ASC prezidenti «Lənkərani davası»nin qisasını almaq niyyətindədir
Bir müddət əvvəl böyük problemlərlə üz-üzə qalan «Azəryolservis» ASC-nin prezidenti Cavid Qurbanov revanşa hazırlaşır. Bu barədə ilginc məlumatı etibarlı mənbədən əldə etmişik. Xatırladaq ki, Cavid Qurbanov bir neçə ay ərzində özünün ən həyəcanlı günlərini yaşamaq zorunda qaldı. Hətta vəziyyət o həddə çatdı ki, ASC prezidentinin istefa məsələsi belə gündəmə gətirildi. Amma məhz nəqliyyat naziri Ziya Məmmədovun dəstəyilə Cavid Qurbanov bütün problemlərini geridə qoymağa müvəffəq oldu. Qeyd edək ki, ASC prezidentinin sürücüsünün İranın xüsusi xidmət orqanları ilə əlaqəsi tam olaraq sübuta yetirilsə də, Azərbaycanda gizli şəkiddə yaşayan Mahir Lənkəraninin həbsi hələ də mümkün olmayıb. Doğrudur, bu gün bəzi KİV-lər Mahir Lənkəraninin Azərbaycanı tərk etdiyini iddia edirlər. Amma onun hələ də ölkəmizin hüdudları içində olması faktdır və hətta iddia olunur ki, Cavid Qurbanovun himayəsi altında saxlanılan Lənkərani bir çox gizli mətləblərdən agah olduğundan ASC prezidenti sürücüsünü dövlətin əlinə vermək istəmir. Məlumatlı mənbənin söylədiyinə görə, artıq bu sarıdan tam arxayınlaşan Cavid Qurbanov indi də rəqiblərini eyni qaydada zərərsizləşdirmək, həmçinin onların hücumlarından müdafiə oluna bilməsi üçün media sahəsinə və siyasətə girişmək fikrinə düşüb. Mənbəmizin iddia etdikləri: «Artıq bir neçə KİV-ə Qurbanov tərəfindən ciddi şəkildə maliyyə dəstəyi, himayədarlıq edilməkdədir. Eyni zamanda Cavid Qurbanov müxalifətin çox tanınmış simalarından birinə də maliyyə yardımı edir ki, ehtğiyac yarandığında onun müxalifətdəki maraqlarını təmin edə bilsin». Bunlar bir yana. Mənbəmiz bildirir ki, yaxın günlərdə rəqiblərinə qarşı böyük mətbu kampaniyanın sifarişini verən deputat artıq bir sıra adamlarını məlum istiqamətdə təlimatlandırıb. Rasim
Sorğu
Yeni dizaynımız necədir?