Diktatura rejimləri heç vaxt geri çəkilə bilməzlər, çünki arxada sıldırımlı qaya var
2013-cü il daxil olar-olmaz təlatümlər yaşatdı. Ard-arda baş verən proseslər cəmiyyətdə canlanma yaratdı. Bird aha sübut olundu ki, seçki ili həmişə qaynar olur. İstər baykot edilsin, istər vahid namizəd olmasın, istərsə də passivlik göz deşsin xeyri yoxdur, seçki ilidirsə ya vəlvələdən, ya zəlzələdən nəsə baş verəcək və elə də oldu. Üç ayın əsgəri Ceyhun Qubadovun hərbi xidmətdə vəhşicəsinə döyülərək öldürülməsi və buna görə gənclərin şəhərin mərkəzində icazəsiz aksiya keçirməsi, “Binə”də sahibkarların mitinqi, İsmayıllı da Quba olayının yaşanması, “Binə” və İsmayıllı hadisələrində iştirak edənlərin işgəncələrə məruz qalması və həbsinə görə gənclərin ikinci dəstək aksiyası, Əkrəm Əylislinin “Daş yuxular” romanına görə hakimiyyətin vətənpərvər damarının genişlənməsi, yazıçının kitablarının yandırılması, evinin qarşısında mitinq təşkil edilməsi, oğlunu və həyat yoldaşını işdən çıxarılması, üstəlik XALQ YAZIÇISI adından məhrum edilməsi seçki ilinin ilk ayında (sonuncu olay bir az uzandı və fevralın əvvəlinə qədər davam etdi) baş verdi.
Diktaturanın mahiyyəti - hansısa məmur hədələnməlidir
İndi isə hadisələr bir az səngiyib. Sanki ölkədə heç nə olmayıb. Bir növ hakimiyyət xalqa atəşkəs elan edib və məsələ həll olunub. Ancaq əslində məsələ o qədər də sadə deyil. Yuxarıda qeyd olunan olaylardan sonra görünür ki, aylar ötdükcə, seçki marafonu yaxınlaşdıqca ölkədə bu və buna bənzər olayların baş verəcəyi istisna deyil! Hakimiyyətin proseslərin qarşısını almaq üçün atdığı addımları bəlkə də uğurlu saymaq olar. Çünki hələlik nəticə var. Bu nəticəni ölkə başçısı İlham Əliyevin “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı bir neçə dəqiqəlik hədə dolu mesajlarına görə hesab etmək olar. Ancaq bu mesajlar bir daha sübut etdi ki, ölkədə hər şey heç də AzTV-də deyildiyi kimi deyil. Problemlər var və onu hətta İlham Əliyev belə dilə gətirir. Üstəlik, onun dəfələrlə təkrar etdiyi məsələlər, problemlər öz həllini tapmayıb. İndi məlum mesajlara bir-bir nəzər yetirək: “Bir neçə il əvvəl mən göstəriş vermişdim ki, maşınlardan plyonkalar sökülsün və buna son qoyulsun. Mən prezidentəm, mənim maşınımda plyonka yoxdur, hansısa üçüncü, dördüncü dərəcəli məmurun maşınını plyonka ilə bağlayırlar. Kimdən gizlənirlər? Qorxurlar ki, kimsə onları görəcək? Camaat onları görsə, nə olacaq ki, əriyəcəklər? Mən demişdim, o vaxt tədbirlər görüldü, söküldü, bu gün səhər maraqlanırdım, daxili işlər naziri deyir ki, təkcə ötən il 24 min plyonka söküblər. Bu 24 min adamın qulağı yoxdu? Onlar mənim nə dediyimi eşitmirlər? Yoxsa onların yadından çıxıb? Bu o qədər də böyük məsələ deyil, amma göstəricidir. Bu nə ayrı-seçkilikdir cəmiyyətdə? Sənin vəzifən, pulun var, özünü fərqləndirirsən. Sən get özünü işinlə, əməlinlə, ağlınla, ölkəyə verdiyin töhfəylə fərqləndir, daha plyonka ilə, bahalı əşyalarla yox. Bu gün də daxili işlər nazirinə dedim, bir daha eşidib bilsəm ki, plyonkalı maşın var, o maşın müsadirə edilməlidir. Qanunvecilikdə hansı düzəlişlər etmək lazımdırsa, onu da edərik. Belə olmaz, harınlayırlar, qudururlar, heç kimi saymırlar”. Mesajın bu hissəsi hər kəsə olmasa da, çoxuna tanışdı. Buna oxşar çıxışla İlham Əliyev bir neçə il öncədə çıxış etmişdi. Nazirləri ətrafına toplayaraq hər kəsi hədələdi. Bu çıxışın səhəri günü telekanallar şəhərdən canlı yayımlar nümayiş etdirdilər və bəlli oldu ki, qara plyonkadan istifadə edənlərin əksəriyyəti məmur və onların balalarıdır. Hətta deputatların bir neçəsinin maşınında da qara plyonkaları polislər kəsdilər. Bəs nə oldu? Heç nə üstündən heç 6 ay ötməmiş məsələ yenə əvvəlki dövrə qayıtdı. Plyonkalı maşınların sayı daha da çoxaldı. Ölkə başçısının “Təkcə ötən il 24 min plyonka söküblər. Bu 24 min adamın qulağı yoxdu? Onlar mənim nə dediyimi eşitmirlər? Yoxsa onların yadından çıxıb?” deməsi hər şeyi açıq-aydın göstərir. Etiraf edir ki, təkcə 2012-ci ildə 24 min adam İlham Əliyevi eşitməyib. Ya onun çıxışından xəbəri olmayıb (ancaq bu inandırıcı deyil – R.D), ya da qulaqardına vururlar. Çıxışın bu hissəsində “Bu o qədər də böyük məsələ deyil, amma göstəricidir” cümləsi isə lap yerindədir. Deməli, İlham Əliyev bilərəkdən, ya bilməyərəkdən etiraf edir ki, plyonka o qədər də böyük məsələ deyil. Əgər belədirsə prezident görəvi olan bir şəxs nədən adi məsələlərdən danışır. Vaxtı bu qədərmi çoxdur? Əgər həqiqətən vaxt qıtlığı yaşamırsa nədən bircə dəfə də olsun jurnalistlərin önünə çıxıb suallara cavab vermir? “Böyük qardaşı”, Rusiyanın prezidenti Vladimir Putin kimi canlı yayıma çıxmır. Məsələ heç də bu qədər sadə deyil. İş ondadır ki, ölkə başçısı kimisi hədələməlidir, kimdənsə danışmalıdır. Heç olmasa ildə bir dəfə.
İlham Əliyevin qüdrəti üçün edilən blef
Keçək çıxışın növbəti hissəsinə: “Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib? Onların güvəndiyi adamları vəzifəyə mən təyin eləmişəm, mən də lazım bildikdə çıxaracağam. Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü hardasa xuliqanlıq, nadanlıq edib, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq. Bunu hamı bilsin. Şəhər küçələrini yarış meydanına çevirənlər də bilsinlər, hamısı həbs ediləcək. Vəssəlam”. Burada söhbət yaxın günlərə qədər İsmayıllının icra başçısı olmuş, məlum olaydan təxminən iki həftə sonra vəzifəsindən uzaqlaşdırılan əmək və əhalinin sosial müdafiə naziri Füzuli Ələkbərovun qardaşı Nizami Ələkbərovdan gedir. İlham Əliyevin bu çıxışından sonra Nizami Ələkbərovla, Şamaxının icra başçısı, deputat İqbal Məmmədovun qardaşı Asif Məmmədov vəzifələrindən uzaqlaşdırdı. Daha sonra mediada İmişlinin icra başçısı Vilyam Hacıyevin və başqa şəxslərin kürsüsünə əlvida deyiləcəyi barədə məlumatlar dolaşdı. İşdən uzaqlaşdırılacağı haqda şaiyələr dolaşan icra başçıları mətbuata “xəbərimiz yoxdur, gözləyirik” deyə açıqlamalar verdi. Ancaq çanaq iki icra başçısının başında çartladı. Çoxları prosesin artan xətlə uzanacağını gözləyirdi. Onlar tez bir zamanda 30-40 icra başçısının işindən uzaqlaşdırılması hər şeyin həll olunacağına ümid bəsləyirdi. Bu gözləntilərin heç biri həyata keçmədi. Çünki əsas məsələ bir ay içində bir-birinin ardınca baş verən, biri digərindən ehtiraslanan proseslərin önünü kəsmək idi. Sadəcə cəmiyyətə “biz işləyirik” mesajını vermək idi. İkinci mesaj isə “prezidentin hər şeydən xəbəri var” məsələsini ictimaiyyətə sırımaq cəhdi idi. Təbii ki, İlham Əliyevin bütün baş verənlərdən xəbəri var, ancaq bu xəbər paytaxtın bir neçə ünvanında olan “second hand” dükanlarının məhsulları kimi “ikinci əl”dəndir. Yəni, ölkə başçısı prosesin içinə girmir. Sadəcə onu kənardan, ətrafından öyrənir.
Verilən mesaj və Lazımın yenə də gəlməməsi
İki hissəyə böldüyümüz çıxışın başqa bir hissəsinə keçək: “Onların güvəndiyi adamları vəzifəyə mən təyin eləmişəm, mən də lazım bildikdə çıxaracağam. Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü hardasa xuliqanlıq, nadanlıq edib, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”. Yenə LAZIM söhbəti. “Lazım” sözü artıq cəmiyyətin bütün təbəqələrində “ironiya”nın sinonimi kimi qəbul edilir. “Lazım gələrsə Qarabağı azad edərik”, “Lazım gələrsə gücümüzü göstərərik”, “Lazım gələrsə filan şey edərik” kimi boyundan yuxarı danışmaq bizlərdə adət halını alıb. İndi hər kəs məlum olmayan o LAZIMın gözəl gəlişini səbirsizliklə gözləyirik. Ancaq o LAZIM gəlmir ki, gəlmir. Çünki içində HÖKM yoxdur. İlham Əliyevin bu mesajı da məhz buna hesablanıb. “Lazım gələrsə həbs etdirəcəm, atasını işdən qovacam” tanış sözlərdir. İlham Əliyev bu “lazım”la bir daha sübut etdi ki, o heç vaxtı gəlməyəcək. Gəlsəydi, icra başçıları kimi gedişinin lazımı kimi çoxdan gətirilə bilərdi. Bu nitqdən sonra Gəncənin icra başçısı Elmar Vəliyevin ürək tutması, yerə yıxılması və xəstəxanaya yerləşdirilməsi, bir neçə gün sonra oğluna etmək istədiyi təntənəli toyun təxirə salınması sadəcə blefdir. Bütün bu məlumatların yayılması İlham Əliyevin qüdrətli, əzmkar obrazını cəmiyyətdə yaratmaqdı. “Görürsünüz, baxın, İlham Əliyev çıxış etdi, hər şey düzəldi. İki icra başçısı getdi, biri yerə yıxıldı, oğluna yaxşı toy edə bilmədi, qara plyonlalar yığışdırıldı” kimi bəlağətli, pafoslu cümlələrin yaranmasına dəlalət edir. Əslində isə heç nə baş verməyib. Sadəcə İlham Əliyev adına görə şişirdilir. Bu da avtoritar rejimlər üçün xarakterik xüsusiyyətdir. İndi tez-tez işlədilən belə bir deyim var: Siz mənə İlham Əliyevi sevmək, tərif etmək üçün bircə səbəb göstərin, mən sizə onu sevməmək üçün yüz səbəb deyim. Bax, bu o deyimin təzahürüdür. Artan templə gedən narazılıqların qarşısını almaq üçün idi, ölkə başçısının bu nitqi. Başqa heç nəyə hesablanmamışdı. Diktatura rejimləri heç vaxt geri çəkilə bilməzlər. Çünki arxada sıldırımlı qaya var. Bir addım geri çəkilsələr məhv olacaqlar, ona görə də var qüvvələriylə irəliyə hərəkət edirlər. Bilirlər ki, insanlar kiçik qələbələrlə böyük qələbələrin bünövrəsini qoyurlar. Əgər iki icra başçısı yox, daha bir neçə əyalətlərin kiçik padşahları taxtlarından salınsaydı loru dillə ifadə etsək camaatın ağzında şirə qalacaqdı. Onların bundan sonrakı tələbləri daha başqa olacaqdı. Təhqir olunduqlarına görə padşahı uzaqlaşdıran insanlar sabah çörəyə görə etiraz edəcəkdilər. Bunu əldə edəndə, yəni qarın tox olandan sonra insanlar biri gün sərbəst toplaşmaq azadlığı uğrunda savaşcaqdılar. O biri gün saxta referendum yoluyla dəyişdirilən Konstitusiyaya qarşı çıxacaqdılar. Bu cür kiçik qələbələr böyük bir dəyişikliyə gətirib çıxaracaqdı. Bax, buna görə geri çəkilmək, xalqa qarşı olanları cəzalandırılmır. Çünki sonda lap yuxarıdakılar CƏZA APARATININ qurbanına çevriləcəklər. Axı, yuxarıalr birinci xalqa qarşı olublar, nəinki onların təyin etdikləri. Problem də elə buradadır. Hakimiyyət heç vaxt ciddi dəyişikliyə gedə bilməz. Püskürən alovun qarşısını almaq üçün sadəcə bu cür balaca oyunlara, kiçik ixtisarlara əl atrılar. Sabah da kimlərsə vəzifəsindən uzaqlaşdırıla bilər, ancaq bu DƏYİŞDIRİLMƏ əvvəlkinin davamı yox, qruplararası savaşa görə olacaq.
Son sözə görə...
İlham Əliyevin bu nitqi onun bir neçə ay öncə başqa bir çıxışını yada saldı. Tədbirlərin birində ğlkə başçısı iqtisadiyyatdakı “yüksək inkişaf templəri”nə toxunaraq demişdi ki, bəlkə bir qədər yavaşıyaq? Avropa bizim inkişafımızdan narahatdır, çünki biz sürətlə gedirik, o biri ölkələr çox geridə qalırlar. Bəli, bu da yavaşımaq. İki icra başçısını çıxartdı və yavaşıdı...
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?