Ceyhun Qubadovun döyülərək öldürülməsi hadisəsi soyumamış növbəti ordu qalmaqalları haqda xəbərlər yayıldı
Ceyhun Qubadovun xidmət etdiyi Daşkəsəndəki N saylı hərbi hissədə vəhşicəsinə öldürülməsindən sonra cəmiyyətdə böyük bir silkələnmə oldu. Yanvarın 8-də ailəsinə təhvil verilən əsgərin işgəncə ilə döyülüb öldürülməsiylə bağlı şəkillər ilk sosial şəbəkələrdən yayıldıqdan sonra böyük ajiotaj yarandı. Gənclər yanvarın 12-nə aksiya təyin etdi. “Əsgər ölümlərinə son!” adlanan etiraz aksiyasının iştirakçılarının əsas tələbi hərbi hissələrdə əsgərlərə qarşı edilən bu cür hərəkətlərə son qoyulması idi. Gözlənilən kimi də böyük bir ictimai təpki oldu. Aksiya təyin edilən gün yüzlərlə gənc paytaxtın “Fəvvarələr” meydanında etiraz səsini ucaltdılar. Ceyhun Qubadovun döyülərək öldürülməsi hadisəsi soyumamış növbəti əsgər döyülməsi xəbəri Salyandan gəldi. Belə ki, rayonun Yenikənd kəndindən 2010-cu ilin oktyabrında hərbi xidmətə yollanan səgər Davud Cəlilli hərbi xidmətinin bir ilinin tamamında iflic olaraq hospitala yerləşdirildi. Hazırda evdə, ailəsinin yanında müalicə alan davudun sağ tərəfi işləmir. Nə gözləri görür, nə yeriyə, nə də hərəkt edə bilir”. Ötən gün isə sosial şəbəkələrdə daha bir əsgərin faciəli şəkildə öldürülməsi xəbəri yayıldı. Əsgərin dayısı bacısı oğlunun portretini əlində tutaraq başlarına gələnlərdən danışır. Ötən ilin dekabrın 8-də öldürülən əsgər Həsənov Firəddin Əlfi oğludur. Astarada N saylı hərbi hissədə xidmət ediirdi. Təxris olunmağına 15 gün qalmış bıçaqlanıb: “Əsgərlərimiz öldürüb yola salırlar. 15 gün qalmış gəlməyinə ürəyindən bıçaqla vurub öldürüblər. Hanı bizim rəhbərlərimiz? Yanvarın 18-də vəfatının 40-cı günüdür. Bu səgər Murov da, Ağdam da, Tərtər də və yaxud ön cəbhədə xidmət etməyib. Astarada olub. İki nəfər bacım oğlunu tutub, bir nəfər isə ürəyindən iki dəfə bıçaq vurub. Həmin günü hərbi hissədə bacım oğlundan başqa bir əsgərdə ölüb. Nəyə görə? Hara baxırlar?”. Firəddin Həsənov Ağdam rayonundandır. Dayısının dediyinə görə, əsgərin üç mərasiminə gələn hərbi hissənin zabiti də öldürülüb: “Zabit bacım oğlunun yas mərasimində dedi ki, hərbi hissəyə qayıdan kimi məsələni araşdıracaq, qətlklin üstünü açacaq. Ancaq üstündən az keçmədi ki, zabit də öldürüldü. Prezidentimiz hara baxır? Niyə əsgər ölümlərinə göz yumulur?”. Ramin DEKO
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?