Xəbər verdiyimiz kimi bu gün prezident İlham Əliyevin iştirakı ilə hökümətin iclası keçirilib.
Prezident İlham Əliyev iclasdakı çıxışı zamanı bir çox mühüm məsələlərə toxunub. Azərbaycana qarşı bəzi beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən haqsız hücumlar haqda danışıb.
İ.Əliyev xüsusilə Almaniya Bundestaqı ilə bağlı sərt fikirlər səsləndirib: “Sual olunur: Almaniya Bundestaqının bizimlə nə işi var? Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı, dünyanın hakimidirmi, hamı onlara tabe olmalıdır? Görünür, onlar çox pis öyrəniblər. Amma bizi başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla münasibətlərimiz distansiya səviyyəsindədir, onlardan asılı heç nəyimiz yoxdur. Əksinə, bizim qazımız, neftimiz, kontraktlarımız onlara lazımdır. Bizim bu regionda mövcudluğumuz onlara lazımdır”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?