Bu gün Milli Məclisdə “Uşaqların rifahı cəmiyyətin rifahının göstəricisidir” adlı beynəlxalq konfrans başlayıb. Modern.az xəbəır verir ki, Konfrans Avropa Şurasının “Hər beş uşaqdan biri” kampaniyası çərçivəsində keçirilir.
Konfransın keçirilməsi ilə əlaqədar Avropa Şurası Parlament Asambleyası (AŞ PA) Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin Xüsusi Alt Komitəsi də yaradılıb. Tədbirdə Azərbaycandan Milli Məclis sədrinin müavini Bahar Muradova, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası Komitəsinin sədri, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli, deputatlardan Sevinc Fətəliyeva, Asəf Hacıyev, Musa Qasımlı və bir sıra QHT rəhbərləri iştirak edirlər. Konfransa AŞPA-nın Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin sədr müavini Valeriu Qiletçi, AŞPA-nın məruzəçisi Silvia Eloisa Bone Pero, AŞPA üzvləri Stefan Şennak, Klemens Lammerskitten, Yunanıstan parlamentinin üzvü Maykl Katrinis, o cümlədən UNİCEF-in Bakı ofisinin rəhbəri Mark Herevard qatılıblar. Konfrans çərçivəsində təsis olunan Xüsusi Alt Komitənin iclası da keçiriləcək.
Tədbirdə çıxış edən millət vəkili, Milli Məclisin Sosial siyasət Komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra uşaq hüquqları daim diqqət mərkəzində olub. Bu istiqamətdə daim iş aparılıb: “Parlamentdə uzun müzakirələrdən sonra “Məişət zorakılığına qarşı” qanun qəbul olundu. Uşaqlara qarşı zorakılıq Avropada daha ciddidir. Azərbaycanda isə bu məsələlər ailə dəyərlərinin güclü olmasından, mentalitetdən, milli mənəvi dəyərlərdən irəli gəldiyindən kataklizm səviyyəsinə çatmayıb. Mən dəfələrlə müsahibələrimdə də demişəm ki, ailələrdə, məktəblərdə facebook və digər sosial şəbəkələrə məhdudiyyət qoyulmalıdır. Artıq bu məhdudiyyət bəzi dünya ölkələrində qoyulub. Biz belə bir fikir səsləndirəndə əksəriyyət bizim internetə qarşı olduğumuzu fikirşləşir. Amma belə deyil”.
Sorğu
Yeni dizaynımız necədir?