Nəqliyyat Nazirliyinin tərkibində fəaliyyət göstərən Nəqliyyat Müfəttişliyi ləğv olunur. Bu barədə Qaynar.info-ya nazirlikdəki mənbədən məlum olub.
Mənbənin bildirdiyinə görə, Müfəttişliyin səlahiyyətləri Dİn-in Dövlət Baş Yol Polisi İdarəsinə (DBYPİ) veriləcək.
Qeyd edək ki, müstəqil ekspertlər çoxdan adəçıkilən qurumun ləığv edilməsi zərurəti haqqında danışırdılar. Bu yaxınlarda isə iqtisadçı Natiq Cəfərli bildirmişdi ki, “Nəqliyyat Müfəttişliyi Azərbaycan qanunvericiliyinə zidd qurumdur. Nazirliyin yaratdığı qurum səhmdar cəmiyyət kimi fəaliyyət göstərir və onların qazancı sürücülərə yazılan cərimələrdən çıxır. Dövlət qapalı səhmdar cəmiyyətə cərimə yazmaq hüququnu verə bilməz. Ona görə də bu qurum ləğv olunmalıdır”.
Xatırladaq ki, hətta bütövlükdə Nəqliyyat Nazirliyinin özünün ləğv olunmasını təklif edənlər də az deyil.
Son vaxtlar Nəqliyyat Nazirliyi bir çox önəmli səlahiyyətlərini itirib. Paytaxtda yol tikintisi Bakı Şəhər Icra Hakimiyyətinə, qəsəbə daxili yolların salınması bələdiyyələrə tapşırılıb. Sərnişindaşıma sahəsi də Bakı Şəhər İcra Hakimiyyətinə verilib.
Bundan başqa, taksi fəaliyyətinə lisenziya verilməsi ASAN Xidmətə tapşırılıb.
Bir sözlə, Nəqliyyat Nazirliyi böyük sürətlə formal quruma çevrilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?