GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Tərtər sakini probleminin həllini istəyir

Tərtər sakini probleminin həllini istəyir

Tarix: 4-07-2015, 11:22 Bölmə :Manşet Baxış: 0
Tərtər sakini probleminin həllini istəyir


Artıq bu gün Bəsti Məmmədova belə bir qənaətdədir ki, neçə ki, Müstəqim Məmmədov rayonun rəhbəridir, deməli üzləşdiyi problem həllini tapmayacaq.

Son vaxtlar Mərkəzi Aran zonasında yerləşən Tərtər rayonu haqda əksər KİV silsilə tənqidi məqalələr işıq üzü gördükcə, o zaman bəlli olur ki, bu rayon da sosial problemlər məngənəsində boğulan rayonlardan biridir. Vəziyyətin belə bir həddə gəlib çatmasına səbəb isə, səriştəsiz idarəçiliyi ilə Tərtərin bugünkü tarixində silinməz izlər buraxan Müstəqim Məmmədovun, rayonda rəhbər vəzifəni daşımasıdır. Elə bu səbəbdən də, ictimai fikrin formalaşmasına təsir edə biləcək əksər KİV, bu günədək Tərtər rayonu haqda silsilə tənqidi məqalələr dərc olunub və hal-hazırda da dərc olunmaqdadır.

Diqqəti cəlb edən hal odur ki, sərhəd zolağında yerləşən bu rayonda rəhbərlik nədənsə ucqar ərazilərə deyil, yalnız mərkəzi ərazilərə daha çox nəzər-diqqət yetirir. Məsələn, rayonun mərkəzi küçələri bir qədər qaydaya salınır və çox keçmədən təmir adı ilə yenidən qazılır. Mərkəzi yollara asfalt döşənir və az müddət keçdikdən sonra qazıyıb təkrar götürülür və.s, vəlaxir. Bu zaman aparılan təmir işlərinin arxasında, külli miqdarda büdcə vəsaitinin mənimsənilməsinə diqqət yetirmək lazım gəlir. Əldə olunan məlumatlara görə, həddi-hüdudu bilinməyən mənimsəmlərdə söz sahibliyini Müstəqim Məmmədov, yetərincə yerinə yetirməyi də bacarır. Belə bir səbəblər üzündəndir ki, Tərtərdə sosial problemlər tüğyan etməkdədir.

Bir neçə gün bundan öncə redaksiyamıza şikayət məktubu ünvanlayan Tərtərin Hüsənli kənd sakini Məmmədova Bəsti Cəlal qızı da, üzləşdikləri sosial problemlərin varlığından söz açır və bildirir ki, “bizim kənd ermənilər tərəfindən ələ keçirilmiş Ağdamın ərazisinə yaxın ərazidə yerləşir. Elə bu səbəbdən də, kəndin çoxsaylı sosial problemlərinin varlığı sakinləri zinhara gətirməsinə baxmayaraq, yerli vəzifə sahibləri belə bir məsələlərin həllində heç də narahat olmurlar.”

O, onu da qeyd edir ki, “mən sadə bir kənd sakiniyəm. Üç övlad böyüdüb boya-başa çatdırmışam və övladlarım vaxtilə könüllü milli ordu sıralarına daxil olaraq, mənfur qonşumuza qarşı ölüm-dirim savaşlarında da iştirak etmişlər. Yaşadığım ev DQ müharibəsinin qızğın çağlarında atılan mərmilərin təsiri nəticəsində çat-çat oldu və həmin vaxtdan bu günədək əmələ gələn çatlar yavaş-yavaş da böyüdü. Küləkli havada, yağış yağanda evimiz elə bir təhlükəli vəziyyətə düşür ki, gəl görəsən. Dəfələrlə yerli qurum rəhbərlərinə, rayon icra hakimiyyəti səlahiyyətlilərinə evimin təmiri ilə bağlı müraciətlər etsəm də, bu günədək heç bir vəzifə sahibindən nə bir səs çıxdı, nə də ki, bir soraq eşidildi. Belə olan təqdirdə məcbur oldum ki, Prezident Administrasiyasına yazılı şikayətimi ünvanlayım və üzləşdiyim problemin həllini onlara da çatdırım. Diqqəti cəlb edən hal o oldu ki, Prezident Administrasiyasından Tərtər rayon İcra Hakimiyyətinə problemin həlli məqsədilə məktub göndərilsə də, həmin məktuba da əhəmiyyət belə verilmədi. Yəni, həmin məktub əsasında bir kimsə maraqlanmadı ki, siz yuxarı instansiyalara hansı problemlə bağlı məktub ünvanlamısınız. Yalnız yaşadığım ünvana Tərtər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanovun imzası ilə, 21 aprel 2014-cü il tarixdə belə bir cavab məktub çatdırıldı ki, “2014-cü il üçün dövlət büdcəsindən bu məqsədlə vəsait ayrılmadığına görə, tələbinizin təmin olunması hələlik imkanımız xaricindədir”. Çox maraqlı cavab olduğu qədər, bir o qədər də təəccüb doğuran məktubdur. Çünki məktub 2014-cü il tarixdə yazılsa da, ünvanıma 2015-ci ildə gəlib çıxa bildi. Bu da onu ehtimal etməyə əsas verir ki, Tərtər rayon İcra Hakimiyyəti Aparatından rayonun ucqar kəndlərinə göndərilən məktublar, sanki dolanbac yollarla gedir və ünvan üzrə çatması üçün təqribən bir ilə qədər də vaxt keçir”.

Bəli, bu gün Bəsti Məmmədova Hüsənlinin çoxsaylı kənd sakinlərindən biridir və özləşdiyi problemin həlli üçün müraciət etməyə konkret ünvan axtarışına çıxsa da, hələ ki, axtardığı ünvanı tapa bilməyib. O, artıq şüurlu şəkildə dərk edir ki, Tərtər rayon rəhbərliyinə müraciət

etməyin mənası yoxdur. Çünki, illər uzunu edilən müraciətlərin heç bir mənası və nəticəsi olmadığından, artıq bu gün Bəsti Məmmədova belə bir qənaətdədir ki, neçə ki, Müstəqim Məmmədov rayonun rəhbəridir, deməli üzləşdiyi problem həllini tapmayacaq.

Bütün bunların fonunda diqqəti cəlb edən bir məqama da nəzər salmaq, sanki zərurətdən irəli gələn məsələyə çevrilir. Yəni, onu bildirmək istəyirik ki, “Gündəm Xəbər” müstəqil ictimai-siyasi qəzet olaraq, daim vətəndaşların üzləşdikləri sosial problemlərin ictimailəşməsinə çalışırıq, həlli üçün mümkün köməkdarlığımızı və.s bir kimsədən belə əsirgəmirik. Eyni zamanda hansısa vəzifəli şəxsin, yaxud da söz sahibi olan bir kimsənin diktəsi ilə də fəaliyyətimizi davam etdirmirik. Amma, son günlər redaksiyamıza daxil olan bəzi məlumatlar, hələ də bizi təəccüb içində qoymaqdadır. Belə ki, əldə etdiyimiz məlumatlara görə, Tərtərdə yaşanan sosial problemlər barədə “Gündəm Xəbər” qəzetində silsilə tənqidi məqalələr işıq üzü gördükcə, bəzi KİV “nümayəndələri” (hələlik etika naminə ad çəkmirik) Tərtərə “ayaq” açmaqda davam edirlər. Məqsəd heç də yaşanan sosial problemlərin varlığını ictimailəşdirmək, sadə vətəndaşların yanında olmaq deyil, “Gündəm Xəbər” qəzetinin əleyhinə hansısa formada təbliğati işlərini aparmaqdır. Faciəli hal odur ki, bu yöndə təbliğati iş aparmaq üçün, həmin KİV “nümayəndələri”nin yetərincə potensialı da yoxdur. Sadəcə olaraq onlar, rəhbərlik etdikləri internet televiziyalarında əqidələrinə uyğun düşünən və yaxud da danışmağa məcbur edilən, bir neçə nəfər aqsaqqal rayon sakinindən müsahibə götürüb ictimailəşdirməklə, əslində iç üzlərini açıb ortaya qoymuş olurlar. Müsahibələrdə isə vurğulanır ki, guya Tərtər rayonu ilə bağlı əksər mətbu orqanlarda işıq üzü görən məqalələr heç də həqiqəti əks etdirmir və qərəzli xarakter daşıyır. Bəli bu zaman bəlli olur ki, həmin KİV “nümayəndələri” Tərtər rayon rəhbərliyi ilə “sıcaq” münasibətdədirlər və ortada üzərlərinə götürdükləri hansısa öhdəlik şərtləri də var. Bu da onu sübut etməyə əsas verir ki, baş alıb gedən sosial problemlərin varlığına göz yuman, bir növ Tərtər rayon rəhbərliyinin sifarişlərini yerinə yetirən (buyruqçular), sanki mətbuatda “yengə” rolunu şərəflə yerinə yetirmiş olurlar.

Ətraflı növbəti sayımızda.

Mirzə
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İcra başçısı şit zarafatların aludəçisidir

    İcra başçısı şit zarafatların aludəçisidir ...

    21-06-2015, 07:44

  • 
  • Müstəqim Məmmədovu Yevlağa hansı tellər bağlayır?

    Müstəqim Məmmədovu Yevlağa hansı tellər bağlayır? ...

    24-05-2015, 21:00

  • 
  • Qazax təhsilinin bərbadlığı

    Qazax təhsilinin bərbadlığı ...

    20-02-2015, 00:19

  • 
  • Tərtərdə büdcə pulları havaya sovrulur İcra başçısının kənd icra nümayəndələrindən rüşvət toplaması da, redaksiyamıza daxil olan ilginc məlumatlardandır

    Tərtərdə büdcə pulları havaya sovrulur İcra ...

    4-11-2016, 14:02

  • 
  • Tərtəri icra başçısı talan edir

    Tərtəri icra başçısı talan edir ...

    26-11-2016, 00:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu