Bir neçə gün bundan əvvəl məcbiri köçkün ailələrinin problemləri ilə yaxından maraqlanmağımız, bizi əksər mətləblərdən agah etdi 20-ci əsrin sonu 21-ci əsrin əvvəllərində baş verən hadisələr xalqımızın tarixində olduqca əhəmiyyət daşıyan, eyni zamanda unudulması mümkün olmayan hadisələrdən oldu. İstər dövlət müstəqilliyimizin əldə olunması, istər müstəqil bir dövlət olaraq nüfuzlu beynəlxalq təşkilatlarda təmsilçiliyimiz, istərsə də milli ordumuzun, pul vahidimizin yaradılması və.s kimi məsələlərin həlli ilə bərabər, DQ müharibəsi nəticəsində 1 milyondan çox soydaşlarımızın qaçqın və məcburi köçkün düşmələri də, yaddaqalan hadisələrdən birinə çevrildi. Bəli, bu gün də torpaqlarımızın 22%-nin yağı düşmən tapdağı altında qalması, həm dövlətimiz, həm də məcburi köçkünlərimiz üçün olduqca problemlər əmələ gətirən məsələyə çevrilib. Baxmayaraq ki, hələ də problem ədalətli həllini tapmayıb, dövlətimiz sakinlərinə göstərdiyi diqqət və qayğını bu gün də artırır, üzləşdikləri problemlərin həlli istiqamətində lazımi addımlarını atmaqda davam edir.
Hal-hazırda ölkəmizin ayrı-ayrı şəhər və rayonlarında məskunlaşan məcburi köçkün ailələrinin ən böyük problemlərindən biri, mənzillə təminatlarının həyata keçirilməsidir ki, belə bir problem də yavaş-yavaş həllini tapmaq üzrədir. Sözsüz ki, atılan addımlar qəbul olunmuş “Dövlət Proqramı” çərçivəsində həyata keçirilir ki, bu da nəticə etibarilə gələcəkdə hər bir məcburi köçkün ailəsinin mənzillə bağlı probleminin tam aradan qaldırılmasına imkan verəcək. Belə bir səbəblər üzündən də, hələ bir neçə gün bundan əvvəl Qaradağ rayonun Müşfiqabad qəsəbəsinin, Məcburi Köçkün Şəhərciyində yaşayan məcburi köçkünlərin problemləri ilə maraqlanmağı qarşımıza məqsəd qoyub, həmin ünvana üz tutduq. İlk baxışda böyük bir qəsəbəni xatırladan və tam əksəriyyəti beşmərtəbəli olan binaların ümumi görnüşü diqqətimizi cəlb etdi. Elə ki, qeyd olunan ərazidə yaşayan sakinlərlə bağlı bir çox təminolunmaların, o cümlədən elektrik enerjisi, mavi qaz və içməli su ilə təminatlarının, eyni zamanda ərazidə fəaliyyət göstərən tibb məntəqəsinin, lazımi şəraiti olan təhsil ocağının, DYMXİ şöbəsinin varlığını və digər problemlərin həll olunduğunu gördük, o zaman bilib başa düşdük ki, qəsəbədə idarəetməni həyata keçirən Mənzil Kommunal İstismar Sahəsinin rəhbərliyi, üzərinə düşən vəzifənin məsuliyyətini hiss edən vəzifə sahiblərindəndir.
Qəsəbənin giriş hissəsində bir neçə nəfər sakinlə görüşməyimiz və ünvanlanan suallara dolğun cavab vermələri, bizi bəzi həqiqətlərdən də agah etdi. Düzdür, sakinlər ümumi şəraitdən, təminolunmaların yetərincə varlığından, rəhbərliyin hər bir problemin həllinə həssas yanaşmasından və.s ağızdolusu danışsalar da, onlar onu da vurğuladılar ki, “Şəhərimiz gözəldir, vətənsiz çətin!, “Vətən həsrəti, yer-yurd nisgili bu gün də bizi ağrıdır, bizi sızıldadır” deməklə, sanki bəziləri xəyallarında bəlkə o yerlərə baş da çəkdilər. Yerli sakinlərlə ümumi söz-söhbətləri yekunlaşdırdıqdan sonra, qəsəbədə idarəetməni həyata keçirən Mənzil Kommunal İstismar Sahəsinin rəhbəri cənab Qabil Quliyevlə görüşməyi və bəzi məsələlərə onun da aydınlıq gətirməsini istədik. Odur ki, istər qəsəbə sakinləri ilə, istərsə də MKİS-nin rəhbəri ilə apardığımız video reportajdakı danışıqları, səsləndirdikləri fikirləri sizlərə təqdim etməyi özümüzə borc bilirik.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?