GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Əkrəm Əylisli olayından sui-istifadə

Əkrəm Əylisli olayından sui-istifadə

Tarix: 17-02-2013, 10:56 Bölmə :Maraqlı Baxış: 779
Əkrəm Əylisli olayından sui-istifadə

Sosial partlayış gündəmini belə dəyişdilər

2012-ci ilin Oktyabr ayından etibarən Azərbaycanda siyasi situasiya gərginləşməyə başladı. Ölkədə Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin videolarının sübut etdiyi rüşvət qalmaqalından sonra ictimaiyyət ciddi narahatlıq keçirməyə başladı. Elşad Abdullayevin olay yaradan videolarında adı hallanan şahidlərdən biri Sevinc Babayeva müəmmalı şəkildə Türkiyədə vəfat etdi. Onun ölümünün səbəbləri haqqında ciddi narahatlıqlar olmasına, hətta Sevinc Babayevanın ölmədiyinə dair ciddi təhlil yazılarının olmasına baxmayaraq DNA testi aparılmadı. Onun cəsədinin həqiqətən ona aid olub olmaması ilə bağlı ictimaiyyətdən bir hüquqşünas, kriminalist, hüquq müdafiəçisi Sevinc Babayevanın cəsədini şəxsən görmədi. Bundan sonra Gülər Əhmədova fonunda müzakirələrin intensivləşməsi, ölkədə ciddi narazılıqların başlamasına təkan verəcək həddə gəldi.

2013-cü ilin birinci ayının birinci həftəsindən etibarən ölkə insanının sosiallaşması prosesi başladı.

Bu sürəcdə:
1) 12 yanvar "əsgər ölümlərinə yox" şüarı ilə, heç bir siyasi partiyanın təşkilatçılığı olmadan son 20 ildə birinci dəfə ölkə insanı özü küçələrə axışdı;
2) Binə ticarət mərkəzində "haqq"ların artırılmasından dolayı, ticarətçilərlə polislər arasında Binə ticarət Mərkəzinin ətrafında ciddi toqquşma baş verdi. Bu vəziyyətdə silahlardan, rezin güllələrdən istifadə edildi;
3) Yanvar ayının 24-dən etibarən, sosial müdafiə nazirinin oğlu iddia edilən şəxsin İsmayıllı rayonunda yerli əhalini təhqir etməsi səbəbi ilə, əhalinin Ələkbərovlar ailəsinə məxsus olan obyekt və daşınmaz əmlakı linc edərək yandırması ilə vəziyyət gərginləşdi.
Bunun ardından həmin bölgəyə digər rayonların yerli güc strukturlarının bölmələri həmçinin, Bakıdan gedən yüksək çinli məmurların müşaiyyətində əməliyyat keçirildi.
Rezin güllələrdən və zor gücündən istifadə edilməsi bahasına etiraz yatırıldı. Çox sayda həbs olunanlar var.

Hökumətin əhalinin etirazına münasibəti nədən eyni məzmunda idi?

Bütün bu proseslərin fonunda hökümətin hər dörd məsələ ilə bağlı münasibəti bir-birindən fərqlənmədi. Gülər Əhmədovanın deputatlıq mandatından məhrum edilməsindən başqa geridə qalan üç olay "xarici qüvvə" təsiri kimi qiymətləndirilərək ölkə insanının etirazlarının səbəbsiz olduğu bütün bu məsələlərdə heç bir məmurun, biznesmenin cəzalanmaması ilə sübut olundu.
Əsgər ölümləri məsələsində, sadəcə Ceyhun Qubadovun birbaşa komandirləri - bölük və tağım komandiri cəzalandırıldı, digər komandanlığa isə cinayət işi açılmadı. Son illərdə 647 nəfər əsgərin müəmmalı ölümünə görə Müdafiə Nazirliyinin rəhbərliyi istefaya göndərilməməklə "haqlı" çıxarıldı."Binə" məsələsində "haqların" yersiz və zamansız olaraq artırılmasında, ticarət mərkəzinin rəhbərliyinin cəzalandırılmaması, və ya əmək müqavilələrinə cavabdeh olan orqan - Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin, Vergilər Nazirliyinin, və Hüquq Mühafizə Orqanlarının bu məsələnin nədən qaynaqlanması və kimlərin təqsirkar olması, hansı motivdən irəli gəlməsinə dair bir araşdırmanı ictimaiyyətə bildirilməyərək, biznes şəbəkəsinin maraqlarının vətəndaş maraqlarından üstün tutulduğunun altı cizildi.
Sonuncu olay - İsmayıllı hadisələrində bir başa təqsirkar olan Ələkbərovlar ailəsindən bir nəfərin belə cəzalandırılmaması, hökumətdə nazir postu tutan bir şəxsin qardaşının, Rayon İcra Hakimiyyəti başçısı olaraq məsuliyyət daşıması ölkədə hökümət tərəfindən göz ardı edildi. Yenə əhali cəzalandırıldı.

Əkrəm Əylislinin "Daş yuxular"ı - əhaliyə yuxu dərmanı, manipulyasiyası rolunda

Əkrəm Əylislinin "daş yuxular" romanını yazaraq Azərbaycan xalqını təhqir etməsi olayı ilə ölkə gündəmini başdan-başa zəbt etməsi, əhalinin süni şəkildə ölkədəki problemlərdən kənar tutularaq, məmurun əhali ilə polis qarşıdurmasında motiv və səbəb yaratmasının hamısı ört basdır edildi. "Daş yuxular"a etiraz edən hökumət yanlı ziyalıların əslində əhaliyə qarşı rezin güllədən istifadə olunmasına qarşı etiraz bildirməməsinin dərinində ideoloji, texniki, taktiki gedişlə gündəmi dəyişmək rolunu oynaması faktından irəli gəlirdi.
Gəlin düşünək. Əkrəm Əylislinin romanına 20 il müddətində heç bir aksiya keçirilməyə imkan verilməyən Naxçıvanda MR-ı belə "ayağa" durdu.Vətənpərlik şousunu arxasında Azərbaycan ictimaiyyətinin psixoloji gərginliyinin, sosial etiraz gücünün yatırılması, yuxuya verilməsi marağının dayandığı əslində tam olaraq meydandadır. Hökumət istəsəydi, Əkrəm Əylislini bu romanının yayımından dərhal sonra yanına çağırıb səssizcə bu olayı ört basdır edərək, tirajlanan romanları gizli şəkildə, internet və çap orqanından qaldıra bilərdi. Axı, o zamana qədər heç erməni mətbuatı, ictimaiyyəti bundan xəbər tutmamışdı. Bunun müzakirəsinin telekanallarda aparılmasının, Əkrəm Əylislinin anti-piarla reklam olunmasının Ermənistanın əlinə ciddi, müzakirə edə biləcəyi və Azərbaycanın qarşısına xarici siyasətdə kart olaraq istifadə edə biləcəyi bir faktı niyə verdi hökumət?
- Çünki, Əkrəm Əylislinin müzakirəsi, linc edilməsi əhalinin gözündə hədəf yayındırdı. Artıq insanların hədəfi, Füzuli Ələkbərovun xalqı təhqi edən oğlu deyil, Kəbirə Məmmədova, Səfər Əbiyev, Gülər Əhmədova, bütövlükdə bu şəxslərin təmsil olunduqları hökumət deyil - Əkrəm Əylislidir!
- Azərbaycan hökuməti bu addımları ilə Azərbaycanın dövlət maraqlarını əslində, birbaşa hökumətin təhlükəsizlik maraqlarına qurban verərək Ermənistanın əlinə müzakirə edəcəyi, Azərbaycana qarşı istifadə edəcəyi bir fakt verdi.
Hamımıza bir şey aydındır: Ceyhun Qubadovun fotalarını onun öz doğma anası mətbuatda yaymışdı. Fotolardan da onun bədənində ciddi xəsarət izləri görünürdü. Anası səs qaldırdı, xalq, əsgər anasının səsinə səs verdi. Ancaq, YAP nümayəndələri, millət vəkilləri onun anasını ziyarətə getdikdən sonra, baş prokuror Zakir Qaralovun əsgər Ceyhun Qubadovun anasını şəxsən qəbul etməsindən sonra nə baş verdi? Ceyhun Qubadovun anası, aksiyalara qarşı olduğunu, oğlunu aksiyaların qaytarmağayacağını bildirdi. Ardındanda özünün yaymış olduğu oğlunun fotolarının mediadan yığışdırılmasını tələb etdi. Aydın Mirzəzadənin o zaman Ceyhun Qubadovun anasının yanına gedəndə mətbuata açıqladığı bir sözü vardı: "Ona telefonumu verəcəm və nə qədər imkanım varsa, həmişə həmin qadına dayaq olacağam"
Görünən odur ki, hökumətin bir nümayəndəsinin yardım əli hər şeyi bağlamağa yetərli oldu. Ancaq, Ceyhun Qubadov anasının tək övladı idi... Sual budur, qüdrətli hökumət niyə Əkrəm Əylisliyə öz nümayəndəsinin nömrəsini vermək istəmədi?
Bununla da beynəlxalq aləmdə bizə indidən sonra uzun müddət istifadə edəcək bir faktı Erməni propogandasının, Erməni dövlətinin əlinə verdi. Öz komandasını qorumaq naminə...
Etatist Analitik Qrupu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sevinc Babayevanın meyiti tapıldı

    Sevinc Babayevanın meyiti tapıldı ...

    28-12-2012, 12:41

  • 
  • Sevinc Babayeva adi kitabxanaçı deyilmiş

    Sevinc Babayeva adi kitabxanaçı deyilmiş ...

    17-12-2012, 23:34

  • 
  • Ölkədə siyasi həbs gözlənilir

    Ölkədə siyasi həbs gözlənilir ...

    14-12-2012, 12:05

  • 
  • Sevinc Babayevanın oğlu arvadını bıçaqlayıb

    Sevinc Babayevanın oğlu arvadını bıçaqlayıb ...

    4-02-2016, 20:52

  • 
  • Sevinc Babayeva harada və necə saxlanılır?

    Sevinc Babayeva harada və necə saxlanılır? ...

    23-12-2012, 11:01


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu