GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » XALƏDDİN İSGƏNDƏROVUN RÜŞVƏT SIYAHISI ƏLƏ KEÇDI

XALƏDDİN İSGƏNDƏROVUN RÜŞVƏT SIYAHISI ƏLƏ KEÇDI

Tarix: 16-08-2015, 00:20 Bölmə :Manşet Baxış: 0
XALƏDDİN İSGƏNDƏROVUN RÜŞVƏT SIYAHISI ƏLƏ KEÇDI

Tam siyahı “Gündəm Xəbər”də

Mayın 19-da Binəqədi rayonunda 15 nəfərin faciəli ölümü ilə nəticələnən 16 mərtəbəli binadakı yanğın hadisəsindən sonra sözügedən rayonun İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun adı mətbuatın gündəmindən düşmür. Demək olar ki, az qala, hər gün Binəqədi icra başçısının özünün və bu rayonda at oynadan qohum-əqrabasının qanunsuzluqlarına dair yeni-yeni faktlar təqdim edilir. Xatırladaq ki, elə bugünlərdə ölkə mətbuatında Xaləddin İskəndərovun əsas gəlir mənbələrindən birinin rayon ərazisindəki tikintilərə rəsmi və qeyri-rəsmi icazələrin verilməsi olduğu və bu işi də icra hakimiyyətinin birinci mərtəbəsində əyləşdirdiyi oğlu Elnur İsgəndərova həvalə etdiyi haqda məlumat yayılmışdı. Həmin məlumatda rayon ərazisindəki tikililərə qiymətin vahid cədvəl əsasında müəyyənləşdirildiyi, hasar çəkmək üçün 2-3 min, kürsülü ev üçün 8-10 min, ikimərtəbəli evin tikintisi üçün isə 12-15 min manat rüşvət tələb edildiyi bildirilirdi. Binəqədi İH-dəki mənbələrindən başçının “qiymət cədvəli”ndəki “taariflər” barədə daha fərqli məlumatlar əldə etmişik. Məlumatda bildirilir ki, tələb edilən rüşvətin miqdarının bütün rayon ərazisində standart olduğu haqda iddialar doğru deyil, əksinə, rayon ərazisindəki qiymətlər tikintinin hansı ərazidə aparılmasından və təyinatından asılıdır. Məsələn, Rəsulzadə qəsəbəsində “Vorovski” deyilən yerdə ev tikintisinə icazə çox bahadır – bunun üçün, nə az-nə çox, minimum 60 min manat ödəməlisən; Xocasəndə isə birmərtəbəli ev üçün minimum 5-6 min, ikimərtəbə üçünsə 25 min tələb olunur. Biləcəridə isə yerindən asılı olaraq, qiymətlər 12 mindən 25 minədək dəyişir… İcra başçısına əsas gəlir gətirən sahələrdən biri isə ticarət və iaşə obyektlərinin tikintisi və mövcud tikililərdə dəyişikliklərin aparılmasıdır: burada məbləğ yerindən və təyinatından asılı olaraq, 20 min-200 min arası dəyişir: bir qapının açılması üçün 20 min alındığı yer də var, bir obyektin üzərində əlavə tikinti üçün 200 minin tələb edildiyi də…
Qeyd edək ki, məlumatı verən mənbə İcra Hakimiyyəti başıçısının 3 müavinin və qəsəbə icra nümayəndələrinin tamamilə bu prosesdən təcrid edildiklərini, heç nəyə qarışmadıqlarını, aylıq konvert müqabilində bütün səlahiyyətlərini qeyri-rəsmi olaraq, icra başçısının oğlu Elnur İskəndərova verdiklərini bildirib. Mənbə Elnur İskəndərovdan İcra Hakimiyyətində konvertdə kimin nə qədər pul aldığı haqda siyahını da bizə təqdim edib. Siyahıdaki bəzi adlara baxaq: Xaləddin İskəndərovun birinci müavini Süleymanov İlqar Qəzənfər oğlu – ayda 20 min manat; Qeyd edək ki, bu şəxs vaxtilə Xaləddin İsgəndərovla birgə Vergilər Nazirliyində işləyib və onun ən yaxın adamlarından sayılır. İcra başçısının digər müavini İsmayılov Vüsal Qəşəm oğlu, başçının sevmədiyi və yola salmağa hazırlaşdığı müavinlərdən sayılır – ayda 10 min manat; İcra başçısının müavini Əliyeva Aygün Nazif qızı, Xaləddin İskəndərovun özünün irəli çəkdiyi və xeyli səlahiyyətlər verdiyi kadrıdır – ayda 10 min manat. Qəsəbə icra nümayəndələri: Binəqədi qəsəbəsi üzrə icra nümayəndəsi Əliyev Elxan Bədrəddin oğlu – 3 min manat; Rəsulzadə qəsəbəsi üzrə icra nümayəndə Məmmədov Mübariz Hidayət oğlu – 3 min manat; Biləcəri qəsəbəsi üzrə icra nümayəndəsi İbrahimov İbad İsmayıl oğlu – 3 min manat. Xocasən qəsəbəsi üzrə icra nümayəndəsi Haqverdiyev Əlikram Xıdır oğlu – 3 min manat; 28 may qəsəbəsi üzrə icra nümayəndəsi Xankişiyev Əlipaşa Telman oğlu – 3 min manat.
Qeyd edək ki, siyahıda qəsəbə icra nümayəndələrinin müavinlərinin də adları var və onlara hər ay paketdə 500 manat verildiyi bildirilir… Onu da bildirək ki, Binəqədidə ev və obyekt tikintisi üçün İcra Hakimiyyətinin xeyli pul aldığı konkret şikayətçilər də var və onlar media vasitəsi ilə adiyyəti dövlət qurumlarına müraciətə hazırlaşırlar.
P.S.Qeyd olunanlarla bağlı İcra Hakimiyyətinin başçısı Xaləddin İskəndərovun və yazıda adları keçən şəxslərin də mövqeyini işıqlandıra bilərik.

Mətləb Balakişiyev

www.gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Binəqədi icra hakimiyyəti Xaləddin İsgəndərovun adamlarından təmizlənir - 2 məmur qovuldu

    Binəqədi icra hakimiyyəti Xaləddin İsgəndərovun ...

    3-08-2018, 14:18

  • 
  • Xaləddin İsgəndərovun 18 sərəncamı ləğv olundu- PROKURORLUĞUN TƏQDİMATIYLA

    Xaləddin İsgəndərovun 18 sərəncamı ləğv olundu- ...

    11-01-2018, 16:34

  • 
  • Xaləddin İsgəndərov prokurorluqda dindirildi

    Xaləddin İsgəndərov prokurorluqda dindirildi ...

    26-05-2015, 15:33

  • 
  • Xaləddin İsgəndərovla oğlunun 3 min manata yaxın cəriməsi var- DYP-nin sistemindən

    Xaləddin İsgəndərovla oğlunun 3 min manata yaxın ...

    6-10-2016, 00:37

  • 
  • İcra başçısı qulluqçularına 12 min maaş verir

    İcra başçısı qulluqçularına 12 min maaş verir ...

    20-04-2015, 22:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu