Sumqayıt şəhərinə yeni təyin olunmuş İH başçısı Zakir Fərəcov artıq qolunu çırmayaraq şəhərdə “yenilik”lər etməyə başlayıb. Z.Fərəcov Sumqayıt şəhərində fəaliyyət göstərən kənd təsərrüfatı yarmarkasının fəaliyyətinə dayandırmasına göstəriş verib. Sabiq İH başçısı E.Əzizov çox çalışsa da Sumqayıt yarmarkasının nə başqa yerə köçürülməsinə, nə də ki, fəaliyyətinin dayandırılmasına nail ola bilməmişdi.
İnsaf naminə qeyd edək ki, Sumqayıt yarmarkası Mərkəzi bazar və digər ticarət obyektlərdən ucuzluq baxımından fərqlənirdi. Nədən ki, bazara meyvə-tərəvəz gətirənlərin 70%-i zəhmət adamlarının özləri idi. Yeni başçı bunu da Sumqayıtlılara çox gördü.
Ölkəmizdə bütün sahələrə məmurlar tərəfindən əl qoyulduğundan Sumqayıt şəhər kənd təsərrüfatı yarmarkasına da Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının müavini Akif Quliyev əl qoyub. A.Quliyev Sərhəd Qoşunları Xidmətinin rəisi Elçin Quliyevin qardaşıdır.
Bu səbəbdən A.Quliyev Sumqayıt şəhər İH başçısı Eldar Əzizovun qarşısında at oynadırdı. E.Əzizov müavini A.Quliyevin işdən azad etməsinə bir neçə dəfə həmlə etsə də buna nail ola bilməmişdi. DSX rəisi E.Quliyevin E.Əzizova təpinməsi hər şeyi yoluna qoymuşdu.
Haqqında gileyləndiyimiz Sumqayıt şəhər yarmarkası antisanitar vəziyyətdə fəaliyyət göstərsə də, az da olsa, rayonlardan öz məhsulunu bu yarmarkaya gətirənlər az deyildi. Bu səbədən də yarmarka digər meyvə-tərəvəz bazarlarındakı qiymətlərdən fərqlənirdi. Şəhər sakinləri böyük əksəriyyəti alış-verişə bura üz tuturdu. Düzdür Sumqayıt şəhər Sanitar Epidemioloji Stansiyasının həkimlərinin burada nəzarəti məhdud idi. Nədən ki, bütün bazar və yarmarkalara Kənd Təsərrüfatı Nazirliyinin baytar həkimləri (bu da bir monopoliyadır) nəzarət edir.
Əvvəllər Sumqayıt şəhər Sanitar Epidemioloji Stansiyasının vicdanlı həkiminin gizli nəzarətindən sonra yarmarkada leş və at ətinin aşkarlanmışdı. Sonrakı “hay-küy”dən sonra həmin leş və at əti telekanallarının çəkilişi ilə satışdan çıxarılmışdı.
Əlbətdə ki, bu hal yarmarkada uzun sürmədi. Son zamanlara kimi yenə də yarmarkada leş, xəstə mənşəyi bilinməyən ət məhsulları satılırdı.
Artıq Z.Fərəcov erası başladığından A.Quliyevin ərköyünlüyü deyəsən keçməyəcək, daş qayaya rast gəlib. Hiss olunur ki, Z.Fərəcovun kürəyində “güclü əl” var. O işə başladığı gündən bir çoxlarına barmaq silkələməyi bacarıb. Hətda keçirdiyi birinci müşavirə zamanı, Sumqayıt şəhər təhsil şöbəsinin müdir əvəzi Vaqif Ələkbərovu zaldan qovub.
Sumqayıt şəhərini gəzərkən Heydər Əliyev prospekti, İcra Hakimiyyətinin ətrafındakı yer sətindən 1,05 metr hündürlüyündə binalara vurulmuş üzlük daşlarının sökülməsinin şahidi olduq. Bu İH başçıları arasında bir ənənə halını almış “yenidənqurma” vasitəsidir. Qismət olsa yaşayarıq, görərik!
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?