GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » İqtisad Universitetində “iqtisadi korrupsiya- müdhiş faktlar

İqtisad Universitetində “iqtisadi korrupsiya- müdhiş faktlar

Tarix: 23-08-2015, 11:24 Bölmə :Manşet Baxış: 0
İqtisad Universitetində “iqtisadi korrupsiya- müdhiş faktlar

Ədalət Muradov rektor təyin olunmasından ötən bir il ərzində adıçəkilən təhsil ocağı tar-mar olunub, rüşvət ayaq açıb yeriyir; sensasion iddialar “Gündəm-xəbər”də…

İqtisadi universiteti çalxalanır. Yeni rektor təyinatı təhsil ocağının rüşvət mənbəyini silkələyib. İndi ali məktəbdə iqtisadi korrupsiya dalğası canlanıb. Bu da rektor Ədalət Muradovun sayəsində baş tutub.

Rəhbərlik özünü müasir və rüşvətə qarşı mübarizə aparan qüvvə kimi təqdim edə bilməyib. Əksinə, bu ali məktəbi daha betər günə salıb.

Ədalət Muradovun İqtisad Universitetinə təyin olunmasından ötən bir il ərzində adıçəkilən təhsil ocağı kifayət qədər geriləyib. İstər maddi-texniki baza, istər təhslin keyfiyyəti, tələbələrin dərsə davamiyyəti, istərsə də rüşvətxorluq iddiaları ilə bağlı müraciətlər ötən müddət ərzində nəzərəçarpacaq dərəcədə artıb.

Qaranlıq əməliyyatlar

“Gündəm-xəbər”ə daxil olan məlumata görə, Ədalət Muradov ADİU-nun rektoru postuna 2014-cü ilin mart ayında təyinat alıb. Buna qədər isə universitetə Şəmsəddin Hacıyev rəhbərlik edib.

Düzdür, Şəmsəddin Hacıyevin zamanında da universitetdə hər şeyin ideal vəziyyətdə olduğunu iddia etmək olmaz.

Amma bir məqam da unudulmamalıdır ki, Şəmsəddin Hacıyevin rektorluq illərində ADİU bir sıra uğurlara imza atıb, təhsil ocağının nailiyyətləri dəfələrlə ən yüksək səviyyələrdə müsbət qiymətləndirilib.

Ədalət Muradovun gəlişindən sonra isə onunla bağlı gözləntilər daha çox idi. Təhsil kluarlarında və ictimaiyyətdə belə bir ümid vardı ki, Ədalət Muradov Şəmsəddin Hacıyevdən qalma uğurlu ənənəni layiqincə davam etdirəcək.

Amma, necə deyərlər, sən saydığını say, gör, Ədalət Muradov nə sayır?...Saymaq mətləbinin üstünə gəlmişkən, son bir il ərzində ADİU-da rüşvətxorluq az qala rəsmiləşib.

Bununla bağlı redaksiyamıza daxil olan məlumatda bildirilir ki, artıq tələbələr semestrdən semestrə artan rüşvət məzənnəsindən boğaza yığılıblar və universitetdə baş verənlərlə bağlı ölkə rəhbərliyinə müraciət etməyi planlaşdırıblar.

Daxil olan məlumata görə, Ədalət Muradov universitetə rektor təyin olunduqdan dərhal sonra bir sıra qaranlıq əməliyyatlara imza atıb.

“Paket” sisteminin inkişafı…

Həmin qaranlıq əməliyyatlar içərisində şübhəli tələbə transferlərindən tutmuş, rüşvətin yeni məzənnəsinə qədər bir çox şeylər var. Əldə etdiyimiz informasiyada bildirilir ki, hazırda ADİU-ya xarici universitetlərdən bir tələbənin köçürülməsi 30 min manata, Azərbaycanın digər ali məktəblərindən isə 20 min manata başa gəlir.Daha sonra mənbələr ADİU-da tətbiq olunan yeni qaydalar barədə müəyyən açıqlamalar verirlər.

Bu xüsusda məlumatlarda bildirilir ki, Ədalət Muradov rektor təyin olunandan sonra “maddi yardım” adı altında universitetin rəhbər vəzifəli işçilərinə “paket” sistemi ilə aylıq ödənişlər həyata keçirməyə başlayıb. Məsələn, məlumatlarda bu gün ADİU-da fakültə dekanlarının ayda 2000 manat məbləğində “əmək haqqı” aldıqları qeyd olunur.

Bunun müqabilində isə universitetin rəhbər işçilərinə qarşı tələbələrdən pul yığımı prosesinə qətiyyən qarışmamaq tələbi irəli sürülüb. Belə ki, hazırda bu proses rektor tərəfindən təyin olunmuş xüsusi adamların nəzarətinə verilib.

Nizami Musayev dövranı…

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) baş verən korrupsiya hallarının əsas iştirakçılarından biri universitetin “Ərzaq malları əmtəəşünaslığı və ekspertizası” kafedrasının 0,5 ştat vahidi dosenti və Tədris-Metodiki Mərkəzinin “Texniki və texnoloji ixtisaslar”üzrə direktor müavini Nizami Musayevdir.

Bu barədə qeyd olunur ki, Nizami Musayev artıq uzun illərdir ki, bu vəzifələri tutmaqla bərabər, həm də ADİU-da həyata keçirilən rüşvət yığımlarına nəzarəti öz əlində saxlayır.

Amma belə görünür ki, Nizami Musayev özünün “əvəzolunmazlığını” təmin etmək üçün tələb olunan bütün keyfiyyətlərə malikdir.

Beləcə, universitetin rektoruna deyil, məhz onun kürsüsünə olan sədaqətini isbatlamış Nizami Musayev qısa zaman ərzində öz əvvəlki prioritetlərini də qoruyub-saxlaya bilmişdir.

Digər tərəfdən isə, məlumatları təqdim edən mənbələr ADİU-nun “Ərzaq malları əmtəəşünaslığı və ekspertizası” kafedrasının 0,5 ştat vahidi dosentini ümumiyyətlə olduqca tədbirli bir şəxs kimi təqdim edirlər.

Məsələn, vurğulanır ki, Nizami Musayev ADİU-nun çox az müəllimlərindən biridir ki, bu gün işə icimai nəqliyyat vasitəsilə gəlib-gedir.

Halbuki, onun malik olduğu bağ evi, xüsusi villa, yeni tikili binada iki mənzil, habelə köhnə binada bir mənzil kimi daşınmaz əmlaklar, Nizami müəllimin ictimai nəqliyyat vasitələrinə heç də maddi imkansızlıqdan üstünlük vermədiyini göstərir.

Rüşvət yığımının nəzarətçisi

Ümumiyyətlə, bir neçə müddətdir ki, ADİU-da baş verən müxtəlif korrupsiya hallarından bəhs edən materiallar dərc olunmaqdadır. Lakin məhz son materialda universitetin “Ərzaq malları əmtəəşünaslığı və ekspertizası” kafedrasının 0,5 ştat vahidi dosenti və Tədris-Metodiki Mərkəzinin “Texniki və texnoloji ixtisaslar”üzrə direktor müavini Nizami Musayevin baş verənlərdə roluna dair açıqlamalar təqdim olunmuşdu.

Vurğulanmışdı ki, Nizami Musayev artıq uzun illərdən bəri bu vəzifələri tutmaqla bərabər, həm də ADİU-da həyata keçirilən rüşvət yığımlarına nəzarəti öz əlində saxlayır.

Eyni zamanda da universitetin rəhbərliyində 2000-ci ildən bəri baş vermiş artıq üçüncü dəyişiklik belə, Nizami Musayevin “statusuna” heç bir təsir göstərməmişdir.

Ən əsası da, materialda Ədalət Muradovun ADİU-nun keçmiş rektoru Şəmsəddin Hacıyevə qarşı apardığı kampaniyada Bədirxan Musayevi öz tərəfinə çəkə bilməsinin də məhz Nizami Musayevin vasitəçiliyi ilə baş tutması xüsusi qeyd olunmuşdu.

Mənbənin bildirdiyinə görə, Ədalət Muradovun keçirdiyi “qapalı” müşavirədə də səslənən əsas sual bu təfərrüatların mətbuata necə yol tapması ilə bağlı olmuşdu.

Kəsir imtahanına “gözəl imkan”

Bununla da ADİU-nun rəhbərliyi, universitetlərində həyata keçirilən rüşvət yığımları və digər korrupsiya halları barədə əvvəlki materiallarda təqdim olunan açıqlamaların artıq hamının bildiyi fakt olduğunu və buna görə “əndişələnmədiklərini” dolayısı ilə təsdiq etmiş oldu.

Amma qəzet səhifələrində Nizami Musayevin adı hallanınca, artıq bir çox başqa gizlinlərin də üzə çıxma ehtimalı ortaya qoyuldu.

Məhz buna görə də, bundan sonra risk etmək istəməyən Ədalət Muradov keçirdiyi müşavirədə məlumatları mətbuata ötürən mənbənin müəyyən olunması üçün təcili tədbirlərin görülməsi tələbini irəli sürüb.

Yeri gəlmişkən bunu da qeyd etmək istərdik ki, hər halda qəzetimizdə dərc etdiyimiz əvvəlki yazılar da ən azından ADİU-nun tələbələrinə müəyyən fayda verib.

Belə ki, açıqlamalara görə, artıq başa çatmış semestr imtahanlarının son mərhələsində tələbələrdən pul yığımları qəflətən dayandırılıb. Hətta deyilənlərə görə, tələbələr kəsir imtahanlarını belə pulsuz vermək imkanı əldə edə biliblər.

Tələbə transferi

Artıq ötən materiallarda da qeyd etdiyimiz kimi, aldığımız məlumatlarda bildirilir ki, Ədalət Muradovun ADİU-nun rektoru kimi hazırda göstərdiyi fəaliyyəti əsasən iki cəhəti ilə diqqəti cəlb edir. Bunlardan biri hazırda ADİU-da korrupsiya hallarının indiyədək görünməmiş yüksək həddə çatdırılmasıdır.

Mənbələrin iddialarına görə Ədalət Muradov vəzifəyə təyinatından dərhal sonra, ilk növbədə çoxsaylı tələbə transferlərinin həyata keçirilməsini təmin etdi. Həm də bu transferlər yeni müəyyən edilmiş “standart qiymətlər” əsasında həyata keçirilən ödənişlərdən sonra baş verdi.

Belə ki, ADİU-ya xarici universitetlərdən bir tələbənin köçürülməsi 30 min manata, Azərbaycanın digər ali məktəblərindən isə 20 min manata başa gəlir. Lakin bilavasitə universitetə qəbul olunmaqla burada təhsil alan tələbələrin etirazlarını yaradan əsas amil heç də bu deyil.

Aldığımız digər məlumatlarda bir daha təsdiq olunur ki, Ədalət Muradov rektor təyin olunandan sonra universitetin rəhbər vəzifəli işçilərinə “paket” sistemi ilə aylıq ödənişlər həyata keçirməyə başlayıb. Bunun müqabilində isə universitetin rəhbər işçilərinə qarşı tələbələrdən pul yığımı prosesinə qətiyyən qarışmamaq tələbi irəli sürülüb.

Belə ki, hazırda bu proses rektor tərəfindən təyin olunmuş xüsusi adamların nəzarətinə verilib. Buna görə də imtahanlara görə və digər prosedurlar üçün təyin olunmuş “qiymətlər” də artıq konkret rəqəmlərdə ifadə olunurlar. Məsələn, dövlət imtahanları üçün 5000 manat, kəsir imtahanına görə 500 manat, tələbə köçürmələri zamanı verilən fərq imtahanına görə 800 manat məbləğində “ödənişlər” müəyyən edilib.

Rektorun “kassir”ləri kimdir?

Amma o da həqiqətdir ki, ADİU-də rüşvət yığılmasına hazırda prorektor Damət Bağırov və Tədris metodiki mərkəzinin direktoru Eldar Azadov rəhbərlik edir. Onlar ADİU-nin Dərbənd filialından universitetə köçürülmə və sonrakı mərhələdə tələbələrdən hər fənn üzrə fərq imtahanı üçün 800 manat alır. Damət

Bağırov və Eldar Azadov bu işdən kifayət qədər mənfəət götürür. Dərbənd filialından ADİU-nə köçürülmə 30-35 min manata başa gəlirsə, sonradan tələbə 15-20 fərq imtahanının hər birinə 800 manat verməli olur. İl ərzində isə 60-70 tələbə Dərbənd filialından ADİU-ya köçürülür.

Məlumat üçün onu da bildirək ki, hələ bir neçə il bundan qabaq media orqanlarında Damət Bağırovla Dərbənd filialının müəllimi olmuş Minə xanım arasında tələbə köçürülmələri ilə bağlı yaranmış narazılıq işıqlandırılmışdı.

Sonradan məlum oldu ki, Minə xanım özünü asaraq intihar edib. Qəribəsi odur ki, Ədalət Muradov rektor təyin olunanda ADİU-də işləyən müəllimlərdə yəqinlik yaranmışdı ki, yeni rəhbər ilk əvvəl Damət Bağırovu tutduğu vəzifədən azad edəcək. Nəinki bu baş verdi, əksinə, Damət Bağırov yeni rektorun “kassir”inə çevrildi, “idarəetmə”nin əsasları onun adı ilə bağlandı.

Rafiq Qara

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İqtisad Universiteti rektorundan müdhiş təxribat

    İqtisad Universiteti rektorundan müdhiş təxribat ...

    27-09-2015, 16:04

  • 
  • Haman “Narxoz “, haman Ədalət Muradov-ADİU-da imtahan qiymətləri neçəyədir ?-VİDEO

    Haman “Narxoz “, haman Ədalət Muradov-ADİU-da ...

    18-02-2021, 18:31

  • 
  • Rektorun korrupsiya şəbəkəsində şıdırğı bazarlıq!!!

    Rektorun korrupsiya şəbəkəsində şıdırğı ...

    14-03-2016, 15:30

  • 
  • İQTİSAD UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ OD PÜSKÜRDÜ: “ƏDALƏT MURADOV NƏ DEMƏK İSTƏYİR???”

    İQTİSAD UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ OD PÜSKÜRDÜ: ...

    17-09-2018, 12:18

  • 
  • Rektor haqda Prezidentə və Prokurorluğa şok rüşvət məktubu…

    Rektor haqda Prezidentə və Prokurorluğa şok ...

    1-09-2015, 14:51


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu