GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » İlham Əliyevdən Avropaya sərt sözlər: Sən bir güzgüyə bax

İlham Əliyevdən Avropaya sərt sözlər: Sən bir güzgüyə bax

Tarix: 16-09-2015, 12:45 Bölmə :Manşet Baxış: 0
İlham Əliyevdən Avropaya sərt sözlər: Sən bir güzgüyə bax

"Bir neçə gün bundan əvvəl Avropa Parlamenti Azərbaycan ilə bağlı qətnamə qəbul edib. Deyə bilərəm ki, bu qətnamə tamamilə əsassızdır, yalan, böhtan, qərəzli münasibət üzərində qurulmuş bir siyasi təxribatdır".

ANS PRESS-in məlumatına görə, bunu Çexiya prezidenti Miloş Zemanla Bakıda keçirilən birgə mətbuat konfransı çərçivəsində çexiyalı jurnalistin sualını cavablandırarkən Azərbaycan prezidenti İlham Əliyev deyib.

"Azərbaycan parlamentinin dünənki qərarının səbəblərini yəqin ki, siz bilirsiniz. Bir neçə gün bundan əvvəl Avropa Parlamenti Azərbaycan ilə bağlı qətnamə qəbul edib. Deyə bilərəm ki, bu qətnamə tamamilə əsassızdır, yalan, böhtan, qərəzli münasibət üzərində qurulmuş bir siyasi təxribatdır. Biz bilirik ki, bunun arxasında hansı qüvvələr dayanır. Bu qüvvələr bundan əvvəl dəfələrlə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüblər, bizi şantaj ediblər. Onların yeganə məqsədi ondan ibarətdir ki, inkişafda olan, müasir, müstəqil siyasət aparan, tolerant, multikulturalizmin məkanı olan Azərbaycanı ləkələsinlər, gözdən salsınlar və Avropada Azərbaycan haqqında yanlış, tamamilə həqiqətə zidd bir rəy yaratsınlar. Burada əlbəttə ki, biz erməni lobbisinin rolunu da görürük və hesab edirəm ki, Avropanın müvafiq hüquq-mühafizə orqanları Avropa Parlamentinin bəzi üzvləri ilə erməni lobbiçiləri arasındakı gizli əlaqələri də araşdırsalar pis olmaz.

Prezident qeyd edib ki, "bizə qarşı bu çirkin əməllərdə fəal iştirak edən deputatların bəziləri Azərbaycanın ayrılmaz hissəsi olan və işğal edilmiş Dağlıq Qarabağa bu vaxta qədər dəfələrlə qanunsuz səfərlər ediblər və beləliklə, Azərbaycan qanunlarını kobudcasına pozublar".

"Eyni zamanda, bir daha demək istəyirəm, əfsuslar olsun ki, bu gün Avropa məkanında, xüsusilə Avropa Parlamentində anti-Azərbaycan qruplaşması yaranıbdır. Bu qruplaşma əlindən gələni etməyə çalışır ki, Azərbaycanı gözdən salsın və imicini ləkələsin. Bizim üçün, bir prezident kimi mənim üçün Avropa Parlamenti tərəfindən qəbul edilmiş bu qətnamə kağız parçasından başqa bir şey deyil. Mən buna əhəmiyyət vermirəm. Əlbəttə ki, bunu pisləyirəm, ancaq bu qətnamə bizim iradəmizə, tutduğumuz mövqeyə heç bir təsir etməyəcək. Azərbaycanı özünə tabe etmək istəyən xarici dairələrə də sözüm ondan ibarətdir ki, sizin bütün səyləriniz əbəsdir. Azərbaycanın müstəqil, milli maraqlar üzərində formalaşmış siyasətinə heç bir kənar qüvvə şantaj, böhtan yolu ilə təsir edə bilməz", - deyə dövlət başçısı vurğulayıb.

O bildirib ki, "Azərbaycan parlamentinin reaksiyasına gəldikdə isə, hesab edirəm ki, bu reaksiya gözlənilən idi. Çünki Azərbaycan parlamenti müstəqil qurum kimi öz rəyini ifadə etdi, deputatların çoxu öz çıxışlarında fikirlərini söylədilər və onların sözündə həqiqətdən başqa heç bir şey yoxdur".

"Birincisi, kimisə ittiham etməzdən əvvəl sən bir güzgüyə bax. Bu gün Yaxın Şərqdən bütün dünyanın gözü qarşısında Avropaya pənah aparan qaçqınların taleyi göz qabağındadır. O insanlar xarici müdaxilənin qurbanlarıdır. O insanların ölkələri dağıdılıb, yerlə-yeksan edilib. Kim bunu edib? Xarici qüvvələr o ölkələri dağıdıb. Ölkələrin ərazi bütövlüyünü pozub. Yüz minlərlə insanı məhv edib. Milyonlarla insan öz yaxınlarını itirib. Bu faciəvi şəraitə dözməyən insanlar artıq Avropaya gəlməyə başlayıblar. Görün, onları Avropada nələr gözləyir - islamofobiya, irqçilik, ksenofobiya! Budurmu Avropa dəyərləri?! Avropa Parlamenti bu məsələlərlə məşğul olsa daha yaxşı olar", - deyə İlham Əliyev qeyd edib.

Onun sözlərinə görə, bu gün Avropa dəyərlərinin sarsıdılması prosesi gedir:

"Avropa həmişə bizim bölgədən mütərəqqi, müasir, tolerant bir məkan kimi görünürdü. Ancaq bu gün bunu əfsuslar olsun ki, çox nadir hallarda görürük. Aqressiv, başqa ölkələrin işinə müdaxilə edən, tolerantlığı demək olar ki, itirən dairələr bu gün, əfsuslar olsun, Avropa Parlamentində və bəzi digər qurumlarda hökmranlıq edir.

Ona görə, bir daha demək istəyirəm ki, Azərbaycan parlamentinin qərarı tam əsaslıdır. Bildiyiniz kimi, Avronest Avropa Parlamenti ilə “Şərq Tərəfdaşlığı” ölkələri arasında parlament assambleyası qurumu kimi nəzərdə tutulmuşdu. Əgər hansısa bir ölkə ilə bağlı suallar olarsa, bu suallara Avronest çərçivəsində baxıla bilərdi. Amma Avronest faktiki olaraq amorf bir qüvvəyə çevrilib və heç bir fəaliyyət göstərmir. Belə olan halda, təbii ki, Azərbaycan parlamenti Avronestdəki fəaliyyətini dayandırır. Bu, Azərbaycan parlamentinin suveren hüququdur və eyni zamanda, siz yəqin onu da bilirsiniz ki, Avropa Parlamenti ilə Azərbaycan parlamenti arasındakı əməkdaşlıq fəaliyyəti də artıq dayandırılıbdır. Bax, budur bizə qarşı aparılan çirkin kampaniyanın nəticələri. Azərbaycan bizə qarşı atılan hər bir addıma adekvat cavab verib və bundan sonra da verəcək".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Çexiya-Azərbaycan arasında gərginlik

    Çexiya-Azərbaycan arasında gərginlik ...

    18-04-2013, 10:40

  • 
  • Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib

    Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə ...

    5-07-2018, 13:40

  • 
  • Avropa Parlamenti Azərbaycandakı seçkini tanımadı

    Avropa Parlamenti Azərbaycandakı seçkini tanımadı ...

    23-10-2013, 22:18

  • 
  • Avropa Parlamenti Azərbaycana sanksiyalar tətbiq etməyə çağırdı

    Avropa Parlamenti Azərbaycana sanksiyalar tətbiq ...

    10-09-2015, 18:38

  • 
  • XİN-dən Belçika parlamentinin Qarabağ qətnaməsi ilə bağlı AÇIQLAMA

    XİN-dən Belçika parlamentinin Qarabağ qətnaməsi ...

    19-12-2020, 13:32


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu