GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » “Milyarderlər İttifaqı”nın Naxçıvan klanı ilə Dərbənd toqquşması

“Milyarderlər İttifaqı”nın Naxçıvan klanı ilə Dərbənd toqquşması

Tarix: 25-02-2013, 10:19 Bölmə :Manşet Baxış: 1 921
“Milyarderlər İttifaqı”nın Naxçıvan klanı ilə Dərbənd toqquşması

Abbas Abbasov Ziya Məmmədovun Dağıstanda obyektlərini sökdürür

RATİ-nin üzvü olan Ramazan Abdulatipov gələr-gəlməz Azərbaycan hakimiyyətinə barmaq silkələdi

Azərbaycan hakimiyyəti ilə “Milyarderlər İttifaqı” arasındakı soyuq müharibə barədə yazdıqlarımız təsdiqlənir. Əliyevlərə qarşı təzyiq rıçaqlarının genişləndiyi hər ampluada nəzərə çarpır. Belə ki, Dərbənddə nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu deyilən iki otel, bir istirahət mərkəzi və daha bir neçə obyekt söküləcək.

Abdulatipovun keçilməz “Qostinıy dvor”u

Bu barədə Dərbənddə yaşayan həmyerlimiz Elman Həsənəliyev “Azadlıq” qəzetinə məlumat verib. Onun dediyinə görə, sökülən və obyektlər arasında şəhərin Rıbzavod, küçəsi 54 ünvanında yerləşən “Qostinıy dvor”, Krasnaya Zarya küçəsi 13-də yerləşən “Freqat” otelləri var. Bundan başqa Xəzərin sahilində yerləşən “Çayka” istirahət mərkəzinin satın almasında baş verən qanunsuzluqlarla əlaqədar onun fəaliyyəti dayandırılır.
E.Həsənəliyevin dediyinə görə, Dərbəndin Qamzatov küçəsində və köhnə bazar deyilən ərazidə yerləşən iki restoran da arxitektura qaydalarına uyğun gəlmədiyi üçün söküləcək. Adı gedən ünvanlardakı restoranların təhsil nazirliyində yüksək vəzifədə çalışan məmura aid olduğu deyilir. Otel və istirahət mərkəzlərini isə Ziya Məmmədovun hələ 8-9 il bundan qabaq aldığı bildirilir. Onu da qeyd edək ki, dünən Dağıstan prezidentinin səlahiyyətlərini icra edən Ramazan Abdulatipov Dərbənddə olub.
Məlumata görə, Dərbəndi gəzən Ramazan Abdulatipov şəhərin sel basan hissəsinin hələ də dağıntı və palçıqdan təmizlənməməsinə əsəbiləşib.
Ramazan Abdulatipov şəhər sakinləri qarşısında Dərbənd şəhərinin meri İmam Yarəliyevi danlayıb. Eləcə də Dərbənd rayon Administrasiyasının başçısı Qurban Qurbanovu sərt tənqid edib. Nazirin əmlaklarının yerlə-yeksan olunması planı isə ciddi narazılıqla qarşılanıb. Z.Məmmədov mülklərini qorumaq üçün hərəkətə keçib və Dərbənd rəhbərliyi ilə razılıq əldə etməyə can atır. Bu haqda əldə etdiyimiz özəl məlumata görə, R.Abdulatipov ilk günlərdə özünü xalqın qayğısına qalan bir rəhbər kimi göstərməyə çalışır.

Ziya Məmmədova verilən Dağıstanın fəxri adı

Ona görə də məmurların əmlakına qol qoyur, əhalinin sosial problemləri ilə maraqlanır. Z.Məmmədov isə R.Abdulatipova “elçi” düşmək üçün Azərbaycan rəhbərliyi ilə əlaqə saxlayıb. Nazir obyektlərinin əldən getdiyini bildirərək prosesin dayandırılmasını xahiş edib. Hələlik ona bir cavab verilməyib. Ehtimal olunur ki, R.Abtulatipov “Milyaderlər İttifaqı”nın bir nümayəndəsi kimi Azərbaycan hakimiyyətində təmsil olunan iri ranqlı, böyük pullara sahib olan nazirə təzyiq göstərir.
Bir müddət əvvəl Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədova nəqliyyat sahəsində göstərdiyi xidmətlərinə görə Dağıstan Respublikası Dövlət Şurasının sədri Moqamed Maqomedovun fərmanı ilə “Dağıstan Respublikasının fəxri nəqliyyat işçisi” adı verilib. Bundan başqa, Dağıstan Respublikasının Dərbənd rayonu administrasiyasının qərarı əsasında isə Z.Məmmədova Dərbənd rayonu qarşısındakı xidmətlərinə görə “Dərbənd rayonunun fəxri vətəndaşı” adı verilib.
Qərarı Dağıstan Respublikası Dövlət Şurasının üzvü, Dərbənd rayon administrasiyasının başçısı K.Kurbanov imzalayıb. İndisə Dağıstanın fəxri vətəndaşı və nəqliyyatçısına məxsus tikililər buldozer qabağına verilib uçurulacaq. Belə bir addım atılacağı halda hansı proseslərin cərəyan edəcəyini bəri başdan təxmin etmək çətindir.
Yada salaq ki, nəqliyyat nazirinin Azərbaycanda olduğu kimi, Dağıstanda da yük daşımaları şirkətləri, hotelləri, böyük zavod və fabrikləri fəaliyyət göstərir. Həmin müəssisələrdə xeyli yerli sakin işlə təmin olunub. Bundan başqa, nəqliyyat nazirinin Dağıstanda saysız-hesabsız qoyun sürülərinin olduğu da bildirilir. İstisna deyil ki, nazirin zavod-fabrikləri, mal-qara təsərrüfatı da əlindən alınsın.

“Milyarderlər İttifaqı” Dağıstanda...

Dağıstanın əvvəlki rəhbərliyi ilə sıcaq münasibətlərdə olmuş nazirin çirkli pullarla əlaqəsi olduğu da iddia olunur. Adı daim korrupsiyada hallanan nazir Dağıstandakı biznesindən gələn gəliri bu ölkəyə yatırmaqla özünə müəyyən immunitet və üstünlüklər əldə edib. Z.Məmmədovun bu addımlarını nazir postundan uzaqlaşandan sonra ölkədən getmək istəyinin olması ilə də əlaqələndirənlər var. Yəni, Z.Məmmədov özünə indidən “ehtiyat aerodrom” hazırlayır. O, “vurulacağı” təqdirdə ölkəni tərk edərək rahatca qonşu ölkələrin birində yaşamağı planlaşdırır. Bəs, niyə Z.Məmmədovun obyektləri dağıdılır və bunu kim edir?
Vurğulayaq ki, Dağıstanda böyük biznesi olan azərbaycanlı məmurlar arasında baş nazirin sabiq I müavini Abbas Abbasov da var. Dağıstanın yeni rəhbəri isə A.Abbasovla birgə “Milyaderlər İttifaqı”nda təmsil olunur.
Bu iki şəxsin Dağıstanda peyda olması və Z.Məmmədovun obyektlərini uçurtmaq planı məhz Rusiyanın Azərbaycan hakimiyyətinə olan təzyiqlərinin tərkib hissəsidir. Çoxları sual verə bilər ki, bəs həmin ittifaqda olan Z.Məmmədovun yaxın dostu AST-Telman niyə onu qorumur? Və sual ritorikdir. Çünki AST-Telman Rusiyanın bu layihəsində birbaşa iştirak etmir və onun Kremlin projesinə müdaxilə etmək haqqı yoxdur. Meqa-layihəyə görə bir nazirlə dostluğu pozmaq elə bir faciəvi hadisə deyil. Göründüyü kimi, Dağıstanda biznesi olan A.Abbasov Abdulatipovun vasitəsilə nazirin mülklərini dağıtdırmaq istəyir.

Yusif Aslan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Abbas Abbasovun müəmmalı Dərbənd səfəri

    Abbas Abbasovun müəmmalı Dərbənd səfəri ...

    2-05-2013, 03:04

  • 
  • Dərbənddə daha bir etiraz aksiyası

    Dərbənddə daha bir etiraz aksiyası ...

    2-08-2014, 02:12

  • 
  • Rəsmi Bakı “Milyarderlər İttifaqı”na qarşı hələ də qəzəblidir

    Rəsmi Bakı “Milyarderlər İttifaqı”na qarşı hələ ...

    12-01-2014, 00:51

  • 
  • “Milyarderlər İttifaqı” gəncləri toparlayır

    “Milyarderlər İttifaqı” gəncləri toparlayır ...

    29-04-2013, 21:01

  • 
  • Hakimiyyətdən Ziya Məmmədova şok zərbə

    Hakimiyyətdən Ziya Məmmədova şok zərbə ...

    12-01-2014, 21:32


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu