GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycanda ibtidai icma qanunları hökm sürür

Azərbaycanda ibtidai icma qanunları hökm sürür

Tarix: 28-02-2013, 10:31 Bölmə :Manşet Baxış: 4 116
Azərbaycanda ibtidai icma qanunları hökm sürür

Ölkəni idarə edən məmur-oliqarx qohumbazlığı

Azərbaycanda oliqarx-məmurlar arasında qohumluğu geniş vüstə alıb. Bəzi məmurlar öz yerini bərkitmək, bəziləri daha yuxarıya qalmaq üçün özünə yaxın bildiyi məmurla qohum olur.
Düzdür, qanunvericiliyə görə buna hər-hansı qadağa yoxdur. Ancaq burası Azərbaycan olduğu üçün hamıya bəllidir ki, məmur-oliqarxlar nəyə görə və nə məqsədlə bir-birləriylə qohum olurlar.
Biz çox saylı araşdırmalardan sonra ölkə həyatının güc mənbəyi hesab olunan bəzi məmurların qohumluq ilişgilərini oratlığa çıxarda bildik. Ancaq qeyd edək ki, bu tam siyahı deyil. Hələ bizim bilmədiyimiz onlarla oliqarx var ki, başqa bir məmurla qohumluq münasibətindədirlər...
Keçək əsas mətləbə. Elə birinci qardaşlardan başlayaq. Görək hansı məmurun qardaşı hökümətdə vəzifə tutur.

Qardaş hesabına yüksələnənlər, yoxsa?

Bu günlərə kimi Şamaxının icra başçısı olmuş Asif Məmmədovdan başlayaq. Keçmiş başçının qardaşı “Hacı İqbal” kimi tanınan Lerikdən deputat seçilən İqbal Məmmədovdur.
“Vurulan” başqa bir icra başçısı İsmayıllının “şefi” Nizami Ələkbərov Əmək və Əhalinin Sosial Müdafiə naziri Füzuli Ələkbərovun qardaşıdır.
Gəncənin icra başçısı Elmar Vəliyev isə ölkənin hərbi prokuroru Xanlar Vəliyevin qardaşıdır.
Şirvan Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalovdur. O, müdafiə sənayesi naziri Yavər Camalovla qardaşdır.
Tovuz rayonunun icra başçısı da qardaş hesabına vəzifə görəvi qazananlardandır. Belə ki, rayonun icra başçısı Tofiq Zeynalov DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qardaşıdır.
Qazax rayonunun icra başçısı Ayaz Əsgərov Dövlət Dəmiryolu İdarəsinin rəisi Arif Əsgərovun qardaşıdır.
Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov isə Milli Məclis deputatıdır.
Mərkəzi seçki Komissiyasının sədri Məzahir pənahov qardaşı Elxan Pənahovu Yevlaxa prokuror təyin etdirməyi bacarıb.
Zaqatalanın icra başçısı Mübariz Əhmədzadə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin qardaşıdır.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, bütün Qafqazın şeyxi hacı Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadə Lənkərandan deputat seçilib.
Abşeronun icra başçısı Zakir Fərəcov deputat Nazim Fərəcovun qardaşıdır.
Əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənovun qardaşı Malik Həsənov da deputat mandatını əldə edənlərdəndir. O, həmçinin “Azinko” tikinti şirkətinin başçısıdır.
Salyan rayonunun sabiq icra Rasim Bəşirov Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirovun qardaşıdır.
Baş nazirin müavini, “Dövlətqaçqınkom”un sədri Əli Həsənovun qardaşı Ramiz Həsənov vaxtilə Sumqayıt icra başçısının müavini vəzifəsində çalışıb. Hazırda isə o, Zəngilan rayon İcra Hakimiyyətinin başçısıdır.
“Azəriqaz” Səhmdar Cəmiyyətinin keçmiş prezidenti Əlixan Məlikovun qardaşı Fəxrəddin Məlikov Kürdəmir rayonunun icra başçısı vəzifəsini tuturdu. Onların hər ikisi hazırda “sabiq” statusuna malikdirlər.
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qardaşı Akif Quliyev Sumqayıt şəhər, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun qardaşı Qəzənfər Həsənov Sabunçu rayon icra hakimiyyətlərində müavin vəzifəsində çalışırlar.
Daşkəsən rayonunun icra hakimiyyətinin başçısı olan Əhəd Abıyevin bu günlərdə qardaşı Zəfər Abıyev Daxili İşlər Nazirliyinin Qazaxıstandakı nümayəndəsi təyin olunub.
Baş prokurorun əmri ilə ikinci səlahiyyət müddətinə Xəzər rayon prokuroru vəzifəsinə təyin edilən Fəxri Ələsgərov Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun qardaşıdır. Onlar Milli Məclisin sabiq deputatı, mərhum Murtuz Ələsgərovun oğlanlarıdırlar.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəis müavini Emin Şahbazovun qardaşı Oqtay Şahbazov hazırda Azərbaycan Respublikası Prezidenti Administrasiyasında rəhbər vəzifə tutur. Oqtay Şahbazov Prezidentin işlər idarəsində işlər müdirinin birinci müavini postunda çalışır. Elə Prezidentin işlər müdirinə aid bəzi məsələləri, o cümlədən vətəndaşların qəbulunu da Oqtay Şahbazov həyata keçirir.
Baş nazirin müavini Elçin Əfəndiyevin qardaşı Timuçin Əfəndiyev uzun illərdir Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsində çalışır.

Qardaş qədər əziz olan qudalar

Qardaş məmurlar bu hökumətdə təmsil olunduğu qədər məmur-oliqarx qudalar da onlardan geri qalmır.
Samux rayonunun icra başçısı Alı Qocayev Milli Məclisin sədri Oqtay Əsədovun qudasıdır.
Sumqayıt şəhər Telekommunikasiya Qovşağının rəisi Akif Əsgərovla Sumqayıt Regional Təchizat İdarəsinin rəisi Xəndan Əhmədov da qudadır.
Təhsil naziri Misir Mərdanovla Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin keçmiş hakimi Mənsur İbayev arasında da var.
Qətlə yetirilmiş general Rail Rzayev də general Əliağa Hüseynovun qardaşı ilə qohum idi.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da qudadır.
Daha bir məşhur quda isə sabiq səhiyyə naziri Əli İnsanovla Bakı Şəhər Baş Polis İdarəsinin sabiq rəisi, hazırda Prezident Administrasiyasında şöbə müdiri vəzifəsini tutan general Məhərrəm Əliyevdir.
Daxili işlər naziri Ramil Usubovla Xətai rayonunun prokuroru Yusif İldırımzadə də quda olublar.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov ötən il Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qızını gəlin gətirib. Fövqəlnazir kiçik oğlu Nicat Heydərova Elçin Quliyevin qızını alıb.
Elmar Vəliyev Baş Prokurorluğun idarə rəisi olan Əzizağa Həsənovla qudadır. İcra başçısı idarə rəisinin qızını oğluna alıb.
Ziya Məmmədovun oğlu Anar Məmmədov Hesablama Palatasının sədri Heydər Əsədovun kürəkənidir.
Ötən il övladlarına toy edib məmur quda qazananlardan biri də milli təhlükəsizlik naziri Eldar Mahmudov olub. Nazir evinə Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevin qızını gəlin gətirib.
Nəqliyyat nazirinin müavini Musa Pənahov Moldovanın keçmiş prezidenti Vladimir Voroninlə qudadır. Musa müəllimin oğlu Voroninin nəvəsi ilə evlənib.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevlə qudalıq qohumluğundadır.
Allahşükür Paşazadənin başqa bir qohumu da vəzifədədir. Belə ki, deputat Hacı Qalib Salahzadə şeyxlə qudadır.

Davam edir siyahı, davam edir...

Qardaş və quda qohumluğundan başqa məmurlar başqa qohumlarını da vəzifəyə gətirə biliblər.
Neftçala rayonunun icra başçısı İsmayıl Vəliyev fövqəlnazir Kəmaləddin Heydərovun yaxın qohumudur.
Göyçayın icra başçısı Mənsur Məmmədov Ziya Məmmədovun bacısı oğlu olduğu bildirilir. Bəzi məlumatlar da Məmmədovların xala oğlu olduğu da söylənilir.
Bakının Binəqədi rayonunun icra başçısı Xaləddin İsgəndərov vergilər naziri Fazil Məmmədovun kürəkənidir - bacısının həyat yoldaşı.
Salyan Polis İdarəsinin rəisi Fuad Məmmədov tutduğu vəzifədən azad olunaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə rəis müavini vəzifəsinə təyin edilib. Fuad Məmmədov Ziya Məmmədovun qardaşı oğludur.
DİN Pasport İdarəsinin rəisi Arzuman Əliyev də Ziya Məmmədovun qohumudur.
Yeri gəlmişkən, nazir Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova “Tərəqqi Texniki Humanitar liseyi”nin (66 nömrəli orta məktəb) direktorudur.
Əhəd Abıyevin qardaşı oğlu Heydər Abıyev Milli Təhlükəsizlik Nazirliyinin Quba rayon şöbəsinə rəisidir.
Simulyasiya Mərkəzinin rəis müavini Vüqar Əbiyev Səfər Əbiyevin qardaşı oğludur. Mərkəzi Hospital aptekinin rəis müavini Səfər Əbiyevin oğlunun qaynıdır. Nəsimi rayon hərbi komissarı, Binəqədi rayon hərbi komissar əvəzi Səfər Əbiyevin yaxın və ya uzaq qohumlarıdır.
Sabunçu rayon hərbi komissarı isə Müdafiə Nazirliyinin Hüquq idarəsinin rəisi Rauf Kişiyevin qaynıdır.
Prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovun yaxın qohumu Əqid Bayroyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin kadrlar şöbəsinin rəis müavini vəzifəsini tutur.
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəis müavini Namiq Quliyevin Fazil Məmmədovun bacısının həyat yoldaşıdır.
Sumqayıt şəhər “Su-kanal” Törəmə Səhmdar Cəmiyyətinin sədri Müşfiq Əsədovun spiker Oqtay Əsədovla qohum imiş.
Mənzil Kommunal Təsərrüfatı İstehsal İstismar Birliyinin rəisi Təvəkkül Məmmədovla Küçə İşıqları İdarəsinin rəisi Əhməd Məmmədov arasındadır. Belə ki, Əhməd Məmmədov keçmiş icra başçısının qardaşı oğludur.
Parlamentin deputatı Xanhüseyn Kazımlının oğlu Fəxri Kazımlı Azərbaycan İpoteka Fondunun icraçı direktorudur.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev də Milli Məclisin deputatıdır.
Kəmaləddin Heydərovun atası Fəttah Heydərov bnu illə 18 ildir ki, Milli Məclisdə deputatdır.
Ağsunun icra başçısı Ənvər Seyidəliyevin Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun dayısı olduğu bildirilir.
Abşeron rayon prokurorunun köməkçisi Bəhlul Yaqubov Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun oğludur.

Ziya Məmmədov birinci yerdədir

Ziya Məmmədov buna qədər sabiq baş hərbi komissar, Salyan rayonunun keçmiş icra başçısı, hazırkı deputat Əliağa Hüseynovla da qohum olub. Məlumata görə, onlardan birinin qardaşı digərinin bacısı ilə evlidir.
Nəqliyyat naziri həm də deputat Sabir Rüstəmxanlı ilə qohumdur. Belə ki, millət vəkili Sabir Rüstəmxanlı və Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlı bir müddət öncə Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun qızı Günel xanımla evlənib.
Göründüyü kimi nazirlər arasında daha çox Ziya Məmmədovun qohumları vəzifə sahibidirlər. Nazirin qudası Hesablama palatasının sədri, qardaşı deputat, bacısı direktor, başqa bir qohumu icra başçısı, qardaşı oğlu DİN-də çalışır və.s.
Baş Prokurorluğun idarə rəisi olan Əzizağa Həsənov əslən Salyan rayonundandır və onun qardaşı Hüseynağa Həsənov bu rayonun Mərkəzi Xəstəxanasının baş həkimidir.
Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevin isə Prezidentin Mühafizə Xidmətinin rəisi general Bəylər Əyyubovla qohumdur.
Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovla “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin də sözügedən qohumluq münasibətlərində olması bəllidir...
Tovuz rayonunun sabiq icra başçısı, hazırda Dövlət Statistika Komitəsi sədrinin birinci müavini vəzifəsini tutan Həmid Bağırov Azərbaycan Tibb Universitetinin rektoru, deputat Əhliman Əmiraslanovla qohumdur. Həmid Bağırov Əhliman Əmiraslanovun qaynıdır.
Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin rəsi Namiq Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur.
İmişlinin yeni təyin olunan icra başçısı Vilyam Hacıyev Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin əmisi oğludur.

***

Bu da bizim sizə təqdim etdiyimiz kiçik bir siyahı. Getdikcə dərinləşən bu burjuy münasibətlər illər ötdükcə daha da geniş vüsət alacaq. Çünki son illər bu tendensiyanın artdığı hiss olunur.
İlham Əliyevin 10 illik hakimiyyəti boyunca qohumların vəzifədə olması, bir yerdən çıxarılıb başqa görəvə təyin edilməsi və bu kimi oxşar halların Heydər Əliyev hakimiyyəti illərindən daha çoxdur. Birinci Əliyevin ölkəyə rəhbərliyi vaxtı bu cür münasibətlər çox az idi. İndi isə...
Yuxarıdakı siyahıya diqqət yetirin...

Ramin DEKO
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Oliqarx  məmurun 100 hektarlıq sahəsi əlindən alınıdı

    Oliqarx məmurun 100 hektarlıq sahəsi əlindən ...

    20-07-2016, 17:54

  • 
  • Ermənilərlə qohum olan məmurlar təşviş içində

    Ermənilərlə qohum olan məmurlar təşviş içində ...

    12-02-2013, 11:07

  • 
  • Daha iki iri məmur quda oldu

    Daha iki iri məmur quda oldu ...

    10-09-2013, 14:29

  • 
  • Hakim komandanın qohumluq əlaqələri

    Hakim komandanın qohumluq əlaqələri ...

    28-02-2013, 10:45

  • 
  • Oliqarx-məmurlar övladlarının şıltaqlığına görə xofa düşdülər

    Oliqarx-məmurlar övladlarının şıltaqlığına görə ...

    28-04-2014, 10:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu