Bakının Binəqədi rayonu ərazisində tanınmış restoranlardan birində kütləvi dava olub. Müştərilərlə restoranın mühafizəçiləri arasında baş verən insident zamanı 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Restorana müştəri kimi gələn 8-9 nəfərlik qrup sərxoş olduqdan sonra digər müştəriləri narahat etməyə başlayıblar. Bu zaman restoranın mühafizəçiləri onlara mane olmağa çalışıblar və tərəflər arasında yaranan mübahisə kütləvi davaya çevrilib.
İnzibatçı İlkin Qurbanov hadisənin necə baş verdiyini açıqlayıb: “Başqa masalardakı qadınlara qarşı əxlaqsız hərəkətlər edirdilər. Bizim mühafizəçilər məsələni aydınlaşdırmağa çalışırdı. Mühafizəçilər onları bayıra çıxarmaq istəyəndə qabları atmağa başladılar”.
İlkin məlumata görə, kütləvi dava zamanı 3 xəsarət alıb. Yaralılar Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar.
Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin əməliyyat qrupu gəlib, araşdırma aparılır. Polis İdarəsinin rəisi Namiq İsayevin rəhbərliyi ilə əməliyyat-istintaq qrupu restorana baxış keçirib.
Hadisə nəticəsində restorana külli miqdarda ziyan dəyib.(apatv)
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?