Bəzi məmurların erməni bağlılığı “tuz kozır” kim saxlanılır
2013-cü il Azərbaycanda sözün əsl mənasında dəyişiklik və ya siyasi maraqların kuliminasiya ili hesab edilə bilər. Məsələ burasındadır ki, 2012-ci ilin sentyabr ayının sonundan etibarən cəmiyyətdə və dövlətdə kənar qüvvələrin təsiri ilə canlanma yaxud da canlandırılmaya start verildi. Qərb və Avropa institutları Azərbaycan insanların beyninə hesablanmış və kütləni oyatmaq üçün addımlar atmağa başladılar. Bir-birinin ardınca birbaşa Qərbin təsir dairəsində olan KİV-lər qızıl mədənləri, Çexiya və başqa Avropa ölkələrində villalar barədə məlumatları dövriyyəyə buraxmaqla kütlə psixologiyasına işləyə biləcək təbliğat yeritməyə başladılar. Onlar yaxşı başa düşürdülər ki, Azərbaycanda dədə-babadan qalan bir psixologiya var və insanlar var-dövlət deyəndə qızıl, imarət və bu kimi cah-cəlalı göz önünə gətirirlər. Yəni korrupsiya, rüşvətxorluq, qanun pozuntusu kimi sözlərlə insanları oyatmaqdansa sadə və loru təbliğatla insanları ayıltmaq daha əlverişlidir. Ardınca isə sosial təbliğat siyasiləşdirildi və Elşad Abdullayevin videoları dövriyyəyə bomba kimi atıldı. Artıq bütün Azərbaycan insanı bu bombanın səsini nəinki eşitdi, həm də yerindən tərpənərək oyandı. Qərbin Azərbaycan projesinin işə düşməsi isə heç də səbəbsiz deyildi. Çünki Qərb kəşfiyyat orqanları və analitik institutlarında məlumat var idi ki, Putin hakimiyyətə gələr-gəlməz Cənubi Qafqazı öz təsirinə almağa çalışacaq və Gürcüstanla Azərbaycanı siyasi cəhətdən ələ keçirmək üçün bütün variantlara əl atacaq. Proqnozlar özünü çox gözlətmədi və çoxdan bəri Saakaşvilinin ayağının altını qazan Rusiya bir yekun həmlə ilə onu aşırdı. Qərb isə Cənubi Qafqazda yeganə Rusiya və Avropa arasında seçim etməyən ölkə olan Azərbaycanı Rusiyanın təsirinə düşməməsi üçün yuxarıda qeyd etdiyimiz kimi əməli işə keçdi. Qərbin bu niyyətindən sözsüz ki, Rusiya da xəbərsiz deyildi. Ona görə də Rusiya Milyarderlər ittifaqını gündəmə soxdu. Qərb bütün gücünü səfərbər edib, Rusiya meyilli Ramiz Mehdiyev və onun komandasını yola salmağa çalışır. Rusiya isə əksinə Ramiz Mehdiyevi qorumaq və ölkənin bütünlükdə onun nəzarətinə keçməsini istəyir. Çünki Sergey Lavrovun qohumu olan Ramiz Mehdiyev bütün parametrlərlə onların marağında olan adamdır. Ramiz Mehdiyev həm Rusiyanın iqtisadi-siyasi maraqlarını təmin edə bilər, həm də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini Rusiyanın istədiyi variantda həllini tezləşdirər. Yuxarıda Qeyd etdiyimiz kimi, Ramiz Mehdiyev Sergey Lavrovla qohumdur. Daha dəqiqi Pamiz Mehdiyevin həyat yoldaşının erməni əsilli Lavrova qohumluğu çatır. Eyni zamanda baş prokuror Zakir Qaralovun anası da Ramiz Mehdiyevin həyat yoldaşı Tamara Mehdiyeva ilə qohumdur. Təbii ki, erməni əsilli qüvvə ilə Rusiyanın istədiyi variantda Qarabağ probleminin həllinə nail olmaq daha əlverişlidir. Bu yerdə xüsusi qeyd etmək lazımdır ki, hazırda Rusiya və Qərb Azərbaycan hakimiyyətinin güc strukturları üzərində soyuq müharibə aparırlar. Əsgər ölümlərinə qarşı 12 yanvar aksiyası, Binədə keçirilən mitinq və İsmayıllı ixtişaşları da məhz bu soyuq müharibənin təzahürüdür. Hakimiyyətdaxili heç bir qruplaşmaya qoşulmayan Səfər Əbiyevlə, Eldar Mahmudov yalnız bir adama baş əyirlər – İlham Əliyevə. Ən böyük qoşun növü olan Müdafiə Nazirliyinin və bütün kompramatlara malik MTN-nin Ramiz Mehdiyevin qılıncının altından keçməməsi Rusiyanın maraqlarını alt-üst edir. Elə bu səbəbdəndir ki, Pamiz Mehdiyevin kurasiyasında olan qəzetlər və ekspertlər gah MTN-ə, gah da MN-ə qarşı kompaniya aparırlar. Naxsıvan MTN-i ilə bağlı silsilə kampaniya, əsgər ölümlərinə qarşı həyata keçirilən hücumlar bu qəbildəndir. Eyni zamanda Xüsusi Dövlət Mühafizə Xidməti də eynən MTN və MN kimi Ramiz Mehdiyevin ətrafında olmadığından ona da qarşı mətbuatda «işdən qorulmuş narazıların» çıxışı ara vermir. Bu yerdə maraqlı məqamlardan biri də ondan ibarətdir ki, 2005-ci ildə Ramiz Mehdiyevlə birləşib Əli İnsanovla Fərhad Əliyevin torbasını tikən Kamaləddin Heydərov da seyrçi mövqeyinə çəkilib. Yəni üzdə Ramiz Mehdiyevin tərəfində olduğunu nümayiş etdirən Kamaləddin Heydərov əslində qarşı tərəfə daha çox meyl edir. Bəlkə də bunun bir səbəbi prezientin ətrafında olan qüvvələrlə bir səfdə yer tutmağa üstünlük verməkdirsə, digər səbəbi Ramiz Mehdiyevin bu mübarizədən məğlub çıxacağı təqdirdə Naxçıvan klanının lideri estafetini əldə etmək arzusu ilə bağlıdır. Nəhayət hakimiyyətin əsas qruplaşması olan Paşayevlər də Mehdiyevə qarşı barışmaz mövqe tutub. Əslində Əkrəm Əylisli məsələsinin bu miqyasda şişməsi və gündəmdən çıxmasına imkan verilməməsi də Mehdiyev amili ilə əlaqədardır. Çünki, məhz naxçıvanlı olduqlarına görə bir vaxtlar Heydər Əliyevə qarşı silahlı birləşmə yaradıb həbsə düşən Fərəc Quliyevi də, Əliyevləri ən çox söyən Fazil Mustafanı da, bundan əvvəlki seçkidə Əkrəm Əylislini də millət vəkili edən Ramiz Mehdiyevdir. Yəni Əkrəm Əylisli məsələsi əslində Ramiz Mehdiyev üçün hazırlanan böyük kampaniyanın girişidir. Göründüyü kimi, bütün cəbhələr Ramiz Mehdiyevə qarşı birləşib. Yəni başda Paşayevlər olmaqla digər tərəflər də bu işdə maraqlıdır. Düzdür, yuxarıda qeyd etdiyimiz kimi əlində ən böyük qoşun növü olan Səfər Əbiyevlə, təhlükəsizliyə cavabdeh olan Eldar Mahmudov heç bir qruplaşmaya daxil deyil. Amma Ramiz Mehdiyevin basqısı altında özünümüdafiə instinqti onlarla Paşayevlərin maraqlarını birləşdirir. Kamaləddin Heydərov isə Naxçıvan klanının başına keçmək üçün Ramiz Mehdiyevlə vidalaşmaq istəyirlər. Beləliklə, yaxın günlərdə Əkrəm Əylisli ssenarisinin davamı olaraq Ramiz Mehdiyev və digər yüksək çinli məmurların ermənilərlə bağlılığı gündəmə çıxa bilər. Çünki bu fakt hakimiyyətin üst qatının əlində saxladığı əsas və son kartdır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?