GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Rektor haqda Prezidentə və Prokurorluğa şok rüşvət məktubu…

Rektor haqda Prezidentə və Prokurorluğa şok rüşvət məktubu…

Tarix: 1-09-2015, 14:51 Bölmə :Manşet Baxış: 0
Rektor haqda Prezidentə və Prokurorluğa şok rüşvət məktubu…

Azərbaycan Dövlət İqtisad Universitetində kütləvi narazılıq baş qaldırıb, təhsil ocağında yoxlamalar aparılacağı gözlənilir; Ədalət Muradov və komandası təşvişə düşüb - müdhiş detallar

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Ədalət Muradov rüzgarı əsməkdədir. Rektor təyinatı ilə tələbələrin başına bəla olan Ə.Muradov xələfinə dua oxudur.

Onun təyinatı ilə ölkənin ən iri ali məktəbi uçuruma yuvarlanıb. Artıq rektorun və komandasının fəaliyyəti haqda cinayət dosyesi hazırlanaraq Prezident İlham Əliyev və Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəhbəri Kamran Əliyevi ünvanlanıb.

Bu barədə “Gündəm-xəbər”in əldə etdiyi məlumata görə, ADİU-da kütləvi narazılıq baş qaldırıb və rektordan saysız-hesabsız şikayətlər yuxarı dairələrə göndərilməkdədir.

Mənbənin qeydlərinə görə, rektordan narazılıq edən tələbələr öz təhlükəsizliyini təmin etmək üçün anonim məktubla çıxış ediblər. Onlar Ə.Muradovun ətrafındakı məmurlaşmış dekan və prorektorların əməllərindən bəhs ediblər.

Məktub müəllifləri qeyd ediblər ki, rektorun komandası artıq heç bir şikayət dinləmədən, tələbələrin biliklərinə hörmət etmədən özfəaliyyət dərnəyi açıblar.

Qaynağımız iddia edir ki, ADİU-da baş verənlər haqda hətta sabiq rektor Şəmsəddin Hacıyevə də müraciətlər daxil olub. Tələbələr deputat olan Hacıyevdən məsələnin yuxarı eşalona çatdırılmasını xahiş ediblər.

Onun dövründəki islahatları xatırlayan tələbələr Muradovun vaxtında ali məktəbin bazara çevrilməsinin şahidi olublar.

Mənbə qeyd edir ki, ADİU-da baş verən rüşvətxorluq halları, özbaşınalıq, tələbələrə qarşı iqtisadi repressiya xətti artıq mərkəzi dairələrin diqqətindədir.

Prezidentin nəzərinə çatdırılan bu neqativ hallardan sonra Baş Prokurorluq və Maliyyə Nazirliyi tərəfindən universitetdə yoxlamalar aparılacağı istisna edilmir.

O da gözlənilir ki, rektora təhsil naziri tərəfindən şiddətli töhmət verilsi. Necə ki Texniki Universitetin rəhbərinə xəbərdarlıq olunmuşdu. Növbənin Muradova çatdığını iddia edən mənbənin sözlərinə görə, Təhsil Nazirliyi gedişatdan agahdır. Nazirlik tərəfindən araşdırmalar aparılacağı da ehtimal olunur.

Mənbə qeyd edir ki, təhsil ocağında rüşvətxorluq elə bir səviyyəni keçib, artıq nəzarət olunmur. Yəni, baş şahin və ətrafı tərəfindən idarə olunan korrupsiya piramidasında gizli əllər olduğu iddia olunur.

Mənbə onu da “Gündəm-xəbər”ə danışıb ki, Ə.Muradov araşdırmaların aparılacağını və mətbuatda yazılanların ajiotajını bilərək təşvişə düşüb. Həyəcanlanan rektor bu təlaşını gizlədə bilməyib və toplantı keçirib. Qeyri-rəsmi iclasda prorektorların və dekanların nəzərinə mühüm məqamları çatdırıb.

Onlara yeniu tədris ilindən etibarən özlərinə çəki-düzən verməyi, rüşvət yığımında ehtiyatlı, nizamlı davranmağı tapşırıb.

Onlara bildirib ki, hər kəs bu prosesdə qurban gedə bilər və həmin şəxsi müdafiə etmək iqtidarında deyil. Bu da rəhbərlikdə təmsil olunanları narahat edib.

Artıq ADUİ ilə bağlı qarşıda yeni bir hərəkətlənmə müşahidə olunacağı deyilir.

Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetində Ədalət Muradovun rektor təyin olunmasından sonra şayiələr dolaşmağa başladı. Ki, rektor bəyan edib rüşvət alan müəllim, kafedra müdiri, dekan, universitetdən qovulacaq.

İlk əvvəl bu fikirlərin nə məqsədlə dövriyyəyə buraxılmasını bilməsək də, sonradan məlum oldu ki, yeni rəhbərlik keçmiş rektor Şəmsəddin Hacıyevin yaxını bildiyi bir neçə dekan tutduğu vəzifələrdən uzaqlaşdırdı.

Aparılan “islahat”lardan həmin dəqiqə başa düşmək oldu ki, Ədalət Muradov müəyyən müddətli müşahidəni kənara qoyub yeni rektor harasa tələsir, özünə yaxın bildiyi şəxsləri dekan təyin edir.

Bununla kimin hansı savadın sahibi olduğu, ADİU-ni bir pillə qabağa apara bilmə şansları qiymətləndirilmir. Yeni rəhbərin qarşısına qoyduğu hədəfi önləməsi önəm daşıyırdı.

“Ədalət” naminə onu da vurğulamaq yerinə düşər ki, yeni rektor dekanların əvəzlənməsi zamanı bəzi həmyerliləri olan şəxslərə dəymir. Əksinə onlardan bir neçəsini daha yüksək vəzifəyə çəkirdi.

Məsələn, Kommersiya fakültəsinin dekanı, həmyerlisi Qabil Manafovun Magistratura Mərkəzinin direktoru Həsən İsrafilovun yerinə təyin edilməsi, Texnologiya və Dizayn fakültəsinin dekanı Vəkil Hüseynovu, Əmtəəşünaslıq fakültəsinin dekanı Tofiq Osmanovu dekanlıqdan azad etməyib onlara yeni imkanlar yaratması ADİU-də müəllim və professor heyəti arasında ikrah hissi yaradırdı.

Ədalətin pozulması belə izah olunurdu ki, dekanlar işdən çıxarılırsa, onları daha layiqli şəxslər əvəzləməlidir. Elmi şurada təhsil, gələcək perspektivlər elmi məsələlərin həlli müzakirə edilmir, keçmiş rektor Şəmsəddin Hacıyevin özünə və çevrəsinə qarşı ögey münasibət bəslənirdi.

Bunlar isə bir qrup əsl müəllim və professor heyətində narazılıq yaradırdı. Elmi şurada bu qəbildən olan məsələlərə baxılması qəbahət sayılırdı. Bu “kampaniya” Tədris və İnformasiya Texnologiyaları üzrə prorektor Damət Bağırov rəhbərlik edirdi. Sinəsini qabağa verən Damət Bağırov təbii ki, vəzifəsini itirməmək üçün maksimum şəkildə üzərinə götürdüyü bu öhdəliyi “elmi iş”i müdafiə edirmiş kimi yerinə yetirirdi.

Bunlar da arxada qaldı. Hesab edildi ki, Şəmsəddin Hacıyevin zamanında olan “nöqsan”lara son qoyular, Ədalət Muradov ADİU-nin gələcəyi üçün yeni bir səhifə açar.

O, İqtisad Universitetinə hansısa bir yenilik gətirər. Bunun üçün isə mütləqdir ki, ətrafında ağıllı, savadlı, ideya və təşəbbüsü olan şəxsləri birləşdirsin. Bu şərtlər su, hava, qida qədər önəmlidir.

Lakin göründüyü kimi, ADİU-də heç nə dəyişmədi. Əksinə, bu ildən tədricən universitet daxili semestr imtahanlarının kamputerlə götürülməsinə məhdudiyyətlər qoyulmağa başladı.

I kurs tələbələri yazılı test imtahanı verməyə başladı ki, bununla da rüşvət daha geniş miqyas aldı. Hazırda Beynəlxalq iqtisadi münasibətlər (BİM), İqtisadiyyat və sənaye, Kommersiya, Maliyyə fakültələrində tələbələrdən yay semestr imtahanlarının qaydaya qoyulması üçün 1000-1500 manat civarında rüşvət alınmasını heç kim inkar edə bilməz.

Rüşvətlə sürücülük vəsiqəsi verilərkən kamputerdə düzgün cavablarla bağlı düymə necə basılırsa, ADİU-də imtahanları həmin sistemlə həyata keçirirlər.

Deyə bilmərik, ola bilsin ki, rektor Ədalət Muradov bunlardan xəbərsizdir. Amma o da həqiqətdir ki, ADİU-də rüşvət yığılmasına hazırda prorektor Damət Bağırov və Tədris metodiki mərkəzinin direktoru Eldar Azadov rəhbərlik edir.

Onlar ADİU-nin Dərbənd filialından universitetə köçürülmə və sonrakı mərhələdə tələbələrdən hər fənn üzrə fərq imtahanı üçün 800 manat alır. Damət Bağırov və Eldar Azadov bu işdən kifayət qədər mənfəət götürür. Dərbənd filialından ADİU-nə köçürülmə 30-35 min manata başa gəlirsə, sonradan tələbə 15-20 fərq imtahanının hər birinə 800 manat verməli olur. İl ərzində isə 60-70 tələbə Dərbənd filialından ADİU-ya köçürülür.

Məlumat üçün onu da bildirək ki, hələ bir neçə il bundan qabaq media orqanlarında Damət Bağırovla Dərbənd filialının müəllimi olmuş Minə xanım arasında tələbə köçürülmələri ilə bağlı yaranmış narazılıq işıqlandırılmışdı.

Sonradan məlum oldu ki, Minə xanım özünü asaraq intihar edib. Qəribəsi odur ki, Ədalət Muradov rektor təyin olunanda ADİU-də işləyən müəllimlərdə yəqinlik yaranmışdı ki, yeni rəhbər ilk əvvəl Damət Bağırovu tutduğu vəzifədən azad edəcək.

Nəinki bu baş verdi, əksinə, Damət Bağırov yeni rektorun “kassir”inə çevrildi, “idarəetmə”nin əsasları onun adı ilə bağlandı. Görünən odur ki, rektor Ədalət Muradov hələ bir müddət Damət Bağırovu “xərcləyəcək”.

Mənbə bildirir ki, Ədalət Muradov ADİU-nun rektoru postuna 2014-cü ilin mart ayında təyinat alıb. Buna qədər isə universitetə Şəmsəddin Hacıyev rəhbərlik edib.

Düzdür, Şəmsəddin Hacıyevin zamanında da universitetdə hər şeyin ideal vəziyyətdə olduğunu iddia etmək olmaz.

Amma bir məqam da unudulmamalıdır ki, Şəmsəddin Hacıyevin rektorluq illərində ADİU bir sıra uğurlara imza atıb, təhsil ocağının nailiyyətləri dəfələrlə ən yüksək səviyyələrdə müsbət qiymətləndirilib.

Ədalət Muradovun gəlişindən sonra isə onunla bağlı gözləntilər daha çox idi. Təhsil kluarlarında və ictimaiyyətdə belə bir ümid vardı ki, Ədalət Muradov Şəmsəddin Hacıyevdən qalma uğurlu ənənəni layiqincə davam etdirəcək.

Bu xüsusda məlumatlarda bildirilir ki, Ədalət Muradov rektor təyin olunandan sonra “maddi yardım” adı altında universitetin rəhbər vəzifəli işçilərinə “paket” sistemi ilə aylıq ödənişlər həyata keçirməyə başlayıb. Məsələn, məlumatlarda bu gün ADİU-da fakültə dekanlarının ayda 2000 manat məbləğində “əmək haqqı” aldıqları qeyd olunur.

Cəfər

www.gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İQTİSAD UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ OD PÜSKÜRDÜ: “ƏDALƏT MURADOV NƏ DEMƏK İSTƏYİR???”

    İQTİSAD UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ OD PÜSKÜRDÜ: ...

    17-09-2018, 12:18

  • 
  • Rektorun korrupsiya şəbəkəsində şıdırğı bazarlıq!!!

    Rektorun korrupsiya şəbəkəsində şıdırğı ...

    14-03-2016, 15:30

  • 
  • Şəmsəddin Hacıyevin bütün kadrları “təmizləndi”

    Şəmsəddin Hacıyevin bütün kadrları “təmizləndi” ...

    28-04-2014, 10:03

  • 
  • Haman “Narxoz “, haman Ədalət Muradov-ADİU-da imtahan qiymətləri neçəyədir ?-VİDEO

    Haman “Narxoz “, haman Ədalət Muradov-ADİU-da ...

    18-02-2021, 18:31

  • 
  • İqtisad Universitetində kimlərin “iqtisadi maraqları” qorunur ?

    İqtisad Universitetində kimlərin “iqtisadi ...

    4-02-2017, 20:47


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu