ABŞ tərəfindən rəsmi Bakıya qarşı hər hansı sanksiyalar qəbul ediləcəyi təqdirdə Azərbaycanda insan haqları və azadlıqların vəziyyəti ilə bağlı ciddi fikir ayrılığı olan Avropa İttifaqı da dərhal onlara qoşulacaq
Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ABŞ prezidenti Barak Obamadan qardaşı, Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayevin oğrulanmasında günahkar olanların tapılıb cəzalandırılması üçün Azərbaycan hökumətinə təzyiq edilməsini xahiş etməsini Abdullayev – rəsmi Bakı duelində yeni mərhələ saymaq olar. Bu günə kimi Abdullayev şəbəkəyə təkcə 2003-cü ildə qardaşının oğurlanması ilə bağlı yox, həm də Prezident Administrasiyası səviyyəsində mandat satışı yolu ilə parlamentin formalaşdırılması mexanizmi haqda ifşaedici materiallar atırdı. Hakimiyyət sabiq rektorun hücumlarını yöndəmsizcəsinə dəf edir, nəzarətində olan KİV guya bunları sezmir, amma hər halda YAP funksioneri deputat Gülər Əhmədovanı deputat yerlərinin satılmasında dələduzluğa görə həbs etdilər. Abdullayevin əsas ittiham obyekti Prezident Administrasiyasının 73 yaşlı rəhbəri Ramiz Mehdiyevdir. Beynəlxalq rəylərə görə, mübahisəli olan son illərin prezident və parlament seçkilərini o, kurasiya edib. ABŞ prezidentinə son müraciət göstərir ki, sabiq rektor öz niyyətində qətidir. On il bundan əvvəl oğurlanan Mahir Abdullayevin işi rejimə öldürücü zərbə vura bilər. Çünki orada yüksək və orta səviyyəli adı çəkilən və çəkilməyən bir sıra məmurlar var. Onlar adam oğurluğu və qətlində ittiham edilir. Abdullayev iddia edir ki, Azərbaycanda Latın Amerikası və Afrika üslüblu "ölüm eskadronu" var. Hakimiyyət ondan opponentlərə qarşı istifadə edir. Rejimin “boz kardinalı” Mehdiyevin adı burada şəbəkənin rəhbəri kimi çəkilir. Abdullayev bildirir ki, onda 800-ə yaxın videomaterial var və oğurlanan və ya, yəqin ki, öldürülmüş MTN zabitinin hüquqlarının müdafiəsi komitəsinin yaradılması göstərir ki, bunlar rəsmi Bakı üçün təhlükəli ifşa vasitəsi ola bilər. Komitənin yaradılmasının adı çəkilməyən təşəbbüsçüləri bəyanatlarında gizlətmir ki, həqiqət aşkara çıxarılıb günahkarlar cəzalanana qədər əllərindən gələni edəcəklər. Bütün bunlar Azərbaycanda 2009-cu ildə Moskva istintaq təcrudxanasında öldürülən hüquqşünas Maqnitskinin işinə bənzər praktika yarada bilər. Bunu Azərbaycanda “El” seçkiöncəsi müxalifət hərəkatının yaradılmasının təşəbbüsçülərinin bəyanatı da göstərir. Onlar 2012-ci ildə ABŞ Konqresinin qəbul etdiyi günahkar məmurlara qarşı sanksiya tətbqini nəzərdə tutan Maqnitski aktının tətbiqinin zərurətindən söz açır. Seçki qanunvericiliyinin demokratikləşməsi və seçkilərin beynəlxalq münsiflərin nəzarəti altında keçirilməsi ilə bağlı əsas iki tələblə yanaşı, «El» ilk növbədə Maqnitski aktının tətbiq edilməsinə israr edəcək. Bu mənada Azərbaycanda rejim əleyhdarlarının əsaslanmağa səbəbi var. Konqresdə bu qanunun müzakirəsi zamanı demokrat-senator Benjamin Kardin bəyan etdi ki, «qanun yalnız Rusiyaya qarşı istifadə ediləcək, ancaq bütün dünyada işləyəcək standartlar tətbiq ediləcək. Bütün dünyada insan haqlarının pozanlar anlamalıdır ki, ABŞ universal azadlıqları və təzyiqlərə qarşı olanların heysiyyatını müdafiə edəcək». ABŞ tərəfindən rəsmi Bakıya qarşı hər hansı sanksiyalar qəbul ediləcəyi təqdirdə Azərbaycanda insan haqları və azadlıqların vəziyyəti ilə bağlı ciddi fikir ayrılığı olan Avropa İttifaqı da dərhal onlara qoşulacaq. Bunun üçün zəmin artıq hazırdır – 2010-cu ilin dekabrın 16-da Avropa Parlamenti Maqnitski işinə aidiyyatı olan rusiyalı vəzifəli şəxslərin Aİ ölkələrinə girişini qadağan etməyə çağıran qətnaməyə səs verdi. Qətnamə Aİ ölkələrinin hökumətlərinə Maqnistki işi ilə bağlı olan sənədlərdə adı çəkilən şəxslərə qarşı viza və maliyyə sanksiyalarının tətbiqinin mümkünlüyünü öyrənməyi tövsiyə edir. Girişə qadağa ilə yanaşı, Avropa Parlamenti Aİ ölkələrinin hüquq mühafizə orqanlarına öz ərazilərində Maqnitski işinə aidiyyatı olan rusiyalı vəzifəli şəxslərin aktivlərini dondurmağı təklif edir. İndiki halda praktik olaraq Mahir Abdullayevin işinin perspektivi var. İstisna olunmur ki, bu, kartları qarışdıra və Prezident Administrasiyasında oktyabr seçkilərinin planlaşdırılan nəticəsini alt-üst edə bilər. Abdullayev 2003-cü ilin oktyabrın 13-də, prezident seçkilərinə iki gün qalmış oğurlanıb və izsiz yoxa çıxıb. 10 il sonra seçki ərəfəsində bu oğurluq bu işdə əli olan rejimlə acı zarafat edə bilər. Turan Analitik Xidməti
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?