GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Hakimiyyət daxilində “Tonqal” qalayanlar kimlərdir?

Hakimiyyət daxilində “Tonqal” qalayanlar kimlərdir?

Tarix: 25-02-2013, 10:18 Bölmə :Manşet Baxış: 1 237
Hakimiyyət daxilində “Tonqal” qalayanlar kimlərdir?

Prezidentin müşavirəsindən sonra “Tonqal”
restoranında silahlı atışma olub və xəsarət alanlar var


Atışmada generalın qardaşı oğlanlarının olduğu deyilsə də, DİN insident baş verməsini təkzib edir

Prezident İlham Əliyevin hökumətin toplantısında bəzi məmurlara və onların «qudurmuş» övladlarına barmaq silkələməsindən heç bir həftə keçməmiş növbəti analoji hadisə yaşanıb.Fevralın 19-dan 20-nə keçən gecə Bakıda, Həsən Əliyev prospektində yerləşən “Tonqal” restoranında müdhiş olay baş verib.
“Bizim Yol” qəzetinin yazdığına görə, hakimiyyətin yuxarı eşelonlarında təmsil olunan bir generalın yaxın qohumları restoranda yeyib-içəndən sonra dava - dalaş salıblar. Mübahisə yumruq davasına, dava isə silahlı atışmaya qədər böyüyüb. Restoranın yaxınlığındakı binalarda yaşayan sakinlər hadisə yerinə polis çağırıblar. Amma hadisə yerinə gələn polis əməkdaşları, əməliyyatçılar atışan şəxslərin kimliyini bildikdən sonra olaya müdaxilə etməkdən çəkiniblər. Beləliklə generalın qardaş uşaqları və dostları “razborka”nı bitirəndən sonra heç nə olmayıbmış kimi ərazidən uzaqlaşıblar.
«Bizim Yol»un iddiasına görə hadisə zamanı bir neçə nəfərin ağır xəsarət alıb. Hadisə yerinə yaxın ərazidə yaşayan sakinlər də baş verənlər barədə danışmaq istəməyib. Vətəndaşlar həmin şəxslərin cəzalandırılmasının mümkün olmadığını bildiriblər. Xatırladaq ki, prezident İlham Əliyevin fevralın 12-də keçirdiyi müşavirədə məmurlara xəbərdarlıq edərək belə hərəkətləri yığışdırmağı tələb etmişdi:
“…Harınlayırlar, qudururlar, heç kimi saymırlar! Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə?! Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin etmişəm vəzifəyə, mən də çıxaracağam lazım bildikdə.
Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq edir, nadanlıq edir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaqdır. Bunu hamı bilsin! Şəhər küçələrini yarış meydanına çevirənlər də bilsinlər! Hamısı həbs ediləcək! Vəssalam! Daxili işlər naziri gündə mənə məlumat verəcəkdir. Avtoxuliqan, özünü apara bilməyən, ictimai asayişi pozan, qanunlara əməl etməyən, adət-ənənələrimizi yerə vuran hər bir kəs cəzalandırılacaqdır. Onu hamı bilsin”.
Prezident daxili işlər nazirinin hər gün ona məlumat verməsini tələb edib. Amma görünür ölkədə Daxili İşlər Nazirliyinin belə gücü çatmadığı məsələlər var. Burda diqqəti cəlb edən başqa bir məqam da var. Əlbəttə, bu məsələnin baş verənlərin mahiyyətinə heç bir aidiyyatı olmasa da maraq doğurur.
Yanvarın 23-də İsmayıllı sakinlərini üsyana qaldıran nazir balasının “Çıraq” hotelində yeyib-içib aləmi bir birinə qatması səbəb oldu. Nədənsə bu dəfə hadisə “Tonqal”da baş verib, həm də prezidentin barmaq silkələməsindən və bir neçə məmuru işdən qovmasından qısa bir zaman sonra.
Görünür, hakimiyyətin içində hələ də kifayət qədər tonqal qalayanlar var. Belə olmasaydı, müşavirədən az bir vaxt sonra belə bir olay baş verməzdi. Hadisə ilə bağlı “Gündəm xəbər”ə mötəbər qaynaqdan gələn xəbərə görə, həmin generalın kimliyi bəllidir. Onun qardaşı oğlu ilk dəfə deyil ki, silahlı atışmada iştirak edir.
Atışmaya səbəb isə generalın qardaşı oğlanlarına qarşı saymazlıq edildiyi bildirilir. Restoranda yeyib-içən həmin şəxslər deyilənə görə, hörmətsizlik edib, generalın qardaşı oğlanlarını saymayıb və mübahisə düşüb. Məlumata görə, atışma zamanı həmin şəxslər ayağından vurulub.
Daxili İşlər Nazirliyi isə silahlı insident baş verməsi barədə mətbuatda yayılan informasiyalara münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında qeyd edib ki, bu barədə bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar yalandır: “Fevralın 19-dan 20-ə keçən gecə “Tonqal” restoranında heç bir hadisə baş verməyib. Bəzi kütləvi informasiya vasitələrində həmin restoranda guya bir neçə şəxs arasında mübahisə düşməsi və nəticədə atışma olması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil və tərəfimizdən təkzib olunur”.

Aslan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakının tanınmış restoranında qan töküldü - VİDEO

    Bakının tanınmış restoranında qan töküldü - VİDEO ...

    3-09-2014, 11:48

  • 
  • Azərbaycan və Türkiyə vətəndaşları arasında silahlı insident: 4 yaralı

    Azərbaycan və Türkiyə vətəndaşları arasında ...

    1-07-2013, 23:47

  • 
  • Tonqal ətrafında başlayan içki məclisi qanlı bitdi

    Tonqal ətrafında başlayan içki məclisi qanlı bitdi ...

    15-12-2013, 21:16

  • 
  • Bakıda silahlı insident: avtomobil atəşə tutuldu

    Bakıda silahlı insident: avtomobil atəşə tutuldu ...

    10-06-2013, 15:29

  • 
  • Bakıda restoranda kütləvi dava: ölən və yaralananlar var

    Bakıda restoranda kütləvi dava: ölən və ...

    20-11-2014, 23:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu