Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sərəcamı ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov vəzifəsindən azad edilib. Sərəncama görə, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhərinin icra başçısı təyin edilib.
gundemxeber.az Femida.az-a istinadən xəbər verir ki, Sumqayıtın yeni icra başçısı ilk dəyişiklik siqanlını verib: "Zakir Fərəcov İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seyfəddin Kərimovla Eldar Əzizovun köməkçisini vəzifəsindən uzaqlaşdırıb".
Məsələyə Sumqayıt şəhər İcra Hakimiyyətindən və Seyfəddin Kərimovla münasibət öyrənmək cəhdləri dayda verməyib. Seyfəddin Kərimov hazırda adıçəkilən sturkturla əlaqəli olmadıqlarını bildirərək, danışmaqdan boyun qaçırıblar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?