, vaxtilə “Şüşəli bazar” adlanan ərazinin ətrafında yaşayan sakinlər bir gün o şad xəbəri eşidəcəklər ki, cənab Prezidentin bir neçə il bundan əvvəl vermiş olduğu, amma bugünədək icra olunmayan tapşırığının icrasına başlamaq üçün, Bakı şəhərinin meri Hacıbala Abutalıbov özündə cəsarət tapıb. Və o, Mətbuat prospekti ilə Hüseyn Cavid prospekti arasında kəsişən “DARDANEL” boğazını musiqi sədaları altında sökdürür. Təki həqiqət olsun!

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ziya Məmmədov sakinlərin arzularını ürəklərində qoydu

    Ziya Məmmədov sakinlərin arzularını ürəklərində ...

    13-07-2015, 17:43

  • 
  • ZIYA MƏMMƏDOV SAKINLƏRIN ARZULARINI ÜRƏKLƏRINDƏ QOYDU

    ZIYA MƏMMƏDOV SAKINLƏRIN ARZULARINI ÜRƏKLƏRINDƏ ...

    12-10-2015, 14:11

  • 
  • Hakimiyyətdən Ziya Məmmədova şok zərbə

    Hakimiyyətdən Ziya Məmmədova şok zərbə ...

    12-01-2014, 21:32

  • 
  • “Şüşəli bazar” sahibinin ölümündə Ziya Məmmədov izi

    “Şüşəli bazar” sahibinin ölümündə Ziya Məmmədov ...

    4-12-2017, 14:25

  • 
  • Ziya Məmmədovu Cavid Qurbanov  Nəqliyyat naziri Ziya Məmmədov bundan sonra Azərbaycan Voleybol Federasiyasına rəhbərlik etməyəcək.

    Ziya Məmmədovu Cavid Qurbanov Nəqliyyat naziri ...

    12-10-2016, 19:23


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (245)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu