GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Səlim Müslümov əllillərin təqaüdü ilə fontan tikdirəcək

Səlim Müslümov əllillərin təqaüdü ilə fontan tikdirəcək

Tarix: 22-07-2015, 14:06 Bölmə :Manşet Baxış: 0
Səlim Müslümov əllillərin təqaüdü ilə fontan tikdirəcək

Buzovna sakinləri ayağa qalxdı

“Əlillər evi”ndən ƏƏSMN-nə şikayət olundu Hal-hazırda işsiz əhalinin işlə təminatı, işsizliyin aradan qaldırılması, yeni iş yerlərinin yaradılması və.s, dövlətimiz üçün olduqca əhəmiyyət daşıyan prioritet vəzifələrdən biridir. Belə bir səbəblər üzündəndir ki, paytaxtla bərabər, bölgələrdə də yeni istehsal, yaxud da qeyri istehsal sahələri yaratmaq, nəticə etibarilə işsiz əhalinin işlə təminatını həyata keçirmək, ölkə rəhbərinin həyata keçirdiyi siyasətin tərkib hissələrindən biridir.

Düzdür həqiqət naminə qeyd edək ki, bu günədək işsizliyin aradan qaldırılması ilə bağlı hökumət səviyyəsində əməli addımlar atılmış və bu sahədə yaşanan problemlər müəyyən mənada həllini də tapmışdır. Yəni, son illərin statistikası və verilən hesabatlarlar söylənilənləri tam təsdiq etməyə əsas verir. Amma, yürüdülən dövlət siyasətinin varlığına baxmayaraq, hal-hazırda elə vəzifə sahibləri var ki, onlar rəhbərlik etdikləri sahədə problemləri həll etmək əvəzinə, problemlərin üstünə yeni bir problemlər də gətirməklə məşğul olurlar.

Məsələn, Xəzər rayonu 1 saylı Psixonevroloji Sosial Xidməti Müəssisəsində yaşanan mühitin varlığı, yəni yeni rəhbərliyin zorakı idarəçiliyi sayəsində həmin müəssisədə çalışan 20 nəfərə qədər işçinin işsiz qalması, buna misal ola bilər. Qeyd olunan müəssisədə həm aldadılaraq və həm də məcburi qaydada işdən çıxarılan şikayətçi xanımlar, bir neçə gün bundan əvvəl redaksiyamıza ünvanladıqları ərizələrində yazırlar ki, “biz illər uzunu adı çəkilən müəssisədə işləmişik. Müəssisəyə rəhbərlik edən Əliyeva Ədilə Muradəli qızı 25 may 2015-ci il tarixdə yaş həddi ilə əlaqədar təqaüdə çıxdı. Həmin vaxt Cəfərova Rəhmumə Həsən qızı müəssisəyə yeni rəhbər təyin olundu. O, vəzifəsinin icrasına başladığı gündən, müəssisədaxili problemləri həll etmək əvəzinə, illər uzunu əmək fəaliyyəti ilə məşğul olan və bu sahədə kifayət qədər təcrübə toplayan işçiləri, müxtəlif yollarla işdən azad etməyə başladı”. Şikayətçilər onu da vurğulayırlar ki, “işdən çıxmağa məcbur edilən işçilərin minbir dərdi, minbir problemi var. Yəni, vəziyyəti ağır, xəstəsi olan, kirayədə yaşayan, banklara borcu olanlar və.s var ki, onlar da yeni rəhbərliyin təkidi ilə işdən çıxmağa məcbur ediliblər.

Axı, biz aldığımız əmək haqqı ilə ailəmizi bitəhər dolandırırdıq, kreditlərimizi ödəyirdik, indi nə edəcəyik? Rəhmumə xanım bizi işdən çıxardır və yerimizə yeni işçilər götürür. Bu da ona əlavə gəlir əldə etməyə imkan verəcək. Tələbimiz yalnız işimizə qayıtmaq, daşıdığımız vəzifəmizə bərpa olunmaqdır. İşdən məcburi çıxarılanların tam əksəriyyəti, Buzovna kənd sakinləriyik” deyə, onlar bildirdilər. Onlar onu da qeyd edirlər ki, “hal-hazırda müəssisədə təqribən 255 nəfər xəstə var ki, onların da 200 nəfərindən çoxunun bankomat kartı Rəhmumə Cəfərovanın cibindədir. Hər xəstə orta hesabla ayda 50-270 manat arası dövlətdən təqaüd alır. Adicə belə bir statistik hesablama aparsaq, yəni 250 nəfər xəstənin hər biri ayda orta hesabla 150 manat təqaüd alırsa, deməli Rəhmumə xanımın təkcə bu yolla gəliri hər ay təqribən 25-30 min manat olur. Elə ki, bankomat kartı müzakirə mövzusuna çevrilir, dərhal rəhbərlikdən belə bir açıqlama gəlir ki, “mən əldə olunan gəlirlə həyətdə fontan tikdirəcəyəm, müəyyən təmir-bərpa işləri apartdıracağam. Bütün bunlar cənab nazirin xüsusi tapşırıqlarıdır” deyir.

Verilən məlumatların birində də vurğulanır ki, müəssisədə Vəliyev Vəli Tacəddin oğlu adlı xəstə olub ki, onun da səhhəti bir müddət bundan əvvəl pisləşir. Xəstənin qardaşı Rasim Vəliyev vəziyyətdən xəbər tutan kimi, qardaşını evə aparmaq qərarına gəlir. Məqsədi o olur ki, ona ev şəraitində baxsınlar və vəziyyətini qaydaya sala bilsinlər. Bu belə də olur və ev şəraitində qalan xəstənin vəziyyəti yaxşılaşdıqdan sonra, qardaşı onu qaldığı müəssisəyə qaytarmaq məcburiyyətində qalır. Bu zaman üzləşdiyi mənzərə Rasim Vəliyevi dəhşətə gətirir. Yəni, rəhbərlik bildirir ki, “müəssisədə yer yoxdur, istəsəniz nazirliklə danışıb yer tapa bilərəm. Amma, 500 manat xərciniz çıxacaq”.

Bu gün müəssisənin problemli məsələlərindən biri də, müxtəlif yollarla işdən çıxarılan işçilərin əmək kitabçaları ilə bağlıdır. Belə ki, verilən məlumatlarda bildirilir ki, rəhbərlik işçilərdən bəzilərini “ərizə yaz işdən çıx, sonra səni işinə bərpa edəcəyəm” deməklə aldada bilib. Bir

hissəsini isə xəbəri olmadan işdən çıxarıb. Elə ki, kim işdən çıxmaq istəməyib, o halda həmin işçiyə bildirib ki, ərizə yazıb xoşluqla işdən çıxmasan əmək kitabçanı korlayacağıq. Dirəniş göstərib ümumiyyətlə işdən çıxmaq istəməyənlərə qarşı isə, yeni bir qayda tətbiq olunur. Hətta, 20 nəfərə qədər işçinin əmək kitabçasını rəhbərliyin tapşırığı ilə, müəssisənin xəstəsi olan və giriş qapısında gözətçi işləyən Şahinə verirlər ki, onları sahibinə çatdırsın. Verilən məlumatlarda o da bildirilir ki, Rəhmumə xanım özü ilə gətirdiyi “medbrat cəllad” ləqəbi ilə tanınan Rəsulun vasitəsilə xəstələrdən bəzilərini döydürür, bəzilərinə isə iynə vurdurmaqla işdən çıxmaq istəməyənlərin əleyhinə onlardan izahat da aldırır. Xəstələr bankomat kartlarını vermək istəməyəndə, onlar da oxşar aqibətlə üz-üzə qalırlar.

Müəssisədə elə xəstələr var ki, onların kartları yaxınlarındadır. Yaxınları da alınan təqaüdlə hər ay xəstələrinə dərman, ərzaq, geyim formaları və.s alıb gətirsələr də, rəhbərlik bunu onlara da çox görmür. Məsələn, verilən məlumatlarda bildirilir ki, müəssisənin xəstələrindən olan Məmmədov Vüqar Vaqif oğlunun, Əbdürrəhmanova Zalina Sabir qızının anasına, hələ bir müddət bundan əvvəl gecə saat 12 radələrində Rəsul zəng edir ki, bankomat kartlarını müəssisəyə təhvil verin. Müəssisənin xəstələrindən olan Tapdıq adlı xəstə isə, hələ bir müddət bundan əvvəl ac qaldığı üçün, dəniz kənarında dilənməyə məcbur olur. Çox keçmir ki, onu ələ keçirib müəssisəyə gətiririrlər və bir qədər işgəncə verdikdən sonra, Tapdığa “Aminazin” iynəsi də vururlar. Bütün bunların nəticəsidir ki, Xəzər rayonu 1 saylı Psixonevroloji Sosial Xidməti Müəssisəsini, məşhur “Quantama” həbsxanası ilə eyniləşdirənlər də var. Rəhmumə xanımın qol qoyduğu əməllərdən biri də, “oklad” yarım işləyən işçilərin yarım “oklad”ını başqa işçilərin adına yazaraq, onların da əmək haqlarını mənimsəməsi olur.

Müəssisəyə verilən ərzaq məsələsinə gəlincə onu da qeyd edə bilərik ki, ərzaq tenderdə “qalib” çıxan firmalara köçürülür və rəhbərlik də firmalarla əlbir olduğundan, hər ay onlardan faizini alır. 1 saylı Psixonevroloji Sosial Xidməti Müəssisəsində analoqu olmayan haqsızlıqların baş alıb getməsinə səbəb, yəqin ki, Rəhmumə Cəfərovanın ixtisasca müəllimə olmasıdır. Çünki, o, rəhbərlik etdiyi sahənin mütəxəssisi olmadığından, istər idarəetmənin, istərsə də kollektivlə, xəstələrlə işləməyin qaydalarını bilmir. Yəni, ən azından o, tibbi sahəyə bağlı kadr olmalıdır. Verilən məlumatların birində də bildirilir ki, xəstə yanına gətirilən yeməklər rəhbərliyin göstərişi ilə bir otağa yığılır və səbəb də onu göstərirlər ki, həmin yeməkləri biz özümüz verəcəyik. Amma, çox keçmir ki, yeməklər daşınıb evlərə aparılır. Müəssisənin xəstələrindən olan Mikayılov Qulu Bəhlul oğlunun qardaşı Emin Mikayılov, hələ bir müddət bundan əvvəl görür ki, qardaşının ümumi görkəmi olduqca ağır durumdadır. Nazirliyə şikayət edəcəyini söylədikdə, rəhbərliyin onun qardaşına qarşı münasibəti tamamilə dəyişir, yəni xəstəyə qarşı nəzər-diqqət artırılır. Hal-hazırda müəssisəninn təsərrüfat şöbəsinə rəhbərlik edən Səyyarə xanımın “fironluğu” da dillər əzbəridir. Onun əməlləri haqda danışanlar bildirirlər ki, Səyyarə xanımı müəssisəyə Rəhmumə Cəfərova özü ilə gətirdiyindən, o, bu gün bir kimsədən nə çəkinir, nə də ki, qorxur. Elə bu səbəbdəndir ki, o, istər işçiləri şantaj etməkdə, istərsə də xəstə yanına gələnlərdən pul tələb etməkdə olduqca peşəkardır. Bir müddət bundan əvvəl yaşanan olay da, heç də diqqətdən kənarda qalmır. Belə ki, müəssisənin xəstələrindən olan Ağasi Məmmədov dünyasını dəyişir və onu digər xəstələr Tapdıq Hüseynov, Asif İbrahimov və Ruslan Xakimov kimsəsizlər qəbristanlığında dəfn edirlər.

Təəccüb doğuran hal o olur ki, öz düşüncələrinə uyğun dəfn etdikləri Ağasi Məmmədovun cəsədini, bir gün sonra itlər qazıb torpaqdan çıxarır. Və cəsədin müəyyən hissələrinin didişdirildiyini görən sakinlərin verdiyi xəbərdən sonra, cəsəd yenidən dəfn olunur. Yeni rəhbərliyin təyinatından sonra müəssisənin girişindəki “darvaza” list dəmirlərlə örtüldü. Bu da onu göstərir ki, Rəhmumə xanım qol qoyduğu qanunsuzluqları bir kimsə kənardan görməsin, hansısa müşahidəsini aparmasın deyə, belə bir addımını atıb. Əldə olunan məlumatlara görə Rəhmumə Cəfərova, vaxtilə Gəncədəki müəssisələrdən birinə rəhbərlik edib. Elə ki, daşıdığı vəzifəsini Göygöl rayonunda davam etdirməli olur, bu zaman o, Gəncədəki müəssisəyə kollec təhsili almış Nuriyyə adlı xanımı təyin etdirə bilir.

Hal-hazırda Gəncədəki müəssisənin korpuslarından biri təmir olunduğundan, 40 nəfər xəstə 1 saylı Psixonevroloji Sosial Xidməti Müəssisəsinə yerləşdirilib. Onlara ayrılan vəsaitin taleyinə

gəlincə isə, onu deyə bilərik ki, Nuruyyə xanım həmin vəsaitləri tenderdə qalib çıxmış Abuzərdən əlbəəl alır və Bakı şəhərinə gətirir. Restoranların birində Rəhmumə xanımla görüşən Nuriyyə xanım, ümumi söz-söhbət zamanı heç də insafsızlıq etmir. Yəni, verilən məlumatlarda bildirilir ki, Nuriyyə xanım Rəhmumə Cəfərovanın vaxtilə ona dayaq olduğunu unutmur və əldə olunan vəsaitin 40 % götürməklə kifayətlənir, 60%-i isə Rəhmumə xanıma çatır. Əldə olunan başqa bir məlumatlarda o da bildirilir ki, Rəhmumə xanımın saysız-hesabsız qanunsuzluqlara qol qoymasının kökündə, ƏƏSMN-də Aparatın rəhbəri vəzifəsini daşıyan Əjdər müəllimin ona “krışalıq” etməsidir. Amma onun “krışası” nə qədər güclü olsa da, deyəsən cənab Səlim Müslümov yaşananları heç də diqqətdən kənarda saxlamır.

Məsələn, əldə etdiyimiz məlumatlara görə bir neçə gün bundan əvvəl nazirliyə ünvanlanan şikayəti araşdırmağa gələnlər, heç Rəhmumə xanımı iş başında tapa bilməyiblər. Problemlərin varlığını diqqətdə saxlayacağıq.

P.S. Məqalədə sadalanan faktlarla bağlı qarşı tərəfin möqeyini öyrənmək istədikdə katibə xanım bildirdi ki, rəhbərlik işdə deyil, bir saatdan sonra əlaqə saxlayın. Yenidən əlaqə saxladıqda xanım katibə bildirdi ki, müdiriyyət deyir ki, gedin nə yazırsınız yazın.

Biz məcbur olub Rəhmumə xanımın mobil telefonuna zəng etdik. O isə istehza ilə bildirdi ki, “başa düşmürəm nə vaxtdan jurnalist fakt araşdıran olub? Məgər siz müstəntiqsiniz?” – deyib telefonu söndürdü.

Yenə də qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Mətləb Balakişiyev
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Goranboyda prokurorun sabiq sürücüsü, nəyə və kimə etirazını bildirir?

    Goranboyda prokurorun sabiq sürücüsü, nəyə və ...

    5-01-2017, 13:14

  • 
  • Səlim Müslümovdan yeni təftiş xəbərdarlığı

    Səlim Müslümovdan yeni təftiş xəbərdarlığı ...

    6-12-2013, 14:02

  • 
  • Səlim Müslümov 5 rəisi işdən qovdu

    Səlim Müslümov 5 rəisi işdən qovdu ...

    24-12-2013, 10:33

  • 
  • Veteran ailəsi Əliağa Hüseynovdan nəyi xahiş edir?

    Veteran ailəsi Əliağa Hüseynovdan nəyi xahiş edir? ...

    25-02-2019, 16:35

  • 
  • Müəllim hazırlığı və işlə təminatı sahəsində dəyişikliklər olacaq

    Müəllim hazırlığı və işlə təminatı sahəsində ...

    24-12-2013, 23:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu