GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Xaləddin İsgəndərov həbs olunacaq: Ailəsini ölkədən çıxardıb

Xaləddin İsgəndərov həbs olunacaq: Ailəsini ölkədən çıxardıb

Tarix: 22-07-2015, 13:24 Bölmə :Manşet Baxış: 0
Xaləddin İsgəndərov həbs olunacaq: Ailəsini ölkədən çıxardıb

Binəqədinin başçısı ölkədən niyə getdi?; Başçının ailəsi 1 aydır Almaniyadadır; görüş yeri olaraq Paris seçilib; Məmmədov-İsgəndərov klanı haqda şok bilgilər...

Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun ölkədən qaçması haqda məlumat yayılıb. İlk öncə istiqlal.az saytı, daha sonra isə başqa saytlar yazdılar ki, vergilər naziri Fazil Məmmədovla qohumluq əlaqələrinə malik olan başçı ölkədən məzuniyyət adı ilə gedib. Bu iddiaya dair müsavat.com-un özəl bilgiləri var. Lakin onları ictimailəşdirməzdən öncə, istiqlal.az saytının X.İsgəndərovun fəaliyyətinə həsr olunan geniş tənqidi məqaləsindən müəyyən məqamları xatırladaq.

Sayt iddia edir ki, başçı yaddaşsızlıq sindromundan əziyyət çəkir və bu da onu hər dəfə pis durumlara salır : “Binəqədi sakinləri yaxşı bilir ki, Xaləddin İsgəndərovun iclasları həngaməsiz keçmir. Ancaq özünü tərifləyən icra başçısı vətəndaşa dəxli olmayan söhbətləri ilə də məşhurdur. O, soy-kökünün varlı-karlı olduğunu Binəqədi sakinlərinə ”tutuzdurmaq"dan ötrü ailəsindən oğurlanan hansısa qızılları tez-tez xatırladır.

Xaləddin İsgəndərovun başqa şakəri də onun yaddaş problemidir. Belə ki, 100-200 adamla keçirdiyi iclaslarda “sandığı açıb, pambığı tökən” Xaləddin İsgəndərov sonradan icra hakimiyyətində satqın ovuna çıxır. Müavinləri və yaxınları cəsarət edib “cənab başçı, siz bu sözü özünüz iclasda dediniz axı” deyəndə isə yumruğu ilə alnını döyəcləyir. Xaləddin İsgəndərovun iclaslarına bəzək olan sözlərdən biri də “kişi yalan danışmaz, xüsusən də vəzifəli adam yalan danışmaz” sözləridir. Amma təəssüf ki, özü bütün günü yalan danışır. Dərd odur ki, onun yalanlarını qəsəbə bələdiyyə sədrləri və icra nümayəndələri aforizmə çevirib, xalq arasında yayırlar".

Sayt yazır ki, X.İsgəndərovun başçı təyinatından sonra binəqədililər əvvəlki icra başçısı Alı Qocayevin ölənlərinə rəhmət oxuyurlar. Bu da Binəqədidə tikintiyə haqq qoyulması ilə əlaqəlidir: “Rayon ərazisindəki tikililərə qiymət vahid cədvəl əsasında qoyulub. Əgər Xaləddin İsgəndərovdan əvvəl - Milli Məclisin spikeri Oqtay Əsədovun qudası Alı Qocayevin icra başçısı işlədiyi dövrdə-daha çox Biləcəri, Binəqədi və Xocasən qəsəbələrində hasar çəkmək pulsuz, istənilən ölçüdə ev tikmək isə 500-1000 manat ”şirinliklə" baş tuturdusa, Xaləddin İsgəndərovun “zühuru” ilə qiymətlərdə qiyamət qopdu. Medianın müxtəlif vaxtlarda apardığı araşdırmalara görə, X.İsgəndərovun göstərişi ilə rayon ərazisində hasar çəkmək 2-3 min, kürsülü ev 8-10 min, iki mərtəbəli evin tikintisi üçün isə 12-15 min manat rüşvət tələb olunur. Sakinlərin verdiyi son məlumata görə, manatın devalvasiyası yaz aylarına - tikinti bumunun yaşandığı dövrə təsadüf etdiyindən X.İsgəndərovun “ağ nivalı”ları da xəracı dollarla toplayırlar".

Sayt rayon ərazisində yanan çoxmərtəbəli binanı üzləyən X.İsgəndərovun hazırda bütün məsuliyyəti FHN-in üzərinə yönləndirməyə çalışdığını da vurğulayır: “Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Xaləddin İsgəndərovun onsuz da çətin olan vəziyyətini bir az da ağırlaşdırdı.

Bütün şəhər ictimaiyyəti çox gözəl bilir ki, poliuretandan kütləvi istifadəni ilk dəfə Binəqədidə Xaləddin İsgəndərov tətbiq edib. Düzü, cənab başçı bunu heç danmır da və günahı Fövqəladə Hallar Nazirliyinin üzərinə yıxır: “Onlar rəy veriblər...”

Hüquqşünasların dediyinə görə, məlum hadisəyə görə müvafiq maddə ilə cinayət işi açılırsa, buna binanın fəsadını dəyişən şirkətlə yanaşı, bu sifarişi verən və onun icrasına nəzarət etməli olan Binəqədi Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və şəxsən icra başçısı Xaləddin İsgəndərov məsuliyyət daşıyır. Buna görə hesab edilir ki, ilk məsuliyyət daşıyan şəxs Xaləddin İsgəndərov olmalıdır".

***
“Yeni Müsavat”a daxil olan məlumata görə, X.İsgəndərovun tezalışan materialla üzlətdiyi binadakı yanğınla bağlı istintaqda da başçının əleyhinə ifadə var. Belə bir ifadəni vaxtilə X.isgəndərovun müavini olmuş Qəzənfər Novruzovun verdiyi bildirilir. Qeyd olunur ki, başçının sabiq müavini bütün günahın onun ayağına yazılmasına razı deyil. O, işi aparan müstəntiqlərə X.İsgəndərovun əleyhinə ifadələr verib və ifadələrini rəsmiləşdirilməsini tələb edib. Nəticədə ifadələr rəsmiləşdirilib.

Yada salaq ki, yanğından dərhal sonra prezident İlham Əliyev hadisəsinin baş verməsində təqsirli bilinən şəxslər barədə cinayət işinin başlanılmasını və onların ciddi şəkildə cəzalandırılacağını deyib: "Əgər bütün işlər düzgün qurulsaydı, bu hadisə baş verməzdi. Azərbaycan vətəndaşları bilməlidir ki, günahkar və günahkarlar kimdir? Bu hadisəyə görə kim məsuliyyət daşıyacaq?.."

Nəzərə alsaq ki, Nazirlər Kabinetinin son toplantısında Xaləddin İsgəndərovun güvəndiyi nazir qohumu Fazil Məmmədov da sərt tənqidə məruz qalıb, onda icra başçısının ölkədən getməsi barədə iddiaların ortaya çıxmasının təsadüf olmadığını söyləyə bilərik.


Musavat.com-a məlum olub ki, X. İbrahimov bütün ailəsini bir aydan artıqdır ki, Azərbaycandan çıxarıb. İsgəndərovlar hazırda Almaniyadadırlar - onlar əvvəl Berlin, sonra isə Hamburq şəhərlərində məskunlaşıblar. Ailə bugünlərdə Fransaya da səfər edəcək. Mənbəmiz iddia edir ki, Xaləddin İsgəndərov ailəsinə Parisdə qatılacaq.

Xaləddin İsgəndərovun hazırda da xaricdə olduğu, lakin ölkədən qaçmadığı, 5 avqusta qədər məzuniyyət izni aldığı da müsavat.com-un dəqiqləşdirdiyi xəbərlər sırasındadır. Ailəsindən kənarda olsa da, hörmətli İsgəndərov Azərbaycandan kənardadır və onun özü də, ailəsi də həyəcanla Bakıdan xəbər gözləyir. Hər an onun işdən çıxarılması və cinayət məsuliyyətinə cəlb olunması xəbərləri gələ bilər.

Qaynaq deyir ki, X. Isgəndərovun, o cümlədən də digər qohumların əksəriyyətinin Azərbaycandan getməsi barədə təlimat vergilər naziri, bu klanın rəhbəri Fazil Məmmədov tərəfindən verilib. Cənab nazirin təlimatlarında klan üzvlərinə qəti tapşırılıb ki, bu aralar sizi küçədə söysələr də, döysələr də, səs çıxarmayın.

Böyük narahatlıq səbəbindən hazırda Məmmədov-İsgəndərov klanının gənc üzvlərinin hamısı xaricdədir.

Təbii ki, klanın bütün üzvləri həbs olunmayacaq. Lakin Xaləddin İsgəndərovun cəzalanacağı qəti qərar kimi görünür. Mənbə iddia edir ki, həm onun yanan bina ilə bağlı cinayət işində adı mərkəzi fiqur kimi keçir, həm də işdə ciddi yeyintilərə yol verdiyi məlum olub .

Özəl qaynaqlar iddia edirlər ki, X. İsgəndərov dünya zənginlərinin belə özünə rəva bilmədiyi təmtəraq içərisində yaşayır. Bəzi dəqiqləşdirilmiş rəqəmləri yazaq: Onun evində 3 sürücü çalışır. Özünün xidməti sürücüsü ilə birlikdə, İsgəndərovların sərəncamında 4 sürücü, 10-a yazın maşın var. Yalnız evdə çalışanlara verdiyi aylıq əmək haqları 17500 manatdır. Özəl qaynaqlar iddia edirlər ki, İsgəndərovların aylıq xərcləri 50 min manatdan yuxarıdır. Onlar Binəqədinin ən yaxşı torpaqlarına sahibləniblər. Rayonda çoxsaylı tikinti işlərinə də məhz İsgəndərovlar nəzarət edir. Lakin hazırda onlar bütün işlərini saxlayıblar və proseslərin sonunu gözləyirlər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Binəqədi icra başçısı Xaləddin İsgəndərov işdən AZAD EDİLİB?

    Binəqədi icra başçısı Xaləddin İsgəndərov işdən ...

    19-03-2018, 15:06

  • 
  • Binəqədinin icra başçısı işdən çıxarıldı - XALƏDDİN İSGƏNDƏROV KOLLEKTİVLƏ VİDALAŞDI

    Binəqədinin icra başçısı işdən çıxarıldı - ...

    17-05-2018, 16:33

  • 
  • İcra başçısı qulluqçularına 12 min maaş verir

    İcra başçısı qulluqçularına 12 min maaş verir ...

    20-04-2015, 22:34

  • 
  • Binəqədinin icra başçısı 1-ci müavinini işdən çıxardı

    Binəqədinin icra başçısı 1-ci müavinini işdən ...

    2-12-2013, 12:54

  • 
  • Xaləddin İsgəndərovun 18 sərəncamı ləğv olundu- PROKURORLUĞUN TƏQDİMATIYLA

    Xaləddin İsgəndərovun 18 sərəncamı ləğv olundu- ...

    11-01-2018, 16:34


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu