Millət vəkili Əli Hüseynli Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Nəqliyyat Nazirliyindən alınaraq Daxili İşlər Nazirliyinin tərkibinə verilməsini təklif edib.
gundemxeber.az qafqazinfo-ya istinadən bildirir ki, Ə.Hüseynli qeyd edib ki, bu qurumun tərkibində olan funksiyalar yol polisində də var. Sözügedən mərkəzə də büdcədən pul ayrılır. Yaxşı olardı ki, bu qurum da Daxili İşlər Nazirliyinin tərkibinə birləşdirilsin".
Millət vəkili Adil Əliyev də deputat həmkarının təklifini dəstəkləyib:
"Bəzən yol polisindən işıqforun yanmamasını soruşanda deyirlər ki, bu səlahiyyət bizdə deyil. Həmin anda da NİİM-ə zəng etmək çətin olar. Yaxşı olardı ki, bu qurum Daxili İşlər Nazirliyinin tərkibinə birləşdirilsin".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?