Məlum olduğu kimi Gədəbəyli iş adamları ötən həftə Beynəlxalq Mətbuat mərkəzində (BMM) yerli icra strukturları tərəfindən taptalanmış hüquqlarının müdafiəsi üçün, Prezidentə müraciət etmək üçün geniş mətbuat konfrası keçirdilər. Bu mövzunun geniş ictimai rəy almasına səbəb o oldu ki, Bir neçə il bundan öncə "Gündəm Xəbər" qəzetində Gədəbəyli iş adamı mərhum Əli Abdullayevin taptalanmış hüquqlarının müdafiəsində haqlı tənqidlər atəşinə tuş gələn rayon İcra başçısı Ramiz Yedyarov, Maliyyə idarəsinin müdiri Namiq Məmmədov və digər yerli məmurlar narahat olmağa başladılar. O, vaxtdan bəri haqqı taptalanan iş adamlarının sayı artmağa başladı. Bu gündə "Gündəm Xəbər" qəzeti öz xalqının yanında olmaqla məmurlara qarşı öz tənqidi yazılarını dayandırmadan mübarizəsini davam etdirir. Əldə etdiyimiz məlumata görə bu qədər iş adamlarına qarşı aparılan haqsızlıqla bağlı Gədəbəy rayon İcra Hakimiyyətinə hələdə dur deyilməməsinin səbəbi o olub ki, PA -da 1-ci müavin Qüdrət Paşayevin qardaşı Feldiger xidmətinin rəisi General Mayor Ədalət Paşayevdir. Daxil olan məlumata görə bu iki qardaşın himayədarı, Prezidentin sərəncamına əsasən istefaya göndərilmiş MTN -nin hazırda həbsdə olan Monitorinq Mərkəzinin rəisi Teymur Quliyevdir. Onu da əldə edə bildik ki, bir vaxtlar Ədalət Paşayev PA-da polkovnik rütbəsində olan zaman daşıdığı vəzifəsindən qovulurmuş. Nəhayət MTN -nin Monitorinq Mərkəzinin rəisi Teymur Quliyev işə müdaxilə edərək Ədalət Paşayevə General rütbəsi verdirməklə onu işdə saxlamağa nail ola bildi. Bu günlərdə "Gündəm Xəbər"ə daxil olan məlumatdan aydın oldu ki, Prezident İlham Əliyevin MTN haqda məlum göstərişlər verməzdən əvvəl Gədəbəy İcra başçısının birinci müavini Qüdrət Paşayev , Maliyyə idarəsinin müdiri Namiq Məmmədov və PA-da Feldiger xidmətinin rəisi General Mayor Ədalət Paşayev bir masa arxasında oturaraq qəzetimizi susdurmaq haqqında müzakirələr aparıblar. Belə nəticəyə gəliblər ki, hər üçünün himayədarı olan və hazırda həbs olunan MTN-nin Monitorinq Mərkəzinin rəisi Teymur Quliyevi bu haqda məlumatlandıralar və qəzetimizə qarşı MTN tərəfindən ciddi təzyiqlər etdirələr. Nəhayət belə qənayətə gəlmək olar ki, bu məmurların uzun müddət vəzifə masasında oturmalarına səbəb MTN faktoru olub. Redaksiyamızı məlumatlandıran qaynağın dedikləri yuxarıda sadaladıqlarımızın təsdiqin edir. Belə ki, bir müddət öncə MTN-nin Monitorinq Mərkəzinin rəisi Teymur Quliyevlə yemək masası arxasında əyləşən Gədəbəy rayon Maliyyə idarəsinin şefi Namiq Məmmədov və digər, qaynağımızın tanıya bilmədiyi dostlarından birinin yemək yeməsi olub. Beləliklə, general-mayor Teymur Quliyev kimdir? 1970-ci ildə Bakıda anadan olan Teymur Quliyev Xalq Təsərrüfatı İnstitutunu (indiki İqtisad Universiteti) bitirib. Teymur Quliyev daha sonra DİN sistemində çalışıb. DİN-in iqtisadi cinayətkarlığa qarşı mübarizə idarəsində gələcək MTN rəhbəri Eldar Mahmudovun bilavasitə rəhbərliyi altında işləyib. Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunandan sonra T.Quliyevin də iş yeri dəyişir. O, MTN-də təchizat şöbəsinin rəisi postuna gətirilir. Lakin bu vəzifədə az işləyir və tezliklə daha yüksək posta - MTN-in Monitorinq Mərkəzinin rəisi vəzifəsinə təyinat alır. 2012-ci ildə ona general-mayor hərbi rütbəsi verilir. Teymur Quliyevin mərhum atası Rəcəb Quliyev uzun illər polis sistemində işləyib. Bir sıra rayonların polis rəisi olub. T.Quliyevin əmisi Rəhim Quliyev də polis sistemində işləyib. DİN-də məsul vəzifələr tutub. 1980-ci ildən isə daxili işlər nazirinin müavini olub. Quliyevlər əslən Gədəbəy rayonundandır.
Mövzu diqqətimizdədir, bizi izləyin. "Gündəm Xəbər"
Sorğu
Yeni dizaynımız necədir?