Hər kəsə bəllidir ki, Cavid Qurbanov düz 21 il öncə ulu öndərimiz Heydər Əliyev tərəfindən necə vurulmuşdusa, ölkəni belə tərk etməli olmuşdu. Amma bu gediş bir o qədər də uzun sürmədi.
Ulu öndərimizin bu yuxarıda göstərilən sərəncamına əsasən Cavid Qurbanovu vəzifədən kənarlaşdırdığı açıq şəkildə göstərilir. Bu sərəncamın bir neçə il əvvəl Müasir Müsavat Partiyası sədri Hafiz Hacıyev tərəfindən mətbuata açıqlançasının ardından Cavid Qurbanovun qalxıb bu sərəncamla bağlı hansısa açıqlamalar verməsinə belə rast gəlinmədi.
Amma maraqlısı budur ki,vurulmuş Qurbanovu Ziya Məmmədov qanadları altına alaraq qorudu,yanına çəkdi, "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti kimi bir qurumun başına gətirməklə yanaşı, onu deputat belə etdi.
Yəni, Cavid Qurbanov nəyinki dirildi, eyni zamanda ciyərlərinə aldığı vəzifə hırsı oksigeni elə saxladı ki, bu ona daha da yüksəlməyə böyük təkan vermiş oldu. Belə bir həyat çox siyasətçiyə qismət olmur.
Cavid Qurbanov ötən ildə uçurumun kənarında idi və az bir məsafə qalmışdı ki, min bir mücadilə nəticəsində yüksəldiyi mərtəbədən kəlləməyallaq aşağı düşsün. Amma yenə də o uçurumdan döndü.Təkcə dönmədi, eyni zamanda daha da yuxarılara ucaldı.O həddə yüksəldi ki, ona əl uzadıb vəzifə pillələrinə yüksəldən, cibinə mandat qoyan Ziya Məmmədovun səlahiyyətlərinin əlindən alınıb ona verilməsinə belə nail oldu. Bu gün-sabah Ziya Məmmədovun qarşısına keçib «indi sən mənim kurasiyamda ol» desə təccüblənməmək gərəkir.
Bu boyda sərəncamdan sonra dirilən Qurbanov atalar demiş «kəfəni çoxdan yırtıb». Təkcə yırtmadı, həm də nəfəs alıb uzun ömürlülük eleksirini (siz şərbəti oxuyun) içib daha da gücləndi.
15 noyabr 1994-cü ildə vəzifədən uzaqlaşdırılan Qurbanov 15 noyabr 2015-ci ildə daha da güclü Qurbanova çevrildi.Buna şans deyilir.Bu şansı da ona verənlərə yəqin ki,hər gün şükran duaları edir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?