GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İqtisad Universitetində kimlərin “iqtisadi maraqları” qorunur ?

İqtisad Universitetində kimlərin “iqtisadi maraqları” qorunur ?

Tarix: 4-02-2017, 20:47 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 169
İqtisad Universitetində kimlərin “iqtisadi maraqları” qorunur ?

Ədalət Muradovun “eksperimentləri” müəllim-tələbə qarşıdurması formalaşdırır

İmtahanların “qiymətləri” devolivasiyadan sonra valyuta məzənnələri ilə mütəmadi tənzimlənir
Azərbaycan Dövlət İqtisad Universitetinin adı ölkənin ən çox korrupsialaşmış və rüşvətin at oynatdığı təhsil ocaqları içərisində ilk sıralarda çəkilir. Xüsusilə bu ali təhsil müəssisəsinə Ədalət Muradovun rektor təyinatlndan sonra şikayətlərin ardı-arası kəsilmir.
“Gündəm Xəbər”ə daxil olan məlumatlarda universitetdə hökm sürən vəziyyətin artıq tələbələr və müəllimlər üçün dözülməz hal aldığı və ciddi narazılıq doğurduğu vurğulanır. İqtisad universitetində hər şey bir qrupun iqtisadi maraqlarının təmin edilməsinə yönəldilib. Ən dəhşətli zərbə isə Azərbaycan təhsilinə, onun gələcəyinə vurulur. Ədalət Muradovun “yeni iqtisadi siyasəti” nəticəsində universitetdə təhsil sistemi iflas həddindədir, rüşvət və korrupsiya təlim prosesini iflic halına salıb. Rektorun əməlləri barəsində Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə xüsusi dosye göndərilsə də gözəgörünməz himayədarlar onu qorumağı bacarırlar.
Ədalət Muradovun “islahatları” nəinki tələbələri, hətta müəllimləri də çətin vəziyyətə salıb, universitetdə müəllim nüfuzu zərbə altında qalıb. “Gündəm Xəbər”ə daxil olan məlumatlarda bildirilir ki, Ədalət Muradovun yaratdığı yeni münasibətlər sistemində tələbə müəllimdən öndədir. Belə ki, universitetdə tələbələrin müəllimləri qiymətləndirməsi sistemi yaradılıb. Tələbələr bütün fənlər üzrə müəllimlərinə 10 “fakt” üzrə qiymət verir – necə dərs keçir, davamiyyəti necədir, tələbə ilə necə davranır, tələbkardırmı, tələbəni həddən artıq yükləyirmi və s. Müəllimlər bildirir ki, sistem tətbiq olunandan sonra tələbələrlə davamlı gərginlik yaşayırlar – tələbələr mühazirələri yazmır, müəllim mühazirə dəftəri tələb edəndə “üstümüzə çox gələrsiz, sizə aşağı bal yazarıq” deyib açıq hədə-qorxu gəlirlər. Tələbədən yaxşı bal almaq isə müəllimlər üçün çox vacibdir. Rektorun tətbiq etdiyi daha bir qaydaya görə aşağı bal alan müəllimlərə elmi ad və dərəcələrin verilməsi yubadılır.
Lakin, maraqlı orasıdır ki, rektorun bu “qiymətləndirmə” sistemi ” müəllimlər kimi tələbələr üçün də əsl tələdir. Bildirilir ki, indiyə qədər bir neçə tələbə müəllimlərə aşağı bal verdiyi üçün universitetdən qovulmaq təhlükəsi ilə üzləşib. Rektorun tapşırıqlarını şərtsiz yerinə yetirən dekanlar müəllimlərə aşağı qiymət yazan tələbələrlə “ikialan” müəllimlər arasında gərginlik yaradır, sonucda tələbəyə elan edilir - davranışına görə universitetdən xaric olunursan. Əsl həngamə də bundan sonra başlanır.
Dərhal dövriyyəyə valideynlər, dekanlarla onların arasındakı vasitəçilər girir. Uzun-uzadı danışıqlar, get-gəllər, yalvar-yaxarlardan sonra dekanlar daha yuxarılarla ciddi rəqəmlərlə ifadə olunan anlaşma əldə etməyə razılıq verirlər. Sonda valideyni ciddi xərcə düşən asi tələbə universitetdə saxlanır.
Verilən məlumatda universitetdə rüşvət miqyası katostrofik həddə artıb. İmtahanların “qiymətləri” devolivasiyadan sonra valyuta məzənnələri ilə mütəmadi tənzimlənir.
Məlumatlarda bildirilir ki, ən böyük rüşvət köçürmələr və kəsirlər zamanı alınır. Universitetin Dərbənd filialından köçürmənin qiyməti haqqında fantastik rəqəmlər səsləndirilir - 70-100 min manat. Universitetlərarası köçürmələr qadağan edilsə də bir neçə “şanslı” universitetə, o sıradan İqtisad Universitetinə öz filiallarından tələbə köçürmək səlahiyyəti verilib. Ədalət Muradov bu imkandan məharətlə yararlanır. TQDK imtahanlarında aşağı bal toplayanlar öncə ADİU-nin Dərbənd filialına yerləşdirilir. Sözsüz ki, bu, hər abituriyentə qismət olmur. Öncəlik valideynləri 1 il sonrakı köçürmə üçün ciddi məbləğ təklif edənlərə tanınır. 1 il əli cibində gəzən tələbə 2-ci il universitetdə peyda olur. Ədalət Muradova qədər köçürülən tələbələr ayrıca qrupda təhsil alıb. İndi isə onlar digər qrupların içərisində “əridilir”. Məqsəd aydındır. Aşağı bal yığan tələbələrdən formalaşdırılan qruplarda imtahan nəticələri də bərbad olur. Bu zaman onların fərq imtahanlarını necə vermələri haqqında çoxlu suallar yaranır. Yeni rektor ehtimal olunan yoxlamalar zamanı belə suallarla üzləşməmək üçün köçürmə tələbələri digər qruplara bölür ki, onların aşağı nəticələri ümumi fonda nəzərə çarpmasın.
Redaksiyamıza daxil olan məlumatlarda imtahanlarda alınan rüşvətin başgicəlləndirən məbləğləri də açıqlanıb. Bildirilir ki, kəsirlərin düzəldilməsi üçün isə tələbələrdən 3-7 min manat tələb olunduğu bildirilir. Sonrakı yerləri magistr, diplom işləri tutur 1500-2000 manat.

“Gündəm Xəbər”ə verilən məlumata görə Ədalət Muradov ADİU-da “sülalə idarəetmə sistemi” formalaşdırır. Universitetdə Ədalət Muradovla qohumluq əlaqəsi olan 40-a yaxın şəxs çalışır. Məlumatlarda bildirilir ki, onun heç bir pedaqoji təcrübəsi olmayan qohum-qardaşı uzun illər universitetdə dərs deyən müəllimlərin başı üzərindən adladılaraq önəmli postlara çəkilir. Bu şəxslərə elmi adlar və vəzifələr də səxavətlə paylanır. Effektiv ailə iş üsulu nəticəsində auditoriyaya cəmi 1-2 semestr daxil olan qohumlar baş müəllim, fəlsəfə doktoru titul və vəzifələri ilə ödülləndirilir. Heç şübhəsiz, bu durum illərlə dərs deyib müəllimlikdən baş müəllimliyə, baş müəllimlikdən dosentliyə yüksələ bilməyənlərdə qıcıq yaradır.
Verilən xəbərlərdə son imtahan sesiyasında universitetdə dəhşətli durumun hökm sürdüyü vurğulanır. Tələbələr durmadan artan rüşvətin miqyasından narazılıqlarını gizlətmirlər. Lakin, rektor universitetdə formalaşdırdığı “sülalə idarəetməsi” nəticəsində narazılıqları beşiyindəcə boğmağı bacarır. İqtisad Universiteti bir qrupun iqtisadi maraqlarını təmin etməyə xidmət etməkdə davam edir.

Cəfər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yeni rektor Şəmsəddin Hacıyeni "küncə" qoydu

    Yeni rektor Şəmsəddin Hacıyeni "küncə" ...

    9-10-2014, 03:46

  • 
  • Şəmsəddin Hacıyev niyə «vuruldu»?

    Şəmsəddin Hacıyev niyə «vuruldu»? ...

    6-03-2014, 16:31

  • 
  • İqtisad Universitetində “iqtisadi korrupsiya- müdhiş faktlar

    İqtisad Universitetində “iqtisadi korrupsiya- ...

    23-08-2015, 11:24

  • 
  • Şəmsəddin Haçıyevin məkanında smestr bazarı

    Şəmsəddin Haçıyevin məkanında smestr bazarı ...

    13-01-2013, 12:45

  • 
  • Şəmsəddin Hacıyevin bütün kadrları “təmizləndi”

    Şəmsəddin Hacıyevin bütün kadrları “təmizləndi” ...

    28-04-2014, 10:03


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu